Müəllim universiteti məhkəməyə verdi - İşə bərpa, əmək haqqı...
Azərbaycan Texniki Universitetinin (AzTU) baş müəllimi olmuş Azər Hüseynov sözügedən təhsil ocağını məhkəməyə verib.
“Qaynarinfo” xəbər verir ki, Azər Hüseynovun iddiasına Yasamal Rayon Məhkəməsində baxılacaq.
İş hakim Ayaz Məmmədovun icraatındadır.
Azər Hüseyunovun iddia tələbi işə bərpa olunması və əmək haqqının ödənilməsi ilə bağlıdır.
Azər Hüseynovun nə zaman işdən çıxarıldığı bəlli deyil.
AzTU-nun veb-səhifəsində onun adı hələ də baş müəllim kimi qeyd olunur.