Nazirliyin şöbə müdiri: Uşağa birbaşa qələm verib yazmağa məcbur etmək öyrənmə həvəsini öldürmək deməkdir
Məktəbəqədər qrupların dərslikləri hər il çap olunmaqdadır.
Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, məktəbəqədər qrup dərslikləri dörd hissəlidir: “Bu dərslik məktəbəqədər kurikulum sistemində bütün məzmun xətlərini əhatə edir. Bəzən görürük ki, müəllimlər ayrı-ayrı nəşriyyatların test kitabçalarından istifadə edirlər. Məktəbəqədər hazırlıq qruplarının məqsədi təkcə əqli hazırlıq deyil. Bu, beş yaşlı uşağın öyrənmə formasına uyğun deyil. Onlar oynayaraq öyrənməlidirlər. Məsələn, hərfi yazaraq yox, kağızdan formasını kəsərək öyrənməlidir. Uşağa birbaşa qələm verib yazmağa məcbur etmək öyrənmə həvəsini öldürmək deməkdir”.