AzTehsil.com


Xəbərlər
22 aprel 2020
1 448


Bakı Ali Neft Məktəbi MBA proqramına qəbul elan edir



Bakı Ali Neft Məktəbi MBA proqramına qəbul elan edir

 

Bakı Ali Neft Məktəbi (BANM) MBA (Biznesin idarəedilməsi) proqramına qəbul elan edir.

BANM-in MBA proqramında tələbələr idarəetmə və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edirlər. Kurslar olduqca praktik və əhatəlidir.

BANM-dan  verilən məlumata görə, Ali Məktəbdə MBA proqramını tədris edən şəxslər iri yerli və transmilli şirkətlərdə çalışan rəhbər vəzifəli şəxsləridir ki, bu da tələbələrə yalnız nəzəri deyil, eyni zamanda real təcrübələr haqqında biliklərə yiyələnməyə imkan verir.

Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənlər daxildir. Kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin edilirlər.

Bakı Ali Neft Məktəbinin MBA proqramına qəbul Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları əsasında aparılır.

Dərslər həftə içi 3 gün olmaqla, axşam saatlarında təşkil edilir. Bütün dərslər yalnız ingilis dilində tədris edilir. Proqramın müvəffəqiyyətlə mənimsənilməsi üçün ingilis dilini bilmək əsas şərtdir. Belə ki, Dövlət İmtahan Mərkəzinin imtahanlarından uğurla keçən və BANM-in MBA proqramına qəbul olan tələbələrin qeydiyyat zamanı ingilis dili bilikləri daxili imtahan və ya müsahibə yolu ilə test edilir. Əgər tələbə ilkin bakalavr və ya magistr təhsilini tam olaraq ingilis dilində bitiribsə və ya uzun müddət əsas danışıq dilinin ingilis dili olduğu şirkətdə çalışıbsa bu zaman daxili imtahan keçirilməyə bilər.

BANM-in MBA mərkəzinin əsas missiyası qlobal səviyyədə rəqabətədavamlı, yüksək səviyyəli menecerlər yetişdirməkdir. Bunun üçün dünyada qəbul edilən əsas istiqamətlər müəyyənləşdirilib. Buraya "Maliyyənin idarəolunması”, "Biznes və iqtisadiyyat üçün statistika”, "Marketinq konsepsiyaları”, "Menecerlər üçün mühasibat”, "İdarəetmə və təşkilati davranış”, "İstehsalın və əməliyyatların idarəolunması”, "Strateji idarəetmə: nəzəriyyə və praktika”, "İdarəetmənin iqtisadiyyatı”, "İnformasiya Texnologiyalarının idarəolunması”, "Kapital qoyuluşu və Maliyyə strategiyaları”, "Xərclərin strateji idarəolunması”, "Strateji idarəetmə və biznes siyasəti”, "Bazarın öyrənilməsi və beynəlxalq biznes” daxildir.

BANM MBA tələbələri üçün müxtəlif sahələrdə biliklərini genişləndirmək və maraq sahəsini seçmək imkanı yaradır:

-Tədqiqat metodologiyası

-İnsan Resurslarının İdarəolunması

 
-Beynəlxalq idarəetmə

-Risklərin idarəolunması və sığortalama

-Beynəlxalq maliyyə menecmenti

-Biznes münasibəti

-Beynəlxalq biznes qanunu

-Layihələrin idarəolunması

-Beynəlxalq əlaqələr

MBA-də əldə olunan bilik və bacarıqlar müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etməyə və tələbələrin özlərini yeni sahələrdə sınamağa imkan verəcək. İllik təhsil haqqı 5000 AZN kimi müəyyən edilib. Əlavə məlumat üçün (+99450) 8433058 nömrəli telefon və [email protected] e-poçtu vasitəsi ilə əlaqə saxlamaq mümkündür.  



Загрузка...
Həmçinin oxuyun: