AzTehsil.com


Xəbərlər
17 may 2017
2 617


Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır



Məktəblərdə narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır

 

CƏNUB BÖLGƏSİNDƏKİ NARKODURUM HAMIMIZI NARAHAT ETMƏLİDİR
 
Statistik məlumata əsasən Azərbaycanda 30 mindən artıq narkotika və psixatrop maddələrin aludəçisi vardır. Cənub bölgəsində, təkcə Lənkəran rayonu ərazisində bu bəlaya düçür olanların sayi 2000-dən bir qədər artıqdır.  Lənkəran Rayonlararası Narkoloji Xəstəxananın baş həkimi Vüqar Əliyevin sözlərinə görə bu xəstələrin sayı Lənkəranda hətta 5000-ə yaxındır. Lerik rayonunda narkotika aludəçilərinin sayı 70 nəfər olsa da, faktiki olaraq bu rəqəm 100-ə yaxındır. Astara rayonunda narkodurum daha acınacaqlıdır. Televiziya və mətbuatdan gördüyümüz kimi, burada narkotikanın qəbulu və satışına cəlb edilənlər arasında qadınların sayı kifayət qədər çoxdur. Masallı, Yardımlı və Cəlilabad ryonlarında da narkotika istifadəçilərinin sayı ilbəil artır. Hesab edirik ki, həyəcan təbili çalmağın zamanı çoxdan çatmışdır. Hətta gecikirik. Bunun üçün nə etməli, hansı tədbirlət görülməlidir? Mütəxəssislərin fikrincə bu bəlanın əsirinə çevrilənlər, yəni narkotik aludəçisinə çevrilənlərin bu yoldan qaytarılması faizi çox cüzidir. Yəni yaşadığı mühitdən, aldığı müalicədən və digər zəruri tədbirlərdən asılı olaraq, hər yüz nəfərdən yalnız 3-5 nəfəri bu bəladan xilas etmək olur. Deməli biz qarşımıza yalnız o məqsədi qoymalıyıq ki, bölgədə, hətta ümumən respublikada narkomanların sayı çoxalmasın.  Bir sözlə çıxış yolunu yalnız cəmiyyətin narkomaniyaya qarşı maariflənməsində görmək lazımdır. Orta məktəblərdə ciddi maarifləndirici addımlar atılmalıdır. Vəsaitlət çap edilməli, bu vəsaitlətdə narkoloji bəla bütün çılpaqlıqlarına qədər gənclərimizə izah edilməlidir. Məktəblərdə, kitabxanalarda, şəhərin mərkəzi küçələrində narkomaniya və alkoqolizmi ifşa edən iri lövhələr vurulmalıdır.  Bütün bunlarla paralel olaraq hüquq mühafizə tədbirləri də gücləndirilməlidir. Narkotik maddələrin satışına ciddi qadağalar olmalıdır. 
 
Cənub bölgəsi Orta Asiya ölkələrinin Azərbaycan, Rusiya və digər olkələrlə əlaqəsinin ən münasib dəhlizidir. Ölkəmizə və bizə yaxın ölkələrə narkotok vasitələrin gətirilməsi bu dəhliz vasitəsi ilə həyata keçirilir. Sərhəddən narkotik vasitələtin və psixotrob maddələrin keçirilməsinin qarşısının alınması, bölgədə problemin aradan qalxmasının 100% qarantıdır. 
 
Cənub bölgəsindəki narkodurum hamimizi narahat etməlidir. Çünki buradakı vəziyyət daha acınacaqlıdır. "Yayım” Assosiasiyası may ayının 5-dən başlayaraq Lənkəran şəhərində məktəblərdə narkomaniya, alkoqolizm və digər zərərli vərdişlərlə mübarizəyə dair maarifləndirici tədbirlər keçirir. Bu tədbirlərə cəlb edilən uşaqlara narkomaniyanın zərəri, onun törətdiyi fəsadlar haqqında məlumat verərkən gənclərimizdə narkomaniyaya qarşı nifrət hissinin yarandığının əyani şahidi olursan. Deməli hədəf doğru və yerində təyin edilmişdir. Keçirdiyimiz görüşlərin aktuallığını nəzərə alaraq DİN Narkotiklərlə Mübarizə İdarəsinin Cənub regionu üzrə Bölməsi, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanası bizimlə tədbirlərdə fəal iştirak edir. 
 
Ümid edirik ki, bu sahədə daha ciddi və səmərəli tədbirlər keçiriləcəkdir. 
 
Yaşar Zeynalov 
aztehsil.com



Загрузка...
Həmçinin oxuyun:
230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

230 №-li tam orta məktəbdə Xəzər RPİ-nin birgə təşkilatçılığı ilə " Narkomaniya sosial bəladır " adlı maarifləndirici tədbir keçirilmişdir.

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Şabranlı şagirdlər cənub bölgəsinə ekskursiyaya gediblər

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Yardımlı şəhərində vətəndaşları qəbul edəcək

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Mikayıl Cabbarov Lənkəranda vətəndaşları qəbul edib

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Ağstafa məktəbliləri "Ölkəmizi tanıyaq" lahiyəsi üzrə “Ağstafa – Lənkəran – Lerik- Masallı- Astara- Ağstafa” marşrutu üzrə ekskursiyaya yola düşüblər

Bu gün 37 min şagird buraxılış imtahanı verir

Bu gün 37 min şagird buraxılış imtahanı verir

ŞOK: IX-XI sinif şagirdləri arasında yazıb-oxuya bilməyənlər var - təhsilin qara ləkəsi

ŞOK: IX-XI sinif şagirdləri arasında yazıb-oxuya bilməyənlər var - təhsilin qara ləkəsi

Təhsil sistemimizdə böyük qalmaqal: - "Müəllimlərin əmək haqqı kəsilməlidir"

Təhsil sistemimizdə böyük qalmaqal: - "Müəllimlərin əmək haqqı kəsilməlidir"

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Lənkəran şəhər S.Kazımbəyov adına 6 saylı tam orta məktəb - liseydə ƏLİFBA BAYRAMI keçirilib

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb

Məktəb sayı ən çox və ən az olan rayonların adı açıqlanıb

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

İmtahan qiymətlərindən aydın olur ki, əsas hədəf daha çox qazanc götürməkdir

Orta məktəb müəllimlərinin diplomları yığılır - 2000 nəfər işdən çıxarıla bilər

Orta məktəb müəllimlərinin diplomları yığılır - 2000 nəfər işdən çıxarıla bilər

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Lənkəran və Masallıda tədbir keçirilib

Lənkəran və Masallıda tədbir keçirilib

Təhsil nazirinin Yardımlı şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Təhsil nazirinin Yardımlı şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə təqdim olunan vakant yerlərdən kifayət qədər boş yer qalacaq.- Nadir İsrafilov

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"