Xəbərlər
09 yanvar 2019
471

Mühəndislik və robototexnika yarışı keçiriləcək


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Mühəndislik və robototexnika yarışı keçiriləcək

 

 
 
Təhsil Nazirliyi, ADA Universiteti və "Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında 2018-2019-cu tədris ili üzrə "First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışı keçiriləcək.  

Yarışın keçirilməsində məqsəd ümumtəhsil məktəblərinin şagirdlərinin elm və texnologiyalara olan marağını artırmaq və hazırkı qlobal problemlərin elmi-texniki həllinə töhfə verməkdir. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib. Qeydiyyatdan keçən bütün komandalar yarışda iştirak qaydaları ilə bağlı təlimatlandırılıb. Komandalara yarışda iştirak üçün FLL dəstləri paylanılıb.

Yarışın yerli turnir və mükafatlandırma mərasiminin cari ilin aprelin 6-da baş tutacağı planlaşdırılır.

FLL 10-16 yaşlı məktəblilər üçün STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) əsaslı robot texnologiyaları yarışıdır. Yarışda 6 nəfərdən ibarət komandalar iştirak edirlər. FLL şagirdləri real elm və texnologiya problemləri ilə qarşılaşdırır və onların həlli yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirir.

Hər il dünyanın 88 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan ilk dəfə 2017-2018-ci tədris ilində qoşulub. Yarışın yerli turnirində qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq  yarışda uğurla təmsil edib.

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir.  Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub. Məktəblərin informatika otaqlarına "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, məktəb müəllimləri təhsil robotlarının tədrisdə istifadəsi  üzrə xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən təlimlərə cəlb olunub. Təcrübə göstərir ki, tədrisdə təhsil robotlarından istifadə şagirdlərdə müstəqil qərar vermək, öz seçimləri üzərində düşünmək və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.edu.gov.az





Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Olimpiadaların

Olimpiadaların "qızıl qaydaları" - beynəlxalq uğurun şərtləri

2018 Yay Mühəndislik Forumu keçiriləcək

2018 Yay Mühəndislik Forumu keçiriləcək

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Bakı məktəbliləri arasında məntiq olimpiadası keçiriləcək

Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı

Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Son 5 ildə yüksək nəticə göstərən şagirdlərin sayı artıb - Təhsil Nazirliyi

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

Kaspi Liseyi beynəlxalq olimpiadaya ev sahibliyi edir - Fotolar

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

Bakı məktəbi “Hazırcavablar” intellektual oyununda qalib gəlib

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

İntellektual qarşılaşmanın növbəti qalibi müəyyənləşib - Bu məktəb...

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

İntellektual yarışda tələbələrdən ibarət 17 komanda mübarizə aparıb

Qalib tələbələrə 10 min manat mükafat verildi

Qalib tələbələrə 10 min manat mükafat verildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

ADU-nun komandası yenə birinci oldu

ADU-nun komandası yenə birinci oldu

Şabranda Respublika fənn olimpiadaları üzrə yarışda Murad Cəbrayılov I yerə layiq olub

Şabranda Respublika fənn olimpiadaları üzrə yarışda Murad Cəbrayılov I yerə layiq olub

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

“Şahmat” fənni tədris olunan pilot ümumtəhsil məktəblərinin şagirdləri arasında yarış keçirilib

“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

“Vətənin müdafiəsinə hazıram!” poliatlon üzrə məktəblilər arasında rayon birinciliyi keçirilib

Şabran UGİM-in tennisçiləri Azərbaycan birinciliyindən qələbə ilə qayıdıblar

Şabran UGİM-in tennisçiləri Azərbaycan birinciliyindən qələbə ilə qayıdıblar

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

"Tariximiz altıncıların gözü ilə" adlı bilik yarışması keçirilib

"Olimpiya Hərəkatı" Göygöldə davam etdirilir.

Abşeron rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında dama yarışı keçirilib

Abşeron rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında dama yarışı keçirilib"

Daşkəsən rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zirvə” bilik yarışı keçirilib

Daşkəsən rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zirvə” bilik yarışı keçirilib