Xəbərlər
08 avqust 2019
2 197


BANM-ın tələbələri Azərbaycanı beynəlxalq müsabiqədə təmsil edəcək

 

 
Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Azərbaycanı dünyanın ən böyük "Yaşıl Texnologiya" biznes ideya müsabiqəsi olan "ClimateLaunchpad-2019"-un beynəlxalq finalında təmsil edəcək.

  Ali Məktəbin "Climasel” komandası Milli Finalda qalib gələrək Niderland Krallığının paytaxtı Amsterdam şəhərində noyabrda keçiriləcək Qobal Finalda iştirak hüququ qazanıb.

"Climasel” ölkəni beynəlxalq layihədə təmsil edəcək 2 yerli startap layihəsindən biridir.

Layihə evlərdə, ofis və restoranlarda temperaturu stabil saxlamağa yönəlmiş materialın istehsalını nəzərdə tutur.

Sosial İnnovasiya Laboratoriyasının dəstəyi ilə Azərbaycanda startap ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırır və vacib biznes biliklərini layihələri üzərində tətbiq edirlər.

Avropa Birliyinin maliyyə vəsaiti ilə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən ənənəvi yarışmada bu il dünyanın 50-dən çox ölkəsi iştirak edir.

Dünya finalında hər iştirakçı ölkədən seçilmiş komandalar Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcək.

Böyük Finalın qalibi 10 000 avro, ikinci yerin sahibi 5 000 avro, üçüncü yer tutan komanda isə 2 500 avro pul mükafatı qazanacaq.

Eyni zamanda, Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə  95 000 avro maliyyə dəstəyi verilir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

Azərbaycanlı tələbə beynəlxalq müsabiqədə uğur qazanıb

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

SABAH tələbələri “Young Global Pioneers” unikal beynəlxalq təhsil proqramında iştirak edəcək

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

SABAH tələbələri beynəlxalq məhkəmə müsaqibəsində

Azərbaycan tələbələri Beynəlxalq IT Çempionatında qalib gəliblər (FOTO)

Azərbaycan tələbələri Beynəlxalq IT Çempionatında qalib gəliblər (FOTO)

BANM-in tələbələri Səngəçal terminalında olublar

BANM-in tələbələri Səngəçal terminalında olublar

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

Azərbaycan universiteti "Made in Azerbaijan" brendi altında məhsullar istehsal edəcək

Riyaziyyat Olimpiadasından ilk medal

Riyaziyyat Olimpiadasından ilk medal

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Mühəndislik və robototexnika yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi BP-nin qalibi oldu

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

BANM-ın tələbəsi Gənclər Fondunun layihəsini reallaşdırdı

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

Tələbələri ən az xərcə salan ölkələr

Tələbələri ən az xərcə salan ölkələr

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

BANM-ın tələbəsi “Azerspace-2” peykinin orbitə buraxılmasında iştirak edəcək

Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı

Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

"Biz bu sahədə və istiqamətdə vahid milli platformadan çıxış etməliyik"

"Biz bu sahədə və istiqamətdə vahid milli platformadan çıxış etməliyik"

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib

BANM-də gənc kimyaçıların yaradıcılıq müsabiqəsi keçirilib

Bakı Ali Neft Məktəbi  IADC ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Gənclərin sahibkarlıq fəaliyyətinə dəstək

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Mühəndislik və robot texnologiyaları üzrə beynəlxalq olimpiada keçirilib

Tələbələrin startap müsabiqəsi elan olundu

Tələbələrin startap müsabiqəsi elan olundu

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)