AzTehsil.com


Xəbərlər / Ekspert
17 dekabr 2022
797


Təhsil islahatı: 30 ayda nə dəyişdi? İlham Əhmədov




Əvvəllər vəzifəyə yeni təyinat alan məmurun fəaliyyəti ilk 100 gündən sonra dəyərləndirilirdi. Sonuncu  təhsil nazirin fəaliyyətə başlamasının 30 ayı bitir,  1000-ci günə bir şey qalmayıb.  100 günə bir söz demək çətin idi, çünki, bu sahədəki durum hamıya bəlli idi, onu 100 gündə  dəyişmək mümkün deyildi. Amma 30 ay  az vaxt deyil, bu müddətdə əldə olan nəticələr haqda danışmaq mümkündür. Baxaq görək bu 30 ay müstəqil təhsil sistemimizin 30 illik tarixi rakursunda necə görünür? 


 İnkişafa oxşar nələrsə baş verdimi? Kurs düzdürmü?

Bu gün Azərbaycan cəmiyyətində hamının həmrəy olduğu çox az  sayda fikirlər  var. Bunlardan biri də milli təhsilimizin çox ağır durumda olması  barədə düşüncədir.  Ölkə əhalisinin bütün təbəqələri təhsilin durumundan narazıdır.  Çünki, hamı bundan ziyan çəkir.  Təhsil sistemində illər ərzində gedən proseslərin  müşahidəsi göstərir ki, nazirlik  səmərəli islahatlar  apara bilmədi, islahat adıyla  olan dəyişikliklər, sanki,  orta səviyyəli təhsili  daha bərbad təhsillə əvəzlənməyə yönəlib. 

DİM-in son 10 ildə verdiyi statistik nəticələrin  dinamikası bunu əyani göstərir: 70% məzun 150 balldan az toplayıb.  Bu biabrçılıq illərlə davam edir, ilbəil də pisləşir.  Buraxılış və qəbul  imtahanlarında tez-tez müxtəlif eksperimental yeniliklər etmək, nəticələrlə manipulyasiya etmək cəhdləri də  hiss edilirdi.  Amma etiraf edək ki, təhsil ilbəil çökür, proses artıq qarşısıalınmaz bir hala gəlmişdir  və ictimaiyyət bundan çox narahatdır.  Real vəziyyəti bilmək üçün mətbuata və sosial şəbəkələrə nəzər salmaq kifayətdir.  İslahatların  səriştəsizlikdən belə nəticələnməsini  artıq  hamıya  aydındır. 

      ETN bu uğursuzluqları ətraflı təhlil etmək və səhvləri   üzə çıxarmaq əvəzinə, daim  kimlərisə günahkar  çıxarmaq, diqqəti real vəziyyətdən yayındırmaq barədə düşünür. Son illər bu sahədəki bütün uğursuzluqları  müəllimlərin üzərinə atmaq, diqqəti özündən kənara  yönəltmək   cəhdləri aydın sezilir.  Gənc menecerlər bilmirlər ki, müəllim yoxsa, təhsil də yoxdur? Onlar bu sahənin proletariatıdırlar. 

Təhsil çoxsaylı elementlərdən ibarət  mürəkkəb və dinamik sistemdir. Müəllim bu sistemdə bir elementdir. Bu elementi də sistem özü yaradıb, onlar başqa planetdə universitet təhsili almayıblar. Təhsildə  digər daha mühüm elementlər də var. Amma heç kim başqa elementlərdən  heç nə  danışmır?  

Bu yaxında  MM-də olan  ictimai dinləmələrdən  məlum oldu ki, təhsildəki problemlər millət vəkillərini  də  çox narahat edir. Onlar əvvəllər də öz müsahibələrində dəfələrlə bu məsələyə toxunub, tənqidi fikirlərini bildiriblər. İctimai dinləmələrdən  məlum oldu ki,  müəllimlərlə əlaqədar  sertifikasiya prosesləri  ETN  tərəfindən  ciddi bir nailiyyət kimi təqdim edilir (deməyə başqa söz var ki?)    və sertifikasiya prosesləri  hələ illərlə  davam edəcək. Bu sahədə ajiotaj yaratmaq,  öz "islahat"larına bəraət qazandırmaq üçün müəllimlərin buraxdığı müxtəlif  orfaqrafik  səhvləri  davamlı olaraq hallandırırlar. Amma nazirin ictimai dinləmədəki   çıxışı zamanı  və digər müsahibələrində etdiyi səhvlər də diqqətdən kənarda qalmayacaq. Səhv fikir, səhv kursa yönləndirir, nazir özü də daima  təklif və tənqidin  əhəmiyyətini düz qiymətləndirir (amma  nəzərə almır), onların olmasını dəstəkləyir.  

