AzTehsil.com


Xəbərlər / Ekspert
07 avqust 2023
582


"Universitetlər publik hüquqi şəxsə çevrildi. Nə dəyişdi? - İlham Əhmədov




 Son illərin təcrübəsi göstərdi ki, Universitetlərin publik hüquqi şəxsə çevrilməsi mövcud problemlərin həlli yolu deyil, əksinə, ATM-nin durumu daha da ağırlaşdı. 


Ən azından, əmək haqqı fonduna ayırmalar azaldı. Çünki, ETN indi ATM-dən lüzumsuz ödəmələr tələb edir (yeni  yaratdığı fonda).  Amma bu kənar, lüzumsuz ödəmələri  ATM-ləri öz problemlərinin həllinə, real layihələrə və müəllimlərin əmək haqqına yönləndirsə idi daha yaxşı olardı. 

Növbəti maliyyə ilində təhsilə  yəqin ki,  4,6-5,0   milyard civarında pul ayrılacaq. Bu 10-15 il əvvəlki dövrlə müqayisədə 4 dəfə və  ya 4  milyard manat çoxdur. Təbii, normal maliyyələşmə və təyinatı  üzrə xərclənmə olmasa, təhsil  inkişaf edə bilməz. Normal maliyyələşmə zəruridir, amma bu kafi deyil. Başqa bir çox amillər də var. ETN-nin yaradılması ilə əlaqəli, elmin universitetlərdə  inkişaf etdirilməsi, tədqiqat  və sahibkar  universitetlərinin yaradılması gündəlikdə duran mühüm məsələlərdir.


Bu gün universitetlərimizdə xeyli  problemlər var. Əsas problem, əvvəllər də qeyd etdiyimiz kimi  ATM-nin  ehtiyacdan xeyli az səviyyədə maliyyələşməsidir. Son illər  ATM-nin inkişafını təmin etmək məqsədi ilə onları Pablik hüquqi şəxs   (PHŞ) formatına keçirdirlər. Amma PHŞ -lərin  yaradılması hələ universitetlərin mövcud problemlərinin həlli demək deyil. Bu ona oxşayır ki ... valideynlər övladından imtina edərək:  "biz səni  saxlaya bilməyəcəyik, get özünü dolandır" deyirlər, halbuki, övladın müstəqil yaşaya bilməsi üçün valideyn hələ ona heç nə etməyib, yəni övladını müstəqil həyata, pul qazanmağa hazırlamayıb. İndi bizim ATM-miz də bu vəziyyətdədir. 

Bizim  bir neçə universitetimiz PHŞ olub. Bu universitetlərin yaxşı təmir olunmuş korpuslarından başqa diqqəti cəlb  edən heç nəyi yoxdur. Bu isə universitetə pul  qazandırmır, əksinə heç bir binası olmayan və yüz  minlərlə tələbəsi olan universitetlər var ki, yüz  milyonlarla pul qazanırlar. Deməli strategiya düz təyin edilməyib, investisiyalar vaxtında düz yönləndirilməyib, pullar elmin və təhsilin inkişafına yox, elm və təhsilə az aidiyyatı olan istiqamətlərə, əsasən də daşa -divara yönləndirilib.

Universitetlərin yeganə gəlir mənbəyi- təhsil  haqqından gələn pullardır. Reytinqli universitetlərdə təhsil haqqından gələn vəsait 5-15 % olduğu halda, bizim ATM-də bu büdcənin 100%-dir. Yəni bizim ATM-nin başqa qanuni yollarla pul qazanmaq imkanları yoxdur.   Bizim universitetlər elmə, innovasiyalara, texnologiyalara və onların kommersiyalaşmasına,  ümumi inkişafa  pul xərcləmək əvəzinə, 30 ildir pulunu ancaq  təmir-tikintiyə sərf ediblər. Universitetlərimiz son 30 ildə təmirə sərf etdiyi pulları özlərinin real inkişafına, rəqəmsallaşmaya sərf etsəydilər, bəlkə də bu gün hansısa  imkanlar yarana bilərdi, nə isə qazana bilərdilər, ortalıqda nə isə təcrübə olardı.  İndi də universitetlər  texnologiyaların transferi, elm-innovasiya-kommersiyalaşma istiqamətində iş görə bilərdilər.

Digər tərəfdən universitetlərin çoxunun real, qanuni  sahibkarlıq fəaliyyəti barədə təsəvvürü, bilgisi, məqsədi, strategiyası yoxdur. Onlar nəinki elm və innovasiya  əsaslı pul qazanmaq, heç əllərində olan pulları da səmərəli xərcləyə bilmirlər. Amma  bu gün bizdə sahibkar  universitetlər olmasa da,  sahibkar rektorlarımız çoxdur. ....   Son illər kreslosunu itirən rektorların biznes fəaliyyətləti barədə mətbuatda ətraflı yazılar olub. 

Görəsən son 30 ildə 50 universitetimiz toplam olaraq   rəqəmsallaşmaya nə qədər vəsait xərcləyib? Bu məbləğ  Avropanın orta səviyyəli universitetinin bu sahəyə bir   ildə xərclədiyi pulun neçə faizidir? Qeyd edim ki, son 10 ildə təhsil sisteminin, o cümlədən ATM-nin   informatlaşdırılması istiqamətində ETN heç bir dövlət   proqramı  icra etməyib (2005-2012-ci illərdə 2 dövlət proqramı olub, sonra isə tam durğunluq hökm sürüb).

Halva halva deməklə ağız şirin olmadığı kimi, universitetləri PHŞ etməklə də inkişaf mümkün deyil. Əvvəl universitetləri universitet etmək lazımdır, onların problemlərini həll etmək  lazımdır, onların  ayaqda durmasına imkan verilməlidir,  sonra isə okeanda sərbəst üzməyə yollamaq olardı.  Bu gün bizim ATM-nin tez tələsik  PHŞ edilməsi səhv addım idi.  Bu məqsədlə  əvvəlcə universitetlərə   ciddi maliyyə yatırımı olmalı  idi, onlartı kommersiya fəaliyyətinə hazırlamaq lazım idi.  Bura edilən   əlavə  investisiyalar real inkişafa xidmət edən strategiyalara yönləndirilməli idi. Bundan sonra universitetləri PHŞ etmək olardı. Bu halda yeni təfəkkürlü rektorlar bəlkə də sahibkar universitetlər yarada bilərlərdilər.




Загрузка...
Həmçinin oxuyun:
Əmək Məcəlləsindən çıxarış   Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

Əmək Məcəlləsindən çıxarış Əmək normaları, əməyin ödənİlməsi normaları, qaydaları və təminatları

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov - Universitetlərin pablik hüquqi şəxsə çevrilməsi problemlərin həlli yolu deyil.

İlham Əhmədov - Universitetlərin pablik hüquqi şəxsə çevrilməsi problemlərin həlli yolu deyil.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

İlham Əhmədov -“Bermud üçbucağına” düşən təhsilimiz.

İlham Əhmədov -“Bermud üçbucağına” düşən təhsilimiz.

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Təhsil islahatı:   30 ayda nə dəyişdi? İlham Əhmədov

Təhsil islahatı: 30 ayda nə dəyişdi? İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz,  bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

"İstənilən universitet innovativ inkişaf yolunu seçə bilməz, bunun üçün universitetin müvafiq kadr potensialı olmalıdır" -Dosent İlham Əhmədov

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məzuniyyətlər haqqında  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Məzuniyyətlər haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

“Universitetlərin  3 missiyası”  QLOBAL reytinq sıralaması

“Universitetlərin 3 missiyası” QLOBAL reytinq sıralaması

Publik hüquqi şəxs nə deməkdir ?

Publik hüquqi şəxs nə deməkdir ?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk