Xəbərlər
30 yanvar 2017
3 056


Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

 

Hava və Ekstremal İdman növləri Federasiyası (FAİREX) təşkili ilə 14-15 yanvar 2017-ci il tarixlərində ClimBaku Dırmanma Mərkəzində İdman Dırmanması (Çətinlik və sürət növləri) üzrə Açıq Azərbaycan Çempionatı keçirilmişdir. Yarışın keçirilməsinə ümumi rəhbərlik Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi etmiş və bilavasitə keçirilməsi AR GİN tərəfindən təsdiq edilmiş Hakimlər Kollegiyasına həvalə olunmuşdur.
 
Qərb Universiteti İdman Klubu bu yarışda aşağıdakı tərkibdə:
 
- Hüseynov Rahib
- Bəhramlı Bəhram
- Abdulov Bəhram
- Cəfərli Kamranı 
- Cahangirli Cahangir 
- Novruzova Fidan 
 
iştirak etmiş və komanda hesabında III yerə layiq görülmüşdür. 
 
Həmçinin Qərb Universitetinin məzunu və Qərb Universiteti idman Klubunun kapitanı Sima Səfərova "Çətinlik növü üzrə qızlar arasında yarış"da I yeri qazanmışdır.
 
İdman Klubumuzu təbrik edir və yeni uğurlar arzulayırıq!
 

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

 

Qərb Universiteti idman klubu ölkə cempionatının qaliblərindən oldu

Məqalə Göndər








Загрузка...