AzTehsil.com


Xəbərlər / Müəllim
07 avqust 2020
1 500


“Gələcək hədəfim ölkəmizə Nobel Mükafatı qazandırmaqdır”



“Gələcək hədəfim ölkəmizə Nobel Mükafatı qazandırmaqdır”

 

Aygün Azadova: "Azərbaycanda hərəkətverici insan kapitalına ehtiyac duyulan sahələrə yönəlmək gənclərin əsas seçimi olmalıdır”

Müasir qlobal çağırışlar ali təhsil sistemində sürətli dəyişikliklərin aparılmasını zəruri edib. Heç kimə sirr deyildir ki,  hazırda davamlı inkişafın əsas hərəkətverici qüvvəsi olan yüksəkhazırlıqlı insan kapitalı ölkənin rəqabət qabiliyyətliliyinin gücləndirilməsində başlıca faktora çevrilib.  

Bu amil milli təhsil sistemində ali təhsilin modernləşməsini və rəqabətliliyinin dəstəklənməsini nəzərdə tutur. Ali təhsildə rəqabətliliyin təmin olunması isə ilk növbədə universitetlərdə aparılan elmi tədqiqatların səviyyəsindən, yeni akademik mühitin yaradılmasından, gənc tədqiqatçılar nəslinin yetişdirilməsindən bilavasitə asılıdır.   2018-ci ilin noyabrında ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü  illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ölkəmiz, təhsil sistemimiz qarşısında duran bu hədəflərə çatmaqda mühüm rol oynayır.

Dövlət Proqramı  çərçivəsində artıq  dünyanın nüfuzlu ali təhsil müəssisələrində  təhsil alacaq tələbələrin bir qrupu  müvafiq meyarlar əsasında seçilərək müəyyən olunub. Onlardan biri də "2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  Böyük Britaniyanın Essex Universitetində "Molekulyar tibb”  ixtisası üzrə doktorantura təhsili almaq imkanı qazanmış Aygün Azadovadır. Əvvəlcə Aygün Azadovanı oxucularımıza təqdim edək.

Tanıtım. Aygün Kainat qızı Azadova Bakı şəhərində anadan olub. 1996-2007-ci illərdə Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-ci ildə Bakı Dövlət Universitetində "Biologiya” ixtisası üzrə bakalavr təhsilinə qəbul olub, daha sonra həmin ali məktəbdə  "İnsan və heyvan fiziologiyası” ixtisası üzrə magistr təhsilini davam etdirib. 2013-cü ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib.  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya, Elmi-Təcrübi və Tədris Birliyində mütəxəssis vəzifəsində çalışıb. 2016-cı ildə "Hökumətlərarası Təqaüd Proqramı” çərçivəsində keçirilən müsabiqə nəticəsində magistr təhsilini xaricdə davam etdirmək imkanı qazanıb. Macarıstanın Debrecen Universitetində "Molekulyar biologiya” ixtisası üzrə təhsil alıb, 2018-ci ildə həmin ali məktəbi yüksək ortalama ilə bitirib. Macarıstanda təhsil aldığı dövrdə Kliniki Genomika və Şəxsiləşdirilmiş Tibb Mərkəzində "İnsanlarda süd vəzi xərçənginin müalicəsində tətbiq edilən endokrin müalicə” sahəsində tədqiqatlar aparıb və Debrecen Universitetində Tələbə Elmi Assosiasiyası Şurasının həyata keçirdiyi TDK konfransında bu mövzu ilə bağlı çıxış edib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun "Elmi-tədqiqat və Risklərin qiymətləndirilməsi” şöbəsində aparıcı mütəxəssis olaraq fəaliyyətini davam etdirib. Həmin institutda çalışdığı müddətdə beynəlxalq miqyaslı BƏƏ-nin "Alliance Global Labs” şirkətində "NGS-DNT Sekvensləmə” və İsveçrənin Karolinska İnstitutunda "Linux OS” kimi təlimlərdə iştirak edib.

"Ölkəmizi beynəlxalq sferada təmsil etmək çox qürurverici haldır”

 - "2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na qəbul olundunuz.  Bu barədə fikirlərinizi bölüşməyinizi xahiş edirik...