"Təhsilin keyfiyyəti sinifdəki uşaqların sayından asılı deyil"  fikri tamamən səhvdir və "bu haqda faktlar var, Sinqapurda və Koreyada sinflərdə 40 şagird var"  kimi müqayisəsi uğurlu və əsaslı deyil.   Çünki, o ölkələrdə təhsil sisteminin bütün digər elementləri tam yerindədir, sistem mükəmməl mexanizm kimi işləyir  və bütün parametrlər üzrə bizimlə heç bir müqayisəyə gələ bilməz.  Məsələn, Koreya təhsilin rəqəmsallaşdırılması sahəsində  dünyada  lider ölkələrdən biridir. Təkcə bu fakt imkan verir ki, sinifdəki  uşaqların sayından asılı olmayaraq təlimdə  yüksək keyfiyyət əldə edilsin. 

ETN-nin  ictimaiyyətə vermək istədiyi mesajı  budur ki,  biz çox yaxşı,  peşəkar komandayıq,  bütün lazımi işləri vaxtında və yüksək səviyyədə icra edirik, amma,  savadsız, saxta diplomlu minlərlə müəllimlər var ölkədə, onlar  islahatın gedişinə maneçilik yaradırlar.  Yəni,  belə  müəllimlərlə keyfiyyətli təhsil sistemi qurmaq mümkün deyil, mən nə edə bilərəm ki?  Fikrini də belə ifadə edir:  "... Burda nazirin kim olmasının fərqi yoxdur".   

Yəni, belə  səriştəsiz müəllimlərdən xilas olmalıyıq,  təhsilin xilası bundadır.  Yeni nəsl müəllim yetişdirməyə isə  bizə 6-7 il  vaxt  lazım olacaq. Ondan sonra islahatın nəticələri  işartı verəcəkdir. O vaxta qədər isə çox sular axar. 

 Belə yanaşma səhvdir. ETN müəllimlərin peşəkarlığının artırılması üçün lazım olan hər şeyi etdimi ki, indi belə qətiyyətlə qərar verir?    Müəllim peşəsi,  müəllimlər ordusu son 30 ildə heç vaxt  bu son 30 ayda olduğu qədər təzyiq,  stress və aşağılamaya  məruz qalmamışdı.   Əsl bullinq elə müəllimlərə qarşı edildi son 30 ayda. 

Bəs nazirliyin  komanda olaraq bu 30 ayda hazırladığı   hansısa  islahat konsepsiyası,  strategiyası, icra proqramı  varmı? Varsa  qoysunlar  ortalığa, görək nə etmək istəyirlər?    Təhsildəki real vəziyyət  adekvat olaraq düzgün qiymətləndirilibmi ?  

Islahat proqramı və islahat  prosesi kompleks olmalıdır, bu proses sistemin bir elementi ilə heç cür kifayətlənə bilməz. Hətta Sinqapurun bütün müəllimlərini yığıb  bura gətirsələr, amma eyni vaxtda təhsilimizin bütün digər elementlərini dəyişməz saxlasalar, nazirlikdəki təhsildən uzaq komandanı yerində qalsa, heç Sinqapur müəllimləri də burda bir şey edə bilməz. Bunu nazir də  yaxşı  bilir.  

Düşünürəm ki, ETN islahat proqramı adlı  heç bir sənəd təqdim edə bilməyəcək ictimaiyyətə. İslahatlar  düz  layihələnsəydi və  keyfiyyətli icra edilsəydi, bu prosesdə   müəllimlər  də  sinxron olaraq  inkişaf edəcəkdi, təklmilləşəcəkdi.  Heç kəsi də işdən kənarlaşdırmağa ehtiyac olmayacaqdı.  Müəllim inkişafından kənarda islahat aparmaq mümkün deyil. 

