AzTehsil.com


Xəbərlər
09 iyun 2017
4 072


Cənub bölgəsinin təhsili ilə bağlı Züleyxa Nadirin fikirlərinə bölgədən ETİRAZ !



Cənub bölgəsinin təhsili ilə bağlı Züleyxa Nadirin fikirlərinə bölgədən ETİRAZ !

 


Son günlər Züleyxa Nadir adlı və jurnalist hesab olunan birisinin "Cənub bölgəsində 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi-səbəb?” adlı cızma-qarası sosail şəbəkələrdə dolaşır. Sosial şəbəkə hesabında doğum günü göstərilsə də anadan olduğu il göstərilməyib. Lakin fotolarından başına həna qoyduğu hiss edilir.
 
Soyadı da atasının adı ilə eynilik təşkil etməsi məlum olur. Akademik düşüncəyə malik qadının öz yaşını gizlətməsi onun şoumen psixologiyasına daha yaxın olduğunu sübut edir. Soyad və ata adının eyniləşməsi isə onun akademik düşüncədə problemi olmasını göstərir. Dünyada heç baba adının soyad kimi göstərilməsi qəbul edilmir. Məqaləsində dəxli olmasa da özünün "qərb” bölgəsində doğulduğunu xüsusi qeyd edir və adamda elə təsəvvür yaranır ki o yer yarımkürəsinin qərbində doğulub və sanki Avropa düşüncəsinə malikdir. 

O "cənub” adlandırdığı  bölgədə müəllimlərin keçən ilki dioqnostik qiymətləndirmədə "0 bal” alamsını qeyd edir və güya bunun səbəblərini tapdığını düşünür. Özü də qeyd edir ki yayılan məlumatların heç bir rəsmi mənbəsi yoxdur və Təhsil Nazirliyi Cənub bölgəsindəki son imtahanda heç kimin "0 bal” almadığını bəyan edib. Məlumatın mənbəyi kimi imtahanda iştirak edən bir nəzarətçinin olmasını bildirir.
 
İmtahana nəzarət edən bir şəxsin bu ciddi stastistik məlumatı imtahanalrın nəticəsinin emalından əvvəl müəyyən etməsi özü absurddur. Lakin bütün bunlarla yanaşı o təsdiq olmayan məlumatı "yalan-doğru” adlandırsa da nədənsə onu bir fakt kimi qəbul edib və güya onun səbəblərini araşdırır. 

Yazır ki, "Hələ sovetlər dönəmindən  cənub bölgəsindən ali  təhsil dalınca Bakıya gedənlər çox az olurdu. Bu, Masallı, Lənkəran, Yardımlı, yaxud da Lerikdə  işləyən müəllimlərin günahi deyildi.  O bölgənin insanlarının yaşam tərzində oxumaq, ali təhsil  almaq o qədər  də önəm daşımırdı. Xüsusilə də qızların oxuyaraq cəmiyyətdə görünməsi,  fəaliyyəti ilə başqalarına nümunə olması ailələr üçün başucalığı sayılmırdı.”
 
Yenə də ənənəsinə sadiq qalaraq heç bir statistik məlumata əsaslanmadan hətta sovet dövründə Talış bölgəsində ali təhsilə marağın olmamasını qeyd edir. Sadalamaq istəmədiyim və Azərbaycan elmini, iqtisadiyyatını təmsil edən bu qədər talış əsilli alimlər necə yetişmişdi? Hətta ölkənin titul xalqının dili olan "Azərbaycan dili və ədbiyyatı” sahəsində bütün elmi və akademik müəssisələrin rəhbər vəzifəliləri belə  cənub bölgəsindən olan  insanalr idilər və hətta indi də belədir.
 
Daha sonra bölgəmizin insanalrını təhqir edərək qeyd edir ki, bölgəmizin insnalarının yaşam tərzində belə oxumaq və təhsil almaq yoxdur. Bu cümlə qeydsiz-şərtsiz bölgəmizin və xalqımızın təhqir edilməsidir və yalnız şəxsiyyətin formalaşmamsı genetik koduna mənsub insan bu kimi fikri irəli sürə bilər. Fikirlərini daha da dərinləşdirərək yazır ki güya bölgəmizdə qadınları oxutmaq bölgə insanlarına başıcalığı gətirmir. Sanki biz bir xalq və etnos olaraq cahil bir toplumuq və qızlarımızın təhsilindən utanırıq.
 
Həna qoymasaydı başında bircə dənə də qara tük olmayan bu varlıq fikirlərini davam edərək yazır: "Bu, indi də belədi. Zaman dəyişsə də beyinlər, düşüncələr yenilənməyib, əksinə bir az da geriyə sıçrayıb. Ona görə də həmin bölgədə işləyən müəllimlər şagirdə bilik vermək üçün öz üzərində çalışmır, öyrənmir, biliklərini artırmağa  həvəs  göstərmirlər.
 
