AzTehsil.com


Xəbərlər
17 avqust 2023
678


Təhsil problemləri sistem xarakterlidir Dos. İlham Əhmədov




Ali məktəblərdə ixtisas seçimi davam edir.

30 il əvvəl TQDK yaranandan sonra ali məktəblərə qəbul imtahanlarının qiymətləndirmə meyarları dəyişdi. Əvvəllər-qəbul imtahanları köhnə sistemlə olanda müsabiqədə iştirak şərti 60% ball yığmaq idi. Məsələn, 20 mümkün balldan 12 ball yığan müsabiqəyə buraxılırdı. Sonralar TQDK müsabiqədə iştirak şərtini mərhələ mərhələ yumşaltdı, keçid balları endi, çünki, məzunlar savadsız idi, ATM-də xeyli yerlər boş qalırdı. İndi 700 mümkün baldan 150- 200 bal toplayan (bəzən də 100 ball) tələbə olurdu, yəni 20-30% ball yığan qəbul olunurdu. Əslində 20-30% ball yığana heç attestat da düşmür, çünki, o məktəb proqramının 50%-dən az hissəsini mənimsəyib.

Müqayisə üçün deyək ki, 150-200 ball 5 ballı sistemlə 1-2 ball deməkdir. Yəni o vaxt imtahanda kəsilməli olanların hamısına indi kütləvi şəkildə attestat verib, universitetə qəbul edirik. ATM-də semestr imtahanında 50%-dən az ball toplayan tələbə kəsilir, yəni o proqramın davamını mənimsəməyə hazır deyil, zəhmət çəksin kursu bir daha dinləsin, öyrənsin, imtahanda 50 % + yığarsa, oxumağa davam etsin. Qəbul imtahanı keçirməyin fəlsəfəsi də budur: 50%+ monitorinq edilsin. Amma qəbul imtahanında 30% ball yığana biz indi təhsilinin davam etməsinə imkan veririk. Bu tələbə ali təhsilin mürəkkəb proqramını necə mənimsəyəcək? Bu qədər zəif tələbələr olduğu halda onların 95 %+ sonda necə diplom ala bilir?


Mühüm bir amili də nəzərə alaq ki, indiki abirturiyentlər yeni kurikulumla oxuyublar, bu fənnyönümlü, elmyönümlü kurikulum deyil, şəxsiyyətyönümlüdür, bunun elmi tutumu çox azdır. Amma ali məktəb proqramları elmtutumludur, bunu mənimsəmək üçün tələbədən daha yüksək hazırlıq tələb edilir. Əslində yeni kurikulumla təhsil alıb 400-dən az bal yığan abituriyentin texniki və təbiət ixtisasları üzrə ali təhsil alması çox çətindir, bəlkə də mümkün deyil. ATM-nin keyfiyyət durumunu da nəzərə alsaq, bu abituriyentlər 50% -dən az balla gəlib, real olaraq 50%-dən az balla diplom alır, sonra da əksəriyyət MİQ-də və dövlət qulluğuna qəbul imtahanında 50%-dən az ball yığırlar. Hələ 15 il əvvəl DQQK, ƏƏSMN məşğulluq xidməti ATM-nin məzunlarının səviyyəsindən çox narazılıqlar edirdilər. Bu müddətdə vəziyyət daha da pisləşdi.

Qəbul imtahanlarında belə ağır durumun yaranacağını biz hələ 2017-ci ildə , bir video müsahibəmizdə bildirmişdik ( adı: "Qəbul imtahanlarında yerlərin 50% boş qala bilər", youtubda var). Bu problemi sonrakı illərdə keçid ballarını davamlı olaraq azaltmaqla həll edirdilər. Bu gün məktəb təhsilinin tənəzzül etdiyi bir vaxtda, (xüsusən də 2019-cu ildən etibarən), ATM qəbul planlarının templə artması, eyni zamanda keçid balının ilbəil aşağı enməsi, təbii ki, onsuz da aşağı olan universitet təhsilinin keyfiyyətinə ciddi ziyan vuracaq. Zəif abituriyeni dünyanın hansı universitetinə yollasaq, orda oxuya bilməyəcək. Bu sadə aksiomdur. Yalnız bizdə "oxuya" bilər belələri. Bu vəziyyət ATM-də keçirilən və ya gələcəkdə keçiriləcək akkreditasiyaların obyektivliyinə də artıq şübhə yaranır. Bu qədər zəif məktəblinin universitetə qəbulundan sonra akkreditasiya prosesində tələbələrin qalıq biliklərinin yoxlanılması nəticələri təbii ki, çox aşağı olacaq. Onda akkreditasiya nəticəsi də qeyri kafi olmalıdır. Bizim reallıqda hansısa ATM nə vaxtsa qeyri kafi alıbmı? Və ya alarmı? Yox təbii ki. Deməli zəif məktəb, zəif abituriyent nəinki zəif universiteti, hətta normal universiteti də pis gününə qoyacaq. Yəni, təhsil sisteminin bütün elementləri çöküb, sistemi də iflic hala salıb, bu duruma məsul olan, cavab verən də yoxdur.

Yəni, 20 il təhsil islahatlarındakı sistemsizlik, anarxiya, səriştəsizlik, tamahkarlıq, səhv kadr siyasəti və qüsurlu idarəetmə təhsilimizi acınacaqlı duruma gətirib, çıxış yolunu heç kim bilmir, heç cəhd də edilmir ki, vəziyyət yaxşılığa doğru dəyişsin. Bu gün təhsil problemlərimiz sistem xarakterlidir, dekorativ dəyişikliklərlə vəziyyət dəyişməz. Biz isə son 20-25 ildə edilən səhvlərə bəraət qazandırmaqla məşğuluq.




Загрузка...
Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

BALLI NANƏNİN BİLMƏDİYİNİZ FAYDALARI

BALLI NANƏNİN BİLMƏDİYİNİZ FAYDALARI

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?

Qəbul imtahanı testlərinin bunkerdə yazılması məsləhətdirmi?

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

"Məcburi köçkün məktəblərinə yerdəyişmə avqustun 26-dan etibarən mümkün olacaq"

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

I ixtisas qrupu üzrə ötənilki keçid balları - Abituriyentlərin nəzərinə!

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

I qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin diqqətinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Təhsilin bütün sahəsi üzrə 80-90% müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik.

Nadir İsrafilov: “Savadsızları-zəiflər, zəifləri-ortabablar, ortababları-güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik.

Nadir İsrafilov: “Savadsızları-zəiflər, zəifləri-ortabablar, ortababları-güclülər sırasına yüksəltməyin yollarını tapmaq barədə düşünməliyik.

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Ali məktəblərə ixtisas seçimi - hansı dəyişikliklərə ehtiyac var?

Ali məktəblərə ixtisas seçimi - hansı dəyişikliklərə ehtiyac var?

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Həm əylənib, həm də 700 bal toplamaq mümkündürmü?

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Elçin Əfəndi: “Ali məktəblərə keçid balları aşağı düşə bilər”

Vahid imtahan modelinə doğru?

Vahid imtahan modelinə doğru?

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ

2018-ci ildə keçiriləcək imtahanların vaxtı - ELAN EDİLDİ