AzTehsil.com
RU


Xəbərlər / Ekspert
22 avqust 2023
793


İLHAM ƏHMƏDOV -Keyfiyyətsiz təhsilin kütləviliyi kimə lazımdır?




Universitetlərimizə ilbəil qəbul planı artır. Bu il universitetlərə qəbul planı 56 mindən çoxdur. Bunun yaxşı tərəfi odur ki, ali təhsillə əhatə edilən gənclərin sayı artır, ölkəni daha az abituriyentlər tərk edir.

 

Ali təhsilin kütləviliyini təmin etməkdə distant təhsil əvəzedilməz texnologiyadır. Distant təhsilin keyfiyyəti isə, bu texnologiyadan yox, təhsilin məzmunu və onun düzgün təşkilindən asılıdr. 


Ənənəvi ali təhsili (yəni əyani təhsili) keyfiyyətsiz olan ölkənin, heç vaxt keyfiyyətli ali distant təhsil ola bilməz. Distant təhsil məhz keyfiyyətli ənənəvi təhsilin virtual proyeksiyasıdır. 


Son 15 ildə dünyada ali təhsil kütləvi xarakter almışdır (hərçənd son 5 ildə kolleclərə də axın tədricən çoxalıb). Əhalinin hər 100 min nəfərinə düşən ali təhsilli insanların sayına görə biz uzun illər ərzində MDB-də aşağı yerlər tuturduq. İndi qəbul planının ilbəil artması vəziyyəti gələcəkdə dəyişdirə bilər. 


Məlum strategiyada (Azərbaycan 2030) qeyd edilib ki, 2026-cı ildə ATM-nə gələcəkdə qəbul planı 75.000 olacaq. 

Bu kəmiyyət artımı keyfiyyət artımına səbəb ola bilərmi? İlkin Araşdırmalar göstərir ki, yox. Biz hələ az sayda tələbəni keyfiyyətli öyrədə bilmirik. Bu halda kəmiyyət artımı keyfiyyətə daha da pis təsir edəcək. Çünki, keyfiyyətin artması üçün zəruri layihələr icra edilmir. Biz təhsildə kəmiyyət artımına xüsusi hazırlıqlar görməliyik. Əgər gələcək 4- 5 ildə universutetlərə qəbul planı 50 % artacaqsa, bu çox ciddi problemlər yaradacaq. İndidən proqnoz vermək olar ki, növbəti 5 ildə təhsil büdcəsi universitetlərdə təmir tikinti işlərinin yeni vüsət almasına xidmət edəcək, bunun isə təhsilin keyfiyyətinə aidiyyatı yoxdur. Ali təhsilin Keyfiyyətinin yüksəldilməsi üzrə zəruri tədbirlərin aparılması və eyni vaxtda AMEA institutlarının universitetlərə inteqrasiyası iri masştablı məsələdir, bu işlərin ETN-nin   tərəfindən keyfiyyətli icrası real görünmür (hər halda son 10 illik təcrübə bu qənaətə gəlməyə əsas verir).


Həm də ölkədə orta təhsilin keyfiyyəti yoxdursa, normal məktəb yoxdursa (repetitorluğun inkişafı bunu göstərir), onda ölkədə heç vaxt keyfiyyəli ali təhsil ola bilməz.  Yəni, məktəbləri zəif olan ölkənin universitetləri güclü ola bilməz. Universitetləri zəif olan ölkənin inkişafı  ola bilməz. Ölkənin strateji məqsədləri bu problemlərin təcili həllini tələb edir. 


150 balla (5 ballı sistemlə bu 1 ball deməkdir) universitetə gələn tələbə heç vaxt universitet proqramını mənimsəyə bilməz. Yəni təhsildəki problemlər bu 30 ildə o qədər sinergetik effekt yaradıb ki, onu həll etmək çox çətin olacaq. 


Hal hazırda ali təhsil haqqında qanun üzərində iş gedir. Bəziləri hesab edir ki, bu qanunun qəbulu vəziyyəti yaxşılığa doğru ciddi dəyişdirə bilər. Bu Qanunun qəbulu da heç nəyi dəyişməyəcək. Çünki, Qanun fəaliyyət mexanizmi deyil. Qanun müvafiq sahədə fəaliyyəti hüquqi olaraq tənzimləyir. Bunun ali təhsilin keyfiyyətinə təsiri az olacaq. Qanun sanki, yol hərəkət qaydasıdır. Bizə isə ali təhsil üzrə strateji yol xəritəsi lazımdır. Ali təhsildə keyfiyyəti yüksəltmək üçün keyfiyyətli ali təhsil siyasəti, onu icra edə  biləcək keyfiyyətli komandalar (nazirlikdə və universitetlərdə) olmalıdır.





Загрузка...
Həmçinin oxuyun:
İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Maaşlarla bağlı qərar verildi - Kim nə qədər əməkhaqqı alacaq?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

“Virtual məktəb”: təhsil üçün yeni perspektivlər açan layihə

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Dünyada və Azərbaycanda böhran təhsili

Dünyada və Azərbaycanda böhran təhsili