AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
03 oktyabr 2022
3 692


Nadir İsrafilov: Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz…?




“Bütün peşələrdən ən çox diqqətə ehtiyacı olan peşə sahibi müəllimdir”-Nadir İsrafilov

Bəlkə, kiçik bir hədiyyə ilə kimsə müəllimə öz ehtiramını bildirmək istəyir. Ehtiramdan imtina etmək isə, ehtiramı göstərənə qarşı hörmətsizlikdir, sayğısızlıqdır. Əgər,  kimsə müəllimini təbrik etmək istəyirsə, niyə də etməsin? Hansı qanunda yazılıb ki, müəllimi təbrik etmək və ya ona hədiyyə vermək olmaz…?

Bu kimi hallara ictimai sferanın bütün sahələrində müxtəlif dərəcədə rast gəlindiyi halda, nə üçün ən çox qınağa tuş gələn məhz, məktəb və müəllim olmalıdır? Belə bir mövqe heç bir halda problemə ədalətli yanaşma hesab oluna bilməz. Bəlkə də, “Müəllim günü”nün təsis edilməsinin başlıca  məqsədlərindən biri elə, cəmiyyəti, geniş ictimaiyyəti müəllimə olan diqqət və ehtirama dəvət etmək olub?


Bir qayda olaraq, hər il “Müəllim günü” və digər əlamətdar bayramlar ərəfəsində və hələ bundan bir müddət sonra da məktəblərdə uşaqlardan müxtəlif adlarla pul yığılması, hədiyyələr alınması barədə fikirlər səsləndirilməsi, iddialar irəli sürülməsi artıq bir növ, ənənəyə çevrilib. Sanki bilərəkdən müəllim nüfuzuna kölgə salınır. Halbuki, hədiyyə etməklə, hədiyyə üçün pul yığmaq tam fərqli anlayışlardır və ikincinin qarşısı hər vəchlə alınmalıdır.


Bununla belə, kimlərsə bu kimi halları “əgər müəllimlər normal maaş alsa, heç vaxt özünü alçaldıb cəmiyyət, şagirdlər qarşısında gözükölgəli eləməz”, “pul yığılmasının əsas səbəbi müəllimlərin maaşının az olması ilə bağlıdır” və s. bu kimi arqumentlərlə əsaslandırırlar. Digərləri isə hesab edirlər ki, nə qədər ki, cəzasızlıq hökm sürür, o zamana qədər də bu cür hallar olacaq, ona görə də pul yığımı aşkarlanan məktəblərdə bu problemi beşikdə boğmaq lazımdır. Digər səbəblərə gəlincə, “valideynlərin öz təşəbbüsü ilə bu addımın atılması”, “bu işə məktəb direktorlarının rəvac verməsi” qənaətində olanlar da. bu işdə zəmanəni, mühiti günahlandıranlar da. Təəssüf ki, əksər hallarda valideyn və ya şagirdin müəllimə öz hörmət və rəğbətini hər hansı bir kiçik hədiyyə ilə ifadə etməsi faktı ifrat dərəcədə qabardılaraq rüşvət və hətta korrupsiya səviyyəsində cəmiyyətə təqdim olunur. Halbuki hər hansı bir formada təmənnasız minnətdarlığı rüşvət və korrupsiya ilə eyniləşdirmək son dərəcə təhlükəli tendensiyadır.


Sovet dönəmində də məktəbə, müəllimə hörmət, diqqət, rəğbət müxtəlif hədiyyələrlə ifadə olunub, lakin bu hal indiki qədər müəllimin nüfuzuna xələl gətirməyib. Nə qədər uğursuz müqayisə kimi görünsə də, təkzib olunmaz reallıqdır ki, kiminsə kiməsə nəsə verməsi və ya bağışlaması sıradan olan adi bir hal kimi qəbul edildiyi halda, müəllimə münasibətdə bu hal faciə səviyyəsində şişirdilir, müəllim nüfuzu alçaldılır. Sadəcə olaraq hər kəs bilməlidir ki, bütün hallarda dövlət orta  məktəblərində pul yığıla bilməz. Valideynin təhsilin idarə olunmasında iştirakı və töhfəsi məsələləri Təhsil haqqında qanunun və Təhsilin inkişafı strategiyasının müvafiq bəndləri ilə tənzimlənir.


Müəllimin üstünə bu dərəcədə getmək olmaz. Burda söhbət heç də hədiyyə alınıb-verilməsindən, ümumiyyətlə bu kimi hallara haqq qazandırılmasından gedə bilməz. Müəllimi rəsmi qaydada tənbeh etmək, cəzalandırmaq, işdən kənarlaşdırmaq olar, ancaq ictimailəşdirib qınaq obyektinə çevirmək olmaz. Bir para müəllim fərdinin əməlinin bütövlükdə müəllimlik məfhumunun üzərində ümumiləşdirilməsi yolverilməzdir. Buna görə də müəllim şəxsiyyətinə münasibətdə düşüncəmizi, yanaşma tərzimizi dəyişmək üçün geniş müzakirələr aparmağa böyük ehtiyac var – bu günün müəllimi necə olmalıdır ki, öz peşə nüfuzunu qoruyub saxlaya bilsin, cəmiyyət tərəfindən şərəfli peşə sahibi kimi qəbul edilsin.


Hesab edirəm ki, məktəbə, müəllimə yerli-yersiz hüçümlar dayandırılmalı, məktəbin, müəllimin nüfuzunun qaldırılması üçün bütün səylər birləşdirilməlidir. Bir həqiqəti də unutmayaq ki, məktəb cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə gedən proseslər məktəbə də, müəllimə də təsirsiz ötüşməyə bilməz. Məktəbi, müəllimi “Günah keçisi”  qismində önə çəkmək nəinki, təhsilimizə, cəmiyyətimizə hec şəxsiyyətimizə də baş ucalığı gətirmir.


Müəllimini təbrik etmək istəyən şagirdə hədiyyəyə baxıb, ucuz olduğunu gördükdən sonra bütün uşaqlar qarşısında “Apar bunu anana ver” deyən bu kimi müəllimlərə qarşı ən qətiyyətli mübarizə aparmaq isə, hər kəsin vətəndaşlıq borcudur. Təəsüf ki, bu kimi hallar da istisnalıq təşkil etmir. Bir də ki, hər müəllimlik diplomuna sahib olan kəs müəllim deyil axı… İstənilən halda müəllim və valideynlər arasında nifaq sala biləcək bütün  çağırışlara son qoyulmalı, məktəb-müəllm-valideyn münasibətlərinin optimal həlli yolları barədə düşünülməlidir.




Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

Kadr hazırlığı ölkəmizin sənaye, iqtisadi inkişafına uyğun aparılacaq

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması,  vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

Məktəblərdə hər hansı bir məqsədlə pul yığılması, vəsait toplanması birmənalı şəkildə yolverilməzdir.

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Peşə təhsili üçün böyük stimullaşdırma- Peşə təhsili hüququ kimlərə verilir?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ

Bu şəkil müəllimləri qınağa TUŞ ETDİ

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)

Bacarıqlı rəhbər-uğurlu məktəb formulu(Beynəlxaq təcrübədən faydalanaraq)

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Təhsil ictimaiyyətindən ETİRAZ

Təhsil ictimaiyyətindən ETİRAZ

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər