AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
23 iyul 2021
1 537


Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir



Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

 

Ekspertlərin fikrincə, ali məktəblərə qəbul prosesində bu kateqoriyadan olan gənclər üçün də xüsusi imtiyazlar nəzərdə tutulmalıdır
 
Son illər Azərbaycanda orta məktəbi bitirən məzunlar arasında qızıl və gümüş nişanla təltif olunanların sayında cüzi fərq müşahidə olunur. Belə ki, təhsil naziri Emin Əmrullayevin ümumi təhsil müəssisələrinin 2020-2021-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi barədə imzaladığı əmrə əsasən, bu il 125 nəfər XI sinif məzunları qızıl, 67 nəfər XI sinif məzunları isə gümüş nişanla təltif olunub. Nazirin göstərişi ilə qızıl və gümüş nişana layiq görülən təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı”na yazılacaq.
 
Statistikaya əsasən, 2019-2020-ci tədris ili üzrə 125 nəfər qızıl,76 nəfər gümüş nişanla təltif olunub. 2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrini bitirən məzunlardan 112 nəfər qızıl, 67 nəfər isə gümüş medalla təltif olunub. 2017-2018-ci tədris ilində orta məktəbləri bitirən məzunlardan 185-i qızıl, 38-i isə gümüş medala layiq görülüb. 2016-cı ildə məzunlardan 129-u qızıl, 29-u isə gümüş medalla təltif edilib. 2014-2015-ci tədris ilinin yekunlarına görə, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 131 nəfəri qızıl, 21 nəfəri gümüş medalla təltif edilib. Ümumiyyətlə, indiyədək məzunlara verilən medalların sayında rekord göstərici 2012-2013-cü tədris ilində olub. Həmin dərs ilində orta məktəbin 11-ci sinfi 248 nəfər qızıl və gümüş medalla bitirib. Məzunların 238-i qızıl medala, 10-u isə gümüş medala layiq görülüb. Ondan əvvəlki il isə medal alanların sayı az olub. 2011-2012-ci tədris ilində 138 nəfər orta məktəbi xüsusi nailiyyətlərlə başa vurub. Onların 118-i qızıl, 20-si gümüş medal alıb. Ən az rəqəm isə 2011-ci ildə olub. Həmin il Azərbaycanda 53 şagird qızıl və gümüş medal alıb. Onların 37-si qızıl, 16-sı gümüş medala layiq görülüb.

Yeri gəlmişkən, mövcud qaydalara görə, ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş nişanla təltif olunur. "Təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqlənib. Ötən il bununla əlaqədar Nazirlər Kabinetinin "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na dəyişiklik edilib. Dəyişikliyə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və gümüş medal deyil, artıq qızıl nişan və gümüş nişanla təltif olunurlar.

"Aşağıdakı təhsilalanların qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilə bilər:

ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər;

tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75 faizi "əla" olanlar;

bütün fənlərdən illik qiymətləri "əla" olanlar;

bu Qaydanın 2-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olanlar.

Təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi barədə pedaqoji şuranın qərarı və həmin təhsilalanların fərdi siyahısı Təhsil Nazirliyinin müəyyən etdiyi formada hər il mayın 20-dən gec olmayaraq, yerli təhsili idarəetmə orqanları tərəfindən Təhsil Nazirliyinə təqdim edilir.

Qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl nişanla, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş nişana layiq görülürlər.

Məzunların qızıl və ya gümüş nişanla təltifi Təhsil Nazirliyinin əmri ilə rəsmiləşdirilir. Qızıl və ya gümüş nişana layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin "Şərəf kitabı"na yazılır. Qızıl və ya gümüş nişan təntənəli şəraitdə təqdim edilir.

Xatırladaq ki, 1990-cı illərin əvvəllərindən Azərbaycanda orta məktəb məzunlarına qızıl və gümüş medalların verilməsi dayandırılıb. 1992-ci ildə qəbul edilən "Təhsil haqqında” qanunda 11-ci sinif məzunlarına qızıl və ya gümüş medalların verilməsi məsələsi öz əksini tapmadığından şagirdlərin belə medallarla təltifinə də son qoyulub. Amma uzun müzakirələrdən sonra yalnız 2009-cu ildə qəbul edilən "Təhsil haqqında” qanunda bu məsələ yenidən bərpa edilib. Beləliklə, 2011-ci ildən məzunlara qızıl və gümüş medalların verilməsi bərpa edilib. Azərbaycanda şagirdlərə qızıl və gümüş medallar Nazirlər Kabinetinin 2010-cu il yanvarın 14-də təsdiqlədiyi "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası”na əsasən verilir.

Mütəxəssislər isə hesab edirlər ki, şagirdlərin qızıl və gümüş nişan almasını stimullaşdırmaq üçün bu kateqoriyadan olan məzunların ali məktəblərə imtahansız qəbuluna imkan yaradılmalıdır. Belə bir imkan yaradılacağı təqdirdə, bu sahədə rəqabət imkanları genişlənəcək və xüsusi nişanlar