- "2019-2023-cü il Dövlət Proqramı”  Təhsil Nazirliyinin təşkil etdiyi xaricdə təhsil istiqamətində qazandığım növbəti nailiyyətdir. Dövlət Proqramı təqaüdçüsü olmaq və yenidən ölkəmizi beynəlxalq sferada təmsil etmək çox qürurverici haldır. Proqramın təşkili ilə bağlı onu qeyd etmək istərdim ki, ilkin mərhələdə namizədliyim elektron ərizə sistemi ilə daha sonra dörd nəfərdən ibarət müsahibə komissiyası tərəfindən qimətləndirilmişdir. Növbəti müsabiqələrdə iştirak edəcək doktorant namizədlər üçün bildirirəm ki, müsabiqənin hər bir mərhələsi şəffaf müstəvidə həyata keçirildi, bununla yanaşı ünvanladığım bütün suallar, DP İdarəetmə Qrupunun üzvləri və kuratorlar tərəfindən punktual və dolğun şəkildə cavablandırılmışdır. Pandemiya dövründə ölkəmizdə yaranan çətinliklərə baxmayaraq, 2019-2023-cü il Dövlət Proqramının uğurla həyata keçirilməsində və təşkilində iştirak edən Təhsil Nazirliyinin hər bir əməkdaşına öz təşəkkürümü bildirirəm.

- Məlumdur ki, son illərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə bir sıra dövlət proqramları qəbul olunub. Bu mənada 2019-2023-cü il Dövlət Proqramının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Dövlət Proqramı ölkəmizdə təhsilin keyfiyyətini yüksəltmək və elmin davamlı inkişafını təmin etməyi əsas götürərək Azərbaycan gəncliyinin dünyanın aparıcı universitetlərində təhsil alması və beynəlxalq təcrübədən yararlanmasına şərait yaradır. Proqram Azərbaycanın gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır.

Hazırda elm və texnologiyanın surətlə inkisaf etdiyi, qloballaşmanın geniş yayıldığı, elmin, təhsilin önəm qazandığı bir dövrdə yaşayırıq və artıq uğurlu gələcək təhsilin inkişaf səviyyəsi və müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssislərin yetişdirilməsi ilə müəyyən olunur. Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində doğru addımların atılması və uğurlu siyasətin aparılmasının nəticəsidir ki, bu gün ölkəmizdə qeyri-neft sektorlarında dinamik inkişaf özünü göstərir.  5 ildən çox elmi-tədqiqat  və diaqnostika sahəsində çalışan bir mütəxəssis kimi deyə bilərəm ki, yenilikçi və analitik düşüncəyə və güclü tədqiqat metodologiyasına sahib peşəkar mütəxəsis olaraq formalaşmaqda doktorantura pilləsi təhsilin çox önəmli bir mərhələsini təşkil edir. 2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında maliyyə büdcəsinin məhz doktorantura səviyyəsinə ayrılması təhsilin inkişafı üzrə Dövlət Strategiyasında hədəflənən bir çox məsələlərin həlli üçün atılmış çox önəmli bir addımdır və bu layihənin növbəti illərdə ölkəmizin sürətli sosial-iqtisadi inkişafına və modernləşmiş bir cəmiyyətin formalaşmasına təkan verəcəyini düşünürəm.

"Doktorantura təhsilim müstəqil elm adamı olaraq formalaşmağıma zəmin yaradacaq”

-  Seçdiyiniz ixtisas barədə məlumat verərdiniz. Doktorant  olaraq hansı mövzu üzərində işləyəcəksiniz? Tədqiqat mövzunuz dünyada nə dərəcədə prioritetdir?

