"Hazırda təhsil sahəsində üç istiqamətdə islahatlar aparılır"
"Hazırda təhsil sahəsində üç istiqamətdə islahatlar aparılır: müəllimlər, məzmun və qiymətləndirmə. İslahatların bir çoxu məhz ibtidai sinif müəllimləri ilə bağlıdır".
Bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumunda söyləyib.
O qeyd edib ki, ilk dəfə olaraq keçən il ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılması həyata keçirildi:
"Müəllimlərin 80 faizi bu prosesdən uğurlu keçdi. Sertifikatlaşdırma həm də müəllimlərin öz maaşlarını artırması üçün bir imkandır. Sertifikatlaşdırmadan uğurla keçə bilməyən müəllimlər üçün təlimlər təşkil edilib. Müəllimlərin böyük hissəsi ikinci dəfə sertifikatlaşdırma prosesindən uğurla keçib".