Ortalıqda sistemin kompleks islahatına dair konkret sənəd olmadığı halda,  islahat əsasən  müəllimləri  hallandırmaqla, sertifikasiya prosesini domokl qılıncı kimi müəllimlərin başı üstündən asmaqla, onlarda  özlərinə qarşı, cəmiyyətdə isə müəllimə qarşı  inamsızlıq  yaratmaqla islahat  ola bilməz. Bu yolla  təhsili qaldırmaq mümkün deyil.  

Tez-tez 8 il əvvəl təsdiq edilən təhsil strategiyasından danışılır,  sertifikasiyanın orada  xüsusi bir bənd kimi  qeyd edilməsi qabardılır. Bu strategiyada bəlkə də 100 bənd var, oradakı başqa bütün bəndlər tam icra edildimi?  30 aydır ancaq  sertifikasiya  bəndi barədə danışılır. Ümumiyyətlə strategiyanın icrasının rəsmi və ictimai monitorinqi bu günə qədər aparılıbmi? Nəticələr harada dərc edilib, "nə vaxt, harada, kimlər" bunu müzakirə edib, hansı korreksiyalar edilib? Şəxsən məndə belə təəssürat yaranır ki, o strategiyanın  yaradılmasında əsas məqsəd    müəllimlərin sertifikasiyasına  yaşıl işıq yandırmaq olub. 

Əgər müəllimlərin hazırlıq səviyyəsi aşağıdırsa, buyurun müəllimlərin təkmilləşdirmə sistemini bərpa edin. Ölkədə olan bir neçə Müəllimlərin Təkmilləşdirmə İnstitutlarını bağlamaqla, onların fasiləsiz təkmilləşdirmə mexanizmini dağıtmaqla nəyə nail olduq? Bu islahat prosesinin ən böyük və bağılşlanmaz səhvi idi.   Mən 10 ildir bu təklifi verirəm,  əgər belə mühüm təklif də düzgün qiymətləndirilməyibsə,  reallaşmayıbsa, onda   nazirin "təkliflər verin" təklifi nə demək?   Deməli bunu sertifikasiyalaşmanı şouya döndərmək üçün  bərpa etməyiblər.  Sertifikasiyadan xeyli əvvəl müəllimlərin təkmilləşdirmə sistemini tam işlək hala gətirmək lazım  idi. Hansısa özəl şirkətlərlə, səriştəsiz kadrlarla  bu işi yarı-yarımçıq aparmağın heç bir səmərəsi ola bilməzdi, olsa- olsa kimlərinsə cibi dolacaqdı.   

Paralel olaraq təhsil standartlarını, dərslikləri, tədris metodik bazanı da  gücləndirmək zəruri idi.  Təhsilin idaəedilməsi sistemində aparılan islahatlar da uğurlu olmadı, çünki, bu işi pedaqoji sahədən uzaq, bu işi bilməyən menecerlər özlərinə rahat olan, lakin təhsilə yad  bir formada layihələndirdilər. Bundan təhsil uddumu?  Yox.  

Təhsilin rəqəmsallaşması nə səviyyədədir?  “Alqoritmika”  şirkətinin   hazırladığı "Rəqəmsal  bacarıqlar" kursunu  kopiyalamaq,  məktəb informatika kursuna alternativ yaratmaq,  hələ  təhsilin rəqəmsallaşması deyil. Baxın, öyrənin  bəyəndiyiniz Koreyanın təcrübəsinə. 

Bütün bu mühüm məsələləri bir kənara qoyub, ancaq sertifikasiya  ilə məşğul olmaq heç nə verə bilməz, olsa-olsa minlərlə yeni vakansiya yarada bilər. İslahatın məqsədi bu  idimi ? 

Ola bilsin 1990-2000-ci illərdə müəyyən sayda saxta diplomlu müəllimlər olub, amma  nazirlik sonrakı 15  ildə bu məsələ ilə ciddi məşğul oldu, xeyli saxta diplom ifşa və ləğv edildi, sahibləri  məktəbdən  uzaqlaşdırıldı. Həm də saxta diplomları müəyyən etmək üçün DİM-nin elektron qeydiyyat sistemindən, müvafiq  məlumat  bazasından istifadə etmək mümkün idi. Bu sadə bir işdir. 

Saxta diplom   verilməsi  prosesi  konveyer deyil ki, fasiləsiz işləsin. Bu qanunsuzluğa artıq çoxdan son qoyulub. İndi heç bir ağlı başında olan adam saxta diploma pul verməz. Əgər müəllim hazırlığında olan keyfiyyət  sizdə narahatlıq doğurursa, onda pedaqoji təhsildə islahatlar aparın. 30 ildə ölkə səviyyəsində bu sahədə heç bir ciddi islahatlar aparılmayıb.  

Qarşıda TN-nin ETN-nə transformasiyası kimi mürəkkəb məsələlər durur. Yeni agentliklər yaradılmalıdır. 3 Tədqiqat universiteti yaradılmalıdır. Bunlar sadə məsələlər deyil. ETN-nin potensialını nəzərə alsaq, bu onlar üçün çox mürəkkəb məsələdir.  Bu istiqamətdə hansı hazırlıq işləri gedir? Yəqin ki, bu dövlət sirri deyil.  ETN-nin yaradılması haqqında  verilən fərmanından 3 aydan çox vaxt keçib. Amma hələ  də mətbuatda heç  bir məlumat  verilməyib  planlaşdırılan  məsələlər haqqında. 

ETN-nin tərkibinə verilən institutlar hələ  də AMEA-nin tərkibində fəaliyyət göstərir,  nəzarət edilir, əgər  nazirin  oradakı institutlara bir neçə saatlıq ekskursiyası  nəzərə alınmasa.

Nəhayət.  Axı niyə saxta diplom ovu yalnız müəllimlər arasında aparılır? Başqa peşə sahələrində saxta diplomlar yoxdur?  Müəllimlik o qədər də gəlirli peşə deyil. Bu ixtisas üzrə universitetə qəbul olunmaq da çətin deyil, uzun illər bu ixtisasa qəbul olunmaq  üçün yüksək ball tələb edilmirdi.  Daha gəlirli və universitetə qəbulu daha çətin olan ixtisaslar var, orda saxta diplom ehtimalı daha çoxdur. Nə əcəb o diplomların saxtalığı yoxlanılmır.  

     Təhsil sistemindəki durumun hətta belə  qısa təhlili göstərir ki, ETN təhsildəki ciddi problemlərin həllindən yayınır, onların həlli istiqamətində hazır reseptlərə malik deyil, gündəmdə  az əhəmiyyətli məsələlərlə fokuslanmağa  çalışır. 

Son 30 ayda  təhsil büdcəsi son 30 ildə heç vaxt olmadığı qədər yüksək olmuşdur.   4,4  milyard manat  büdcə ilə təhsilin illər ərzində yığılan problemləri mərhələlərlə həll etmək olardı.  Amma   bu büdcəni təhsilin real inkişafı üçün, əhəmiyyətli layihələrə  yönləndirmək və reallaşdırmaq əvəzinə  mənasız  tədbirlərə sərf edilməsi təəccüblüdür.  Təhsildə illərlə yığılan problemlərin həllinə pul tapılmadığı halda “SAF 2022” kimi şou festivalların təşkilinə milyonlar xərclənməsi büdcə xərclənməsində  SAF olmayan niyyətlərdən xəbər verir.  ETN-nin  şagirdlərin ictimai fəllığının yüksəldilməsi kimi təhsilə  və elmə heç  bir aidiyyatı olmayan,  primitiv  layihələrə  qrant  verməsi, heç bir elmi potensialı olmayan 2 QHT-yə  qrant kimi 400 min manat bəxşiş etməsi nazirliyin  inkişaf  yönlü niyyətindən xəbər vermir. 

Son  30 ildə heç bir universitetə nazirlik bu məbləğdə qrant verməyib. 

Bu 30 ay da belə getdi. Bəs təhsili "kim, necə, nə vaxt" xilas edəcək?





Загрузка...
Həmçinin oxuyun:
İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ

“Nazirlik rəhbərliyi təkcə bufetlərdən ayda 4 milyon qazanır” - Təhsil ekspertindən şok ittihamlar MÜSAHİBƏ