- 2019-2023-cü il Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Essex Universitetində "Molekulyar tibb” ixtisası üzrə doktorantura təhsili alacağam. Tədqiqat işim insanda süd vəzi xərçənginin formalaşmasına gətirib çıxaran molekulyar mexanizmlərin araşdırılması və xəstəliyin müalicəsi istiqamətində yeni tibbi vasitələrin təkmilləşdirilməsi mövzularını əhatə edir. Tədqiqat zamanı süd vəzi xərçənginin müalicəsində tətbiq edilən hormonoterapiyaya qarşı davamlılığın qazanılması, şəxsiləşdirilmiş müalicə və diaqnostik biomarkerlərin tətbiqinə toxunulacaq. Süd vəzi xərçəngi genetik səviyyədə irsi və ya digər risk faktorlarının təsiri ilə yaranan mutasiyalar və molekulyar siqnal sistemlərinin qarşılıqlı əlaqəsi nəticəsində formalaşan kompleks xəstəlikdir. Beynəlxalq miqyasda bu sahədə çoxsaylı araşdırmaların aparılmasına baxmayaraq,  dünya statistikasına nəzər salsaq, eləcə də ölkəmizdə süd vəzi xərçəngindən ölən şəxslərin sayı hər il artmaqdadır. Bu da əlbəttə ki, xərçəngin müalicəsinin tapılması istiqamətində yeni araşdırmaların aparılması zərurəti yaradır. 

- Tədqiqatlarınızın tərəfdaş ali təhsil müəssisəsi üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?  Tədqiqatlarınız tərəfdaş universitetə nə kimi töhfələr verə bilər?

- Doktorantura təhsili və aparacağım araşdırmalar müasir laboratoriyaların təşkili, molekulyar tibbi-biologiyanın innovativ texnologiyaları və metodlarına yiyələnmə, kompüter elmi və statistik proqramların praktikada tətbiqi, beynəlxalq akademik təcrübə və  bütün bunların sintezində müstəqil elm adamı olaraq formalaşmağıma zəmin yaradacaq. Bildiyimiz kimi Xəzər Universitetində tətbiq edilən təhsil layihələri yenilikçi maraqlara və beynəlxalq təcrübəyə əsaslanır. Buna görə  universitetin təlim-tədris sistemi və kurikulumun təşkilinə, beynəlxalq əməkdaşlıqların qurulması və elmi-araşdırmaların keyfiyyətinin yüksəldilməsinə böyük töhfə verəcəyimi düşünürəm.

- Bütün dünyada molekulyar biologiya -tibb sahəsi ən sürətli inkişaf  edən elmi istiqamətlərdəndir. Bu nə ilə bağlıdır?

- Dünya ölkələri molekulyar tibbi-biologiya sahəsinin inkişafı, həmin sahədə insan kapitalının yetişdirilməsi və qabaqcıl texnologiyaların tətbiqi üçün böyük həcmdə maddi vəsait ayırır. Bunun səbəbi isə molekulyar tibbi-biologiyanın tətbiq sahəsinin çox geniş olmasıdır. Belə ki, mikrobioloji, parazitar və genetik xəstəliklərin diaqnostikasında, məhkəmə ekspertizasında cinayət hadisələrinin aydınlaşdırılması və identifikasiyası məsələlərində, o cümlədən atalıq və analığın təyinində, bioloji silahların istifadəsinin qarşısını almaq, biotəhlükəsizliyin və biomühafizənin təşkilində, pandemiyanın qarşısının alınmasında, kənd təsərrüfatında xüsusilə heyvan və bitkilərin məhsuldarlığının artırılması, xəstəliklərə qarşı yeni dərman preparatlarının hazırlanması və elmi-tədqiqatların aparılmasında tətbiq edilir. Bu sahədə ixtisaslaşmış bir mütəxəssis olaraq, deyə bilərəm ki, bir ölkənin sağlam gələcəyi və təhlükəsizliyinin təmin edilməsi üçün molekulyar tibbi-biologiya sahəsinin inkişaf etdirilməsi zəruridir.

- Məlum pandemiya dövrü tibbi biologiyanın aktuallığını da gündəmə gətirdi. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı...

- Nəzərə alsaq ki, molekulyar bioloji texnologiyalar xəstəliyə səbəb olan agentlərin mənşəyinin təyinində, xəstəliyin diaqnostikası, eləcə də agentlərə qarşı vaksinlərin və müalicə vasitələrinin hazırlanmasında tətbiq edilir, pandemiya şəraitində molekulyar tibbi biologiyanın aktuallıq qazanması çox təbii haldır. Bununla əlaqədar, hazırda dünyanın bir çox nüfuzlu universitetlərində müasir bioloji  texnologiyalardan istifadə olunmaqla vaksinlərin hazırlanması istiqamətində çoxsaylı eksperimentlər davam etdirilir. Bu da molekulyar-tibbi biologiyanın tətbiq sahələrinin əhatə dairəsinin geniş olduğunu və aktuallığını göstərir.

