AzTehsil.com


Xəbərlər / Texnologiya
18 iyun 2017
3 179


Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz



Uşaqları internetdəki təhlükələrdən bu yollarla qoruya bilərsiniz

 

 
Uşaqların internetdən istifadə yaşı getdikcə azalır. 10-15 yaşındakı uşaqların böyük əksəriyyəti "onlayn dünya”ya addım atmış vəziyyətdədir və bunların böyük bir qismi sosial şəbəkələr və ya sosial mesajlaşma proqramları (MSN, Google Talk, Yahoo Messenger və s.) vasitəsi ilə fərdi məlumatlarını bölüşürlər. Uşaqlar üçün təhlükəsiz internet onlayn dünya, uşaqların özlərini təkmilləşdirilməsi, soiallaşa biləcəkləri, elm, mədəniyyət və s. haqqında yeni şeylər öyrənə biləcəkləri möcüzəvi bir mühitdir, ancaq internetdə uşağın inkişafına uyğun olmayan məzmunda məqamlar da mövcuddur: pornoqrafiya, irqçilik, şiddət və s.

Uşaqlarınız kompüterdən istifadə edərkən həm özləri, həm də kompüterdəki məlumatlarınız üçün təhlükəsizlik riskləri yarana bilər. Uşaqlar pis niyyətli insanlar üçün asan ovdurlar, asanlıqla aldadıla bilərlər. Buna görə valideynlər internetdəki potensial təhlükələr mövzusunda məlumatlanmalı və uşaqlarını bu mövzularda maarifləndirməlidirlər. Uşağınız internetdə gəzərkən fərqində olmadan sistemə zərər verə biləcək, kredit kartı nömrəniz, şifrələriniz kimi həyati önəmə sahib məlumatları oğurlaya biləcək casus proqram və virusların kompüterə yoluxmasına səbəb ola bilər. Uşağınız və özünüz üçün onlayn təhlükələri aşağıdakılara diqqət yetirməklə azalda bilərsiniz.

Kompüterin uşağınızın həyatındakı rolunu təyin edin. Uşaqlarınızla bu barədə danışmalı və kompüter istifadəsinin sərhədlərini müəyyənləşdirməlisiniz. Qaydaları xatırlatmaq üçün vaxtında onlayn mesajlar göndərin.

