Naxçıvanda şagirdlər üçün imtahanlarla bağlı YENİLİK
Naxçıvanda ilk dəfə şagirdlər üçün monitorinq imtahanları mərkəzləşmiş qaydada keçiriləcək.
Bu barədə Naxçıvan Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu məqsədlə müvafiq proqram təminatı və mexanizmin yaradılmasına başlanılıb. Hazırda monitorinq imtahanlarının təşkili üçün tender yolu ilə alınan avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb.
Bundan sonra IV-VIII siniflər üzrə ümumi, IX-XI siniflər üzrə isə buraxılış və qəbul formatında olmaqla tədris ili ərzində 6 monitorinq imtahanının keçirilməsi nəzərdə tutulur.