AzTehsil.com


Xəbərlər / Müəllim
05 oktyabr 2023
1 087


Hörmət, yoxsa ittiham? —“Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz?”




Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva Bakıdakı məktəb rəhbərləri, eləcə də valideynlərə müraciətində bildirib ki, “Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərə hər hansı formada hədiyyələrin verilməsi və ya vəsaitin toplanması yolverilməzdir. 


Demokrat.az xəbər verir ki, bununla bağlı monitorinqlər aparılacaq:


"Təhsil ictimaiyyətinin başlatdığı #MənimMüəllimim çağırışına qoşularaq müəllimlərə xoş söz, təbrik mesajlarının çatdırılması onlar üçün ən böyük hədiyyədir. Şagird və ya valideynlərin müəllimlərə hədiyyə verilməsi, vəsaitin toplanması isə yolverilməzdir. Bu kimi hallarla rastlaşdıqda nazirliyin "Qaynar xətt" xidmətinə (146) anonim olmadan məlumat verməyinizi xahiş edirik".


Tanınmış təhsil ekspert Nadir İsrafilovn fikrincə isə hədiyyə verməklə hədiyyə almaq üçün pul yığmaq fərqli anlayışlardır. Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirən ekspert deyib ki, əgər məktəbdə valideyn komitəsi və icması tərəfindən və ya fərdi qaydada “Müəllim günü” münasibətilə müəllimə hörmət və ehtiramlarını bildirmək üçün hansısa bir hədiyyə ilə onu təbrik etmək istəyirlərsə, bunu qabardaraq ictimailəşdirmək, rüşvət və korrupsiya səviyyəsində cəmiyyətə təqdim etmək təkcə müəllim adına deyil, bütövlükdə cəmiyyətə başucalığı gətirmir:


“Sanki, bu kimi hallara təkcə məktəblərdə və müəllimlər tərəfindən yol verilir… Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yol verilməzdir. Müəllimi tənbeh etmək də olar, cəzalandırmaq da, onun barəsində inzibatı və ya hüquqi müstəvidə cinayət işi də qaldırmaq olar, lakin onunla bağlı hər hansı bir təzahür və faktların ictimailəşdirilməsində ifrata yol vermək olmaz.


Bəlkə, kiçik bir hədiyyə ilə kimsə müəllimə öz diqqət və ehtiramını bildirmək istəyir. Ehtiramdan imtina etmək isə, ehtiramı göstərənə qarşı hörmətsizlikdir, sayğısızlıqdır. Əgər, kimsə müəllimini təbrik etmək istəyirsə, niyə də etməsin? Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz? Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bəlkə də, “Müəllim günü”nün təsis edilməsinin başlıca məqsədlərindən biri elə, cəmiyyəti, geniş ictimaiyyəti müəllimə olan diqqət və ehtirama dəvət etmək olub? Halbuki, hədiyyə etməklə, hədiyyə üçün pul yığmaq tam fərqli anlayışlardır və ikincinin qarşısı hər vəchlə alınmalıdır”.


Ekspert qeyd edib ki, heç kəs hansısa valideyni övladının  müəlliminə öz diqqət və sayğısını bildirmək əlaməti olaraq hədiyyə verməsinə görə qınaya bilməz:


“Məsələnin mahiyyəti, təkcə hədiyyədə və onun dəyərindədirmi, yoxsa günahkar qismində müəllim və ya valideynin ittiham edilməsində? Hədiyyə əslində valideyn tərəfindən onun övladına ikinci valideynlik etmiş müəllimə olan hörmət və minnətdalığın təzahürüdür. Qınağa səbəb olan hal isə hesab edirəm ki, hədiyyənin nümayişkarənə surətdə təqdim edilməsi və ictimailəşdirilməsidir ki, bu da yolverilməzdir. Çünki, hər hansı bu qəbildən olan məsələ böyüdülüb, şişirdiləndə müstəvisindən çıxıb, özünə yeni-yeni tərəfdarlar və əleyhdarlar tapır, şou səviyyəsinə qaldırılaraq geniş ictimaiyyəti təhsilin əsas vəzifələrindən yayındırır. Sovet dönəmində də məktəbə, müəllimə hörmət, diqqət, rəğbət müxtəlif hədiyyələrlə ifadə olunub, lakin bu hal indiki qədər müəllimin nüfuzuna xələl gətirməyib. Nə qədər uğursuz müqayisə kimi görünsə də, təkzib olunmaz reallıqdır ki, kiminsə kiməsə nəsə verməsi və ya bağışlaması sıradan olan adi bir hal kimi qəbul edildiyi halda, müəllimə münasibətdə bu hal faciə səviyyəsində şişirdilir. Sadəcə olaraq hər kəs bilməlidir ki, bütün hallarda dövlət orta məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarə olunmasında iştirakı və töhfəsi məsələləri "Təhsil haqqında" qanunun və "Təhsilin inkişafı strategiyası"nın müvafiq bəndləri ilə tənzimlənir”. 


N.İsrafilov hesab edir ki, müəllimin üstünə bu dərəcədə getmək olmaz:


“Burda söhbət heç də hədiyyə alınıb-verilməsindən, ümumiyyətlə bu kimi hallara haqq qazandırılmasından gedə bilməz. Bir para müəllim fərdinin əməlinin müəllimlik məfhumunun üzərində ümumiləşdirilməsi bütövlükdə müəllim şəxsiyyətinə hörmətsizlikdir. Müəllimə münasibətdə düşüncəmizi, yanaşma tərzimizi dəyişmək üçün geniş müzakirələr aparmağa böyük ehtiyac var. Bu günün müəllimi necə olmalıdır ki, öz peşə nüfuzunu qoruyub saxlaya bilsin, cəmiyyət tərəfindən şərəfli peşə sahibi kimi qəbul edilsin. Hesab edirəm ki, məktəbə, müəllimə yerli-yersiz hücumlar dayandırılmalı, məktəbin, müəllimin nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “günah keçisi”  qismində önə çəkmək nəinki, təhsilimizə, cəmiyyətimizə, heç şəxsiyyətimizə də baş ucalığı gətirmir. İstənilən halda müəllim və valideynlər arasında nifaq sala biləcək bütün çağırışlara son qoyulmalı, məktəb-müəllim-valideyn münasibətlərinin optimal həlli yolları barədə düşünülməlidir.

Müəlllim adını şərəflə daşıyan peşə sahibinə hədiyyə edilən adi gül dəstəsi belə milyonlara dəyər. Heç olmasa, bunu da olsa müəllimə çox görməyək...”





Загрузка...
Həmçinin oxuyun:
Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Sinif rəhbərinin illik tədbirlər planı

Sinif rəhbərinin illik tədbirlər planı

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması,  vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"“Apar bunu anana ver” deyən müəllimlərə qarşı ən qətiyyətli mübarizə aparmaq lazımdır"

"“Apar bunu anana ver” deyən müəllimlərə qarşı ən qətiyyətli mübarizə aparmaq lazımdır"

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

"Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz...?" - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ

"Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz...?" - TƏHSİL EKSPERTİ TƏNQİD ETDİ

Metodbirləşmələr

Metodbirləşmələr

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

Nadir İsrafilov: Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz…?

Nadir İsrafilov: Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz…?

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Mehriban Əliyeva necə tələbə olub? – Müəllimləri danışır + Sənədlər

Nazir  pedaqoji mühazirələrin  qaliblərini təltif etdi.. ƏMR  №F-480

Nazir pedaqoji mühazirələrin qaliblərini təltif etdi.. ƏMR №F-480

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?