AzTehsil.com


Xəbərlər
17 oktyabr 2017
2 791


Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub



Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub

Bu gün Azərbaycanda nümayəndəlik institutunun ləğvi barədə qanunvericilik təşəbbüsünə həsr olunmuş mətbuat konfransı keçirilib.

 

Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, hüquqşünas Ramil Süleymanov deyib ki, Ali Məhkəmənin sədri oktyabrın 6-da Mülki Prosessual və İnzibati Xətalar məcəllələrinə, "Vəkillik fəaliyyəti haqqında" qanuna dəyişikliklər barədə qanun layihələri təqdim edib.

 

Bu dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı nəzərdə tutulur. R. Süleymanov nəzərə çatdırıb ki, 10 milyon nəfərədək əhalisi olan Azərbaycanda cəmi 936 vəkil var, hər 11 min 100 nəfərə 1 vəkil düşür. Hətta son müsabiqədə bütün vəkilliyə namizədlərin hamısı vəkil ola bilsə, Vəkillər Kollegiyasının üzvlərinin sayı 2 dəfə artsa belə, Azərbaycanda 6 min nəfərə 1 vəkil düşəcək:

 

"Məsələn, qonşu Gürcüstanda 4 milyon əhali, 5 min vəkil var. Başqa sözlə, hər 800 nəfərə 1 vəkil düşür".


Dəyişikliklərdə mülki və inzibati məhkəmə proseslərində nümayəndələrin iştirakına qadağa qoyulması, bu prosesdə yalnız Vəkillər Kollegiyanın üzvlərinin iştirakı nəzərdə tutulur. 10 milyon nəfərədək əhalisi olan Azərbaycanda cəmi 936 vəkil var, hər 11 min 100 nəfərə 1 vəkil düşür.

 

R. Süleymanov deyib ki, dövlət bu dəyişiklikləri vətəndaşların daha keyfiyyətli hüquqi yardım almasına nail olmaq niyyəti ilə izah edir:

 

"Belə əsaslandırma var ki, nümayəndələrin yetərincə peşəkar olmaması məhkəmə proseslərinin uzadılmasına yol açır. Bu gün 936 vəkilin 100-ə qədəri vəkil kimi fəaliyyət göstərmir, müxtəlif dövlət qurumlarında çalışır. Bu vəkillərin 800-ə qədər Bakı və Abşeronda cəmləşib. Bölgələrdə cəmi 150-yə qədər vəkil fəaliyyət göstərir. Bütün bu səbəblərdən əhali daha çox nümayəndələrin yardımından istifadə edir. Bütün bu amillər nəzərə alınaraq, nümayəndəlik institutun ləğvi düzgün deyil. ABŞ-da pensiya işlərinin 92 faizini, digər işlərin 11 faizini nümayəndələr aparıb".

 

R. Süleymanov keyfiyyətli hüquqi yardım baxımından çıxış yolu olaraq yalnız hüquqi təhsili olan şəxslərin nümayəndə kimi fəaliyyətinə icazə verilməsini təklif etdiklərini bildirib:

 

"Praktik fəaliyyətlə məşğul olan nümayəndələr VÖEN-lə çalışırlar, Vergilər Nazirliyində qeydiyyatdan keçirlər. Təklif edirik ki, hüquqi təhsili olanlar hüquqşünaslar Vergilər Nazirliyi ilə bərabər Ədliyyə Nazirliyində də qeydiyyatdan keçsinlər".

 

Vəkillər Kollegiyasından xaric olunmuş hüquqşünas Xalid Bağırov nümayəndəlik institutunun hüquqi yardımın keyfiyyətini artırmaq məqsədi ilə ləğv edilməsi barədə fikirlərlə razılaşmayıb:

 

"Hüquqi yardımı effektivliyini artırmaq üçün öncə vəkillik institutunun fəaliyyətini effektivləşdirmək lazımdır. Nümayəndəlik institutu vəkillik institutunun effektiv olmadığının sübutudur. Ölkədə il ərzində 13 mindən artıq cinayət işinə baxılır. Bu sahədə vəkillərin inhisarı var, 953 vəkil cinayət işlərinə baxır. İl ərzində 100 mindən çox mülki işə, 30 mindən çox inzibati işə baxılır. 13 min cinayət işinin öhdəsindən gələ bilməyən 953 vəkilə 150 min mülki və inzibati iş tapşırılacaq. Bu, hüquqi yardım işinin iflic edilməsidir. Nümayəndəlik institutunun inkişafı məhkəmələrdə korrupsiya hallarının azalmasını şərtləndirir. Keyfiyyətli hüquqi yardım adı altında vətəndaşlar hüquqi yardım almaq imkanlarından məhrum edilirlər".

 

Mətbuat konfransında hüquqi təhsili olan şəxslərin nümayəndə kimi fəaliyyətlərinə imkan yaradılmasının, qeyri-peşəkarların, hüquqi təhsili olmayanların məhkəmələrdə nümayəndə kimi iştirakdan uzaqlaşdırılmasının problemdən çıxış yolu olduğu bildirilib.


Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub

Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub

Nümayəndəlik institutunun ləğvinin yaradacağı problemlərdən çıxış yolu təklif olunub




Загрузка...
Həmçinin oxuyun:
Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

6 tələbənin ölümünə səbəb olan sürücünün vəkili hər kəsi təəccübləndirdi

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

6 tələbənin ölümünə səbəb olan sürücünün 14 nəfərlik mikroavtobusa 27 sərnişin götürdüyü məlum olub

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Əmək hüququnun predmeti, mənbələri və əmək müqaviləsi. İş vaxtinin anlayışı və növləri

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Dövlət İmtahan Mərkəzi test imtahanının ləğvi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Azərbaycan Dillər Universiteti yenidən təşkil edilir

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

İlham Əliyev iki universitetin yenidən təşkili haqqında sərəncam imzalayıb

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

Əmək müqaviləsi əmək hüquq münasibətlərinin yaranma əsası kimi

ƏMƏK MƏCƏLLƏSİ  kimlərə şamil edilmir ?  Sizdə öyrənin

ƏMƏK MƏCƏLLƏSİ kimlərə şamil edilmir ? Sizdə öyrənin

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Azərbaycanın ən böyük iki universiteti ilə bağlı MÜHÜM QƏRAR

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

Əmək münasibətlərini tənzimləyən normativ – hüquqi aktlar.

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

ADU-nun yenidən təşkili məsələlərinə həsr olunmuş iclas keçirildi

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

"Hər halda hesab edək ki, bu Dövlət İmtahan Mərkəzi - sadəcə olaraq TQDK yox, publik hüquqi şəxs statusuna malik DİM-dir".

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

"Dövlət İmtahan Mərkəzi dövlət orqanı deyil"

"Dövlət İmtahan Mərkəzi dövlət orqanı deyil"

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında  Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun

Bu tələbələr maaş da ala biləcəklər - Yeni qanun