"İxtisas seçiminin önəmini xüsusilə vurğulamaq istərdim”

- Siz xaricdə  təhsil almısınız. Hazırda bir çox orta məktəb məzunu xaricdə təhsil almaq üçün seçim edir, gənclərə nə kimi tövsiyələriniz olardı?

- Son zamanlar gənclərin xarici ölkələrdə təhsil almağa üstünlük verməsi Azərbaycanın beynəlxalq miqyasda daha çox tanınması, diasporanın formalaşmasında rolu olduğu kimi, ölkədaxili müxtəlif sektorların inkişafına da optimal şərait yaradır. İxtisas seçiminin önəmini xüsusilə vurğulamaq istərdim. Gələcəyin tələblərini qarşılayacaq, Azərbaycanda hərəkətverici insan kapitalına ehtiyac duyulan sahələrə yönəlmək gənclərin ilkin seçim meyarı olmalıdır. Bu baxımdan mühəndislik, kompüter elmləri və ictimai səhiyyəni qeyd edə bilərəm. Universitet seçərkən ixtisas üzrə tədris planı və təcrübə imkanları ətraflı araşdırılmalıdır, çünki ixtisas sahələri universitetlərdə bərabər keyfiyyətdə tədris edilmir. 

- Gələcək hədəfləriniz barədə.

- Qeyd edim ki, Azərbaycanın inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə xaricdə təhsil almaq və yüksəkhazırlıqlı mütəxəssis kimi vətənə qayıtmaq bugünkü Azərbaycan gəncinin əsas hədəflərindən birinə çevrilib.  Bu mənada əsas hədəfim doktorantura təhsilini uğurla başa vurub ölkəmizə qayıtmaq,  Azərbaycan Respublikasında təhsilin inkişafına töhfə vermək, vətəndaşlıq borcumu layiqincə  yerinə yetirməkdir.  Elmi-tədqiqatçı olaraq, gələcək hədəfim yeni müalicə strategiyalarını inkişaf etdirərək, xərçəng xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmaq və bu istiqamətdə ölkəmizə Nobel Mükafatı qazandırmaqdır.

Oruc MUSTAFAYEV



Загрузка...
Həmçinin oxuyun:
Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Beynəlxalq ikili diplom proqramları ilə bağlı qaydalar təsdiqlənib

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Azərbaycan təhsili və elminin qarşısında duran ən mühüm vəzifələrdən biri yüksəkixtisaslı kadrlar hazırlanmasıdır

Ali təhsildə elmin inkişafı naminə

Ali təhsildə elmin inkişafı naminə

Gənc mütəxəssis Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub

Gənc mütəxəssis Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub

34 gənc 11 ölkənin 22 ən nüfuzlu universitetində doktorantura təhsili alacaq

34 gənc 11 ölkənin 22 ən nüfuzlu universitetində doktorantura təhsili alacaq

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunaca

Təhsil Nazirliyi: İlkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramı təsis olunaca

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans: elm və təhsilin inteqrasiyası

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Bakı Mühəndislik Universitetində Himayəçilər Şurasının növbəti iclası

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

Prezident ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramını təsdiqlədi

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Bakı məktəbinin məzunu doqquz nüfuzlu universitetə qəbul olub - FOTO

Bakı məktəbinin məzunu doqquz nüfuzlu universitetə qəbul olub - FOTO

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Nazir müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Elm, Texnologiya və Təhsil nazirlikləri rəhbərlərinin V iclasında iştirak edib

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Təhsil Nazirliyində niyyət protokolu imzalanıb

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadılıb

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

ADA Universiteti və BP arasında müqavilə imzalanıb

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

Millət vəkili “Peşəkarla görüş” layihəsində

Millət vəkili “Peşəkarla görüş” layihəsində

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Bakı Dövlət Universitetində doktorantlarla görüş

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? -DOSYE