BŞTİ-də yeni kadr təyinatı olub-FOTO
Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat olub.
Elm və təhsil nazirinin əmrinə əsasən, Aygün Bayramova BŞTİ-nin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin edilib.
Bu təyinata qədər A.Bayramova 2007-2023-cü illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Hüquq və İnsan Resursları şöbəsinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, A.Bayramova 2017-ci ildə hüquq elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb, 2021-ci ildə İnsan Resurslarının İdarəedilməsi üzrə beynəlxalq sertifikasiyadan keçib (SHRM-CP), 2022-ci ildə “Executive MBA” proqramı üzrə Böyük Britaniyanın York Universitetinə daxil olub.