AzTehsil.com


Xəbərlər
28 yanvar 2017
3 568


Bu kimi detallara əhəmiyyət verməmək, Bu kimi acınacaqlı halların yenidən təkrar-təkrar baş verəcəyini qaçılmaz edir



Bu kimi detallara əhəmiyyət verməmək, Bu kimi acınacaqlı halların yenidən təkrar-təkrar baş verəcəyini qaçılmaz edir

 

Təhsil eksperti Nadir İsrafilov ölən məktəb direktoru haqqında öz "facebook" profilində fikir paylaşıb. "Təhsil İdarəsindən məktəb direktorunun ölümü ilə bağlı rəsmi açıqlamada bildirilir ki, təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır. Lakin rəsmi açıqlamada açıqlanmır ki, əvvəlcədən belə bir razılaşdırma olub, ya olmayıb, olubsa kiminlə olub. Açıqlamada həmçinin "tədris prosesinə maneçilik”, "peşəkar yanaşma və qarşılıqlı hörmət” müstəvisindəki proseslərə də qiymət vermək bir yana, adi münasibət belə bildirilməyib. Daha bunun nəyi açıqlama oldu? Halbuki, bu kimi detallara əhəmiyyət verməmək, bu kimi acınacaqlı halların yenidən təkrar-təkrar baş verəcəyini qaçılmaz edir. Jurnalistin informasiya əldə etmək hüququna malik olması, heç də onun təhsil müəsəsində ajiotaj yaratmaqla, tədris prosesini pozması, mətbəxə və ya tualetə "soxulması" anlamına gəlmir. Məktəbin hər cür yersiz və əsassız təsir və müdaxilələrdən mühafizəsi və müdafiəsi qeyd-şərtsiz təmin edilməlidir. Bir də ki, dövlət televiziyasi olduğu halda, özəl kanalın meydana atılıb "can-fəşanlıq” etməsini necə başa düşmək olar? Hər hansı bir aidiyyatı yoxlama üçün səlahiyyətli rəsmi dövlət qurumları var..."
 
aztehsil.com



Загрузка...