AzTehsil.com

Cəmiyyət
17 avqust 2024
228

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri açıqlanıb

Bu gün peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqədə iştirak edən şəxslərin nəticələri portal.edu.az platformasındakı "şəxsi kabinet" bölümündə yerləşdirilib.

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 17 avqust-26 avqust tarixlərində (saat 17:00-dək) aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

• attestatın əsli;

• sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;

• sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

• şəxsiyyət vəsiqəsinin surəti;

• 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

• hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

• güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Qeyd edək ki, 2024/25-cü tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30 960 plan yeri üzrə aparılıb. İlk mərhələdə www.portal.edu.az platforması vasitəsilə 27 269 nəfərdən 87 656 müraciət daxil olub. Alınan nəticələr builki müraciətçi sayının ötən ilin analoji göstəriciləri ilə müqayisədə 13% çox olduğunu göstərir.

Peşə təhsili müəssisələrində boş qalmış plan yerlərinə tələbə qəbulunun II mərhələsinin 27 avqust-3 sentyabr tarixlərində baş tutması planlaşdırılır.

Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi qaydası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Peşə təhsili pilləsinə elektron tələbə qəbulunun nəticələri açıqlanıb

Peşə məktəblərinə tələbə qəbulunun nəticələri açıqlanıb

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri AÇIQLANDI

2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri

I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sual-cavab

Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə qəbul olunanlara müraciət edib

Nazirlik peşə təhsili müəssisələrinə daxil olanlara müraciət etdi

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması barədə

İkinci Dünya Müharibəsindən Daha Əvvəl Heç Yerdə Görmədiyiniz 11 Fotoşəkil

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Şəhadətnamənin və attestatın verilməsi qaydaları