Xəbərlər
07 noyabr 2017
2 621


“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

Azərbaycanda xeyli sayda gənc dövlət hesabına xaricdə təhsil alıb. Onların bir çoxu ölkədə müxtəlif ixtisaslarda fəaliyyət göstərirlər. Biz bunu daha çox tibb sahəsində müşahidə edirik. Kifayət qədər uzman həkimlər var ki, onlar Türkiyədə, Rusiyada təhsil alıblar. Ancaq uzun müddətdir ki, dövlət hesabına xaricdə təhsil proqramı bağlanıb.


Kimisi bunu xaricdə dövlət hesabına təhsil alanların geri dönmədikləri ilə əlaqələndirir, kimisi isə maliyyə çatışmazlığı ilə əlaqələndirir. Maraqlıdır, bu proqram bərpa olunacaqmı?


Təhsil Nazirliyindən sorğumuza cavab olaraq bildirdilər ki, hazırda ikinci dövlət proqramının həyata keçirilməsi üçün işlər aparılır. 

Sitat:

 

"Sorğunuza cavab olaraq bildiririk ki, ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində ümumilikdə 3558 təqaüd ayrılmışdır. Bu təqaüdlərin 63 faizi məhz magistratura və doktorantura səviyyələrində təhsil alan gənclərimizə verilmişdir. Onlardan 1534 nəfəri magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanmışdır".


Təhsil eksperti Etibar Əliyev xaricdə təhsilin hər bir ölkənin təhsil siyasətində əsas prioritet rol oynadığını dedi:

 

"Universitetlər üzrə dünyanın nüfuzlu reytinq təşkilatları professor- müəllim heyətinin keyfiyyətini mühüm meyar kimi nəzərdə tutur. Ölkəmizdə bir çox sahələr üzrə həqiqətən peşəkar kadr çatışmazlığı hiss olunur. Düzdür, Türkiyədə tibb təhsili görmüş mütəxəssislər bu sahədə boşluğu doldurur. Lakin buna baxmayaraq, mütəxəssis hazırlığı fasiləsiz olmalıdır. Bu yaxınlarda nüfuzlu ”QS" universitetlərin reytinqi təşkilatı ali məktəblərin reytinqini açıqladı. Azərbaycandan ilk yüzlüyə düşən Bakı Dövlət Universiteti (95-ci yer) və Xəzər Universiteti (100-cü yer) oldu. Bu təşkilatın 9 meyarından 3 mühüm sayılanı akademik nüfuz, elmi məqalələrdən sitat gətirmə, işəgötürənlər arasında nüfuz  birbaşa kadr potensialı ilə bağlı olduğundan, bu meyarı nüfuzlu universitetlərinin məzunları tamamlaya bilər.

 

Həmin reytinq cədvəlində Qazaxıstanın 7 universiteti yer alıb. Hətta Əl-Fərabi adına Milli Universitet 10-cu yerdə qərarlaşıb. Qazaxıstan 1992-ci ildən Xaricdə Təhsil konsepsiyası əsasında 10 minlərlə gəncin dünyanın aparıcı universitetlərinin bakalavr və magistr pillələrində təhsil almalarını təmin edib. Məzunların tam əksəriyyəti isə ölkələrinə qayıdıb. Təhsil Nazirliyi ilə xaricdə təhsil alan arasında bağlanılmış müqavilədə qeyd olunur ki, Azərbaycan vətəndaşları tədris müddətini bitirdikdən sonra 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmalı və aldığı ixtisas üzrə Azərbaycan Respublikasında 5 il fasiləsiz işləməlidir. Yəni belə bir şərt qoyulub. Ancaq məsələnin mənəvi tərəfi daha böyük önəm kəsb etməlidir".


E.Əliyev Xaricdə Təhsil üzrə Dövlət Proqramının bərpasının olduqca vacibliyini dedi:

 

"Dövlət vətəndaşına etimad göstərirsə, o, bu etimadı bilik və bacarığını ölkəsinə verməklə doğrultmalıdır. Mən universitetlərdə və digər təşkilatlarda Dövlət proqramı əsasında təhsil alıb gələnlərə xüsusi qayğı göstərilməsinin şahidi olmuşam. Xaricdə Təhsil üzrə Dövlət Proqramının bərpası olduqca vacibdir. Bu, insan kapitalının inkişafına töhfə verən faktor olmaqla yanaşı, həm də dövrün tələbidir. Düşünürəm ki, bu məsələ yaxın vaxtlarda həllini tapmalıdır”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması üçün razılaşdırma aparılır

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Nazir: "Elmi kadrların yetişdirilməsində xaricdə təhsil proqramının mühüm rolu var"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

3500-dən çox tələbə dövlət təqaüdü ilə xarici universitetlərdə təhsil almaq hüququ qazanıb

Azərbaycanda ali təhsilin «ali» problemi

Azərbaycanda ali təhsilin «ali» problemi

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

Nazir müavini: "Ən mühüm vəzifə perspektivli alimləri Azərbaycanda saxlamaqdır"

Tələbələr üçün şad xəbər- 30 tələbə...

Tələbələr üçün şad xəbər- 30 tələbə...

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

"Azərbaycan ali təhsillilərin sayı görə dünyada qəbul olunmuş normadan azdır"

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Diplomlarınız hansı halda tanınmır? - VİDEO

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

Xaricdə təhsil alanlara şad xəbər: qanun dəyişdi - işə müsabiqəısiz qəbul ediləcəklər

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.