Müasir elmi-texniki tərəqqinin,  internet və kompüter biliklərinin cəmiyyətdə rolunu görmürlər, ya da görmək istəmirlər. Bu səbəbdən də 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi.  Gözlənilən olduğu  qədər də faciədi.”

Bozbaş bişirməkdən başı ayılmayan bu insan digər bir yazısında bölgəmizdə qadınların yalnız 10 faizinin orta təhsil almsını mənbəyə əsaslanmadan qeyd edir. Heç bir subut gətirmədən bölgəmizin müəllimlərini savadız və hətta elmi-tərəqqidən uzaq hesab edir. 

Daha sonra etnik psixologiyadan kənara çıxa bilməyən bu tip fikirlərini doğulduğu bölgəni sanki qərb ölkələrinə bənzədərək yazır:  "Azərbaycanın qərb bölgəsindən gələnlər bilik və bacarıqları ilə  hamını arxada qoyurdular”.
 
Bu da çox maraqlıdır ki bu adam hansı mənbəyə əsaslanıb Azərbaycanın qərb bölgəsində təhsilin daha yüksək səviyyədə olmasından dəm vurur? Yaxşı ki TQDK adlanan qurum var idi və onun "mənim məktəbim” adlanan portalı fəaliyyət göstərir. Həmin portalda Azərbaycanın bütün rayonları üzrə məktəblərin göstəriciləri buraxılış imtahanalrına istinadən göstərilib. Bu portalda heç də ölkənin qərb rayoonlarının digər rayonlardan hansısa üstün nəticəyə malik olması göstərilməyib.
 
Eləcə də Cənub bölgəsinin məktəblərinin nəticəsi digər bölgələrə nəzərən heç də aşağı deyil. Bu fakt və statistikadır.  Sadəcə Təhail nazirliyi və Dövlət İmtahan Mərkəzinin rəsmi nəşrlərinə, hesabatlarna və statistik nəşrlərinə baxmaq kifayətdir.
 
Bölgəmizin məktəblərində kişi-qadın nisbətinin təqribən bərabər olması və əsil pedaqoji normalara cavab verməsi daha gözəldir nəinki sözü gedən bölgədəki kimi müəllim peşəsinin qadına məxsus olması psixologiyası. Bölgəmzidə erkən nikahlarla bağlı ststistikalar da rəsmi məbələrə əsaslanmır. Sadəcə qonarar almaq üçün ictimai təşkilatların bölgəmzidə erkən nikahlarla mübarizə adı altında pul qazanmaq cəhdi fonunda bu msələyə gündəmə gəlib.
 
Bu məsələnin statistikası yalnız bir mənbədə var. O da Səhiyyə nazirliyinin yeni doğulan uşaqların analarının yaşını göstərən ststistik məlumatlarıdır. Bu məlumatlar da ki heç vaxt bütün ölkə üzrə açıqlanmır və biz müəyyən edək ki hansı bölgədə bu göstərici hansı formadadır.

Talış qadınları ilk növbədə özlərini "ana” və ya "gələcək ana” hesab edirlər. Onlar dünyaya sağlam insan gətirməyi və onları bir saavdlı və tərbiyəli şəxs kimi cəmiyyətə təqdim etməyi qadının ilk işi hesab edirlər. Analarımız övladlarının normal təhsil alması və cəmiyyətə inteqrasiya olunması üçün özlərinin gəncliyini və lazım gəlsə təhsilini də qurban verirlər.
 
Bizim analarımız ali təhsil alıb yazı müəllifi kimi "bozbaş” təfəkkürünə sahib olmaqdansa və ya 200 manata işləyib və güya ki "ziyalı” adlanmaqdansa öz övladlarına özlərini qurban verməyi daha üstün sayırlar. Məhz bunun nəticəsidir ki dövlət işində işləyənlərin sayı bölgəmzidə az olsa belə respublikanın bütün bölgələrinə nisbətən bizdə iqtisadi vəziyyət daha yaxşıdır.  

Bu bizim analrımızın zəhmətidir. Biz analarımızla və qadınlarımızla qürur duyuruq.  
Əsil möhkəm ailə və dayanıqlı iqtisadiyyat hər bir  Azərbaycanlı  ailəsinin özünəməxsusluğudur.

Cəmaləddin Əlizadə Masallı rayonu  Miyanku kənd N.Aslanov adına tam orta məktəb




Загрузка...
Həmçinin oxuyun:
"Cənub bölgəsində 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi"-səbəb?

"Cənub bölgəsində 300 müəllimin öz fənnindən yalan-doğru sıfır alması gözləniləndi"-səbəb?

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Təhsil Nazirliyi çox hallarda saxta diplomluların adlarını açıqlamır"

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

"Biz yalnız insanları elm və təhsilə həvəsləndirə biləcək təklif və addımlara görə fəxr edə bilərik”

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

Ölkədə rus dilli təhsilin dayandırılaması necə təsir bağışlayar?-Nadir İsrafilov yazır..

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"