Kompüteri görə biləcəyiniz bir yerdə yerləşdirin. Kompüteri uşağınızın otağı yerinə salon, iş otağı kimi evin tez-tez istifadə edilən yerlərinə yerləşdirərək uşağınızın kompüter istifadə vərdişlərindən xəbərdar ola bilərsiniz. Xüsusilə kiçik yaşdakı uşaqlar üçün bu tədbiri almaqda böyük fayda var.
Antivirusu uşağınızın onlayn qoruyucusu halına gətirə bilərsiniz. Veb skanerlərdə müəyyən səhifələrə girişləri maneə törətmək üçün nizamlar var. Bu nizamları şifrə ilə də qoruya bilərsiniz. Məsələn, İnternet Explorer Alətlər>İnternet Variantları>Məzmun paneli-"Məzmun müşaviri” hissəsindən bu nizamları aktivləşdirə bilərsiniz.
Uşağınızın harada onlayn olduğunu bilin. İnterneti uşağınızla birlikdə istifadə edin. Uşağınızın onlayn fəaliyyətləri ilə tanış olun və uşağınızla aranızda interneti necə, hansı məqsədlərlə istifadə etmək barəsində danışın.
Uşağınızın internetdən düzgün istifadəsindən əmin olmaq üçün kompüterinizin təhlükəsizliyini təmin edin. Uşağınız internetdəykən kompüterdə lazımlı təhlükəsizlik tədbirlərinin aktiv olduğundan əmin olun. Zərərli veb səhifələrini təsbit edən antivirus proqramları və internet təhlükəsizliyi proqramlarından istifadə edin.
Uşağınız üçün doğru saytları seçin. Mikrosoftun valideyn nəzarəti (Windows Home Premium və yuxarı versiya) ilə hansı tətbiqlərə giriş icazəsi verəcəyinizi təyin edə bilərsiniz. Bu xüsusiyyət ilə saytları məzmunlarına görə filtrləyə bilərsiniz, uşağınızın yetkinlik yaşına çatmışlar üçün nəzərdə tutulan məlumatlara çıxışına mane ola bilərsiniz. Windows və ya digər əməliyyat sistemlərində də bu istiqamətdə istifadə edilə biləcək proqramlar mövcuddur.
Oyunlar əyləncəlidir, ancaq hansı oyunları oynayacağına siz qərar verin. İndiki vaxtda uşaqlar şiddət və zorakılıq ehtiva edən oyunlardan kiçik yaşlarında ikən istifadəyə başlaya bilirlər. Windowsda olan valideyn nəzarəti proqramı sayəsində hər oyuna qoyulan yaş sərhədlərini müəyyənləşdirməklə oyunların yüklənməsini sizin təyin etdiyiniz fasilələrə əsasən reallaşdırmaq mümkündür. Ayrıca uşağınızla oynadığı oyunlarla barəsində söhbət edin.
Başqaları ilə internetdə danışmağının yalnış olduğu barəsində məsləhətlər verin. Onlayn mühitdə (forum, chat otağı və s.) tanış olduqları kəslərə şəxsi məlumatlarını verməmələrini tənbeh edin. Seçdikləri istifadəçi adının cinsiyyətini, yaşənı, əsl adını və oturduğu yeri müəyyən etməyəcək şəkildə olması gərəktiyini söyləyin.
"Spam”dan uzaq durmağı tövsiyə edin. Tanımadıqları kəslərdən gələn poçtlardakı əlavələri açmamalarını və əlaqələrə klikləməyin təhlükəli olduğunu onlara izah edin.
Kompüter qarşısında keçirilən müddətə nəzarət edin. Bunun üçün Windows proqramından yataq otağına belə nəzarət edə biləcək proqram köçürüb övladınızı daima diqqət mərkəzində saxlaya bilərsiniz. Beləcə müvafiq proqram vasitəsilə uşağınızın kompüter önündə keçirdiyi müddəti izləyə və həddindən artıq istifadədə müəyyən bir zamandan sonra bunun qarşısını ala bilərsiniz. Ancaq təbii ki, heç bir proqram kompüter istifadəsi mövzusunda uşağınızla quracağınız ünsiyyətin önünə keçməməlidir. Aldığınız tədbirləri uşağınızla bölüşün və səbəblərini anlayacağı şəkildə izah edin.




Загрузка...
Həmçinin oxuyun:
Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Övladlarınızı internetdə pornoqrafik məlumatlardan qorumağın 3 üsulu

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Beyin Gücünü Artıran 10 Taktika

Beyin Gücünü Artıran 10 Taktika

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

Məktəbi bitirib iş həyatına başlayan gənclərə 7 TÖVSİYYƏ

]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

Elektron dərslik portalından onlayn istifadə edənlərin sayı 6 dəfə artıb

HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI

İnsanlarla uğurlu ünsiyyətin 50 QAYDASI

Kompüter  sinifin  laborantının  vəzifələri

Kompüter sinifin laborantının vəzifələri

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

İbrətamiz hekayə - Kim nə deyirsə desin, yolunuza davam edin

İbrətamiz hekayə - Kim nə deyirsə desin, yolunuza davam edin

Məlumatla təmin etmə qaydaları ,  Təşkilati dəstəkləmənin qaydaları

Məlumatla təmin etmə qaydaları , Təşkilati dəstəkləmənin qaydaları

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

FİZİKA KABİNETİNDƏ ŞAGİRDLƏR ÜÇÜN  TƏHLÜKƏSİZLİK TEXNİKASINA DAİR TƏLİMAT

FİZİKA KABİNETİNDƏ ŞAGİRDLƏR ÜÇÜN TƏHLÜKƏSİZLİK TEXNİKASINA DAİR TƏLİMAT

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

“Edə bilmərəm!” cümləsini ətrafınızda çox eşidirsiniz?

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

Riyazi təfəkkür və məntiq körpəlikdən aşılanmalı və formalaşdırılmalıdır..

İnformatikadan testlər ( cavabları ilə ) - Qeyri ixtisas müəllimləri üçün  A variantı

İnformatikadan testlər ( cavabları ilə ) - Qeyri ixtisas müəllimləri üçün A variantı

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?

Uşaq psixologiyasını bilirsinizmi ?

Uşaq psixologiyasını bilirsinizmi ?

Sizi pis müdir edən 8 QAYDA

Sizi pis müdir edən 8 QAYDA