Azərbaycanın riyaziyyatçı şagirdlərindən Sinqapurda möhtəşəm nəticə
Asiyanın ən böyük riyaziyyat müsabiqələrindən olan AMO və SASMO olimpiadalarının qalibləri bu il Sinqapurda keçirilən SIMOC olimpiadasında iştirak ediblər.
ABŞ, Kanada, Sinqapur, Çin, Yaponiya, Birləşmiş Krallıq, Türkiyə, Hindistan kimi ölkələrin də daxil olduğu 30-dan çox ölkədən ümumilikdə 1 633 məktəblinin iştirak etdiyi SIMOC olimpiadasında Azərbaycandan 129 şagird ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edib.
Azərbaycan komandasından bir nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal qazanıb və ölkəmiz müsabiqədə iştirak edən ölkələr arasında medal sayına görə beşinci yeri tutub.
Azərbaycan təhsilinin gücünü qlobal miqyasda bütün dünyaya canlı olaraq göstərən bu qaliblərimizi təbrik edir, onlara uğurlarının davamını arzu edirik!