AzTehsil.com
RU


Xəbərlər
28 yanvar 2017
3 262


Jurnalistin informasiya əldə etmək hüququna malik olması onun təhsil müəssisəsində istədiyini etməyə bəraət vermir



Jurnalistin informasiya əldə etmək hüququna malik olması onun təhsil müəssisəsində istədiyini etməyə bəraət vermir

 

”Təhsil İdarəsindən məktəb direktorunun ölümü ilə bağlı rəsmi açıqlamada bildirilir ki, təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır. Lakin rəsmi açıqlamada açıqlanmır ki, əvvəlcədən belə bir razılaşdırma olub, ya olmayıb, olubsa kiminlə olub. Açıqlamada həmçinin "tədris prosesinə maneçilik”, "peşəkar yanaşma və qarşılıqlı hörmət” müstəvisindəki proseslərə də qiymət vermək bir yana, adi münasibət belə bildirilmıyib. Daha bunun nəyi açıqlama oldu? Halbuki, bu kimi detallara əhəmiyyət verməmək, bu kimi acınacaqlı halların yenidən təkrar-təkrar baş verəcəyini qaçılmaz edir. Jurnalistin informasiya əldə etmək hüququna malik olması, heç də onun təhsil müəsəsində ajiotaj yaratmaqla, tədris prosesini pozması, mətbəxə və ya tualetə "soxulması" anlamına gəlmir. Məktəbin hər cür yersiz və əsassız təsir və müdaxilələrdən mühafizəsi və müdafiəsi qeyd-şərtsiz təmin edilməlidir. Bir də ki, dövlət televiziyasi olduğu halda, özəl kanalın meydana atılıb "can-fəşanlıq” etməsini necə başa düşmək olar? Hər hansı bir aidiyyatı yoxlama üçün səlahiyyətli rəsmi dövlət qurumları var... " 
 
Bir müddət əvvəl isə bu ATV- nin jurnalisti ""Saytlar niyə qaşınır?”" sualı ilə çox etikasız bir açıqlama vermişdi.
 
ATV telekanalının 171 saylı orta məktəbin direktorunun ölümünə səbəb olmaqda günahlandırılan "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılov məsələ ilə bağlı qəribə açıqlama verib.
 
Verilişin aparıcısı direktorun ölümü haqda bunları deyib:
 
"Onun ölümünün mənə nə aiddiyyəti? Məni belə məsələlərə görə niyə narahat edirsiniz? Mənim heç nədən xəbərim yoxdur. Mən başqa işdəyəm. Mənim adım bu işdə niyə hallanır? Bu saytlar bizdən nə istəyir? Biz nə etmişik axı? Olmaz axı belə. Mənasız işlər üçün saytlar niyə qaşınır? Yorulmadılar? İnformasiya yoxdur? Mən gündə yüzlərlə yerə gedirəm. Çox yerdə çəkilişlər etmişik. Kimə nə olsa, belə çıxır mən günahkar olacağam?”.
 
Qeyd edək ki, mərhum direktorun oğlu Turqay Qardaşov da açıqlamasında atasının vəfatında ATV telekanalında yayımlanan "Yoxlama" verilişinin səbəb olduğunu bildirib. Verilişin aparıcı Azər İsmayılov direktorun ölümündə ittiham olunur.
 
Belə çıxır ki, bunun bir jurnalist kimi istədiyi kəsdən informasiya almaq hüququ var, digər jurnalistlərin bundan informasiya almaq hüququ yoxdur. 
 
"Saytlar niyə qaşınır?” – bu nə məntiqdir, nə yekəxanalıqdır, bu nə mədəniyyətdir?
 
Nadir İsrafilov, tanınmış təhsil eksperti



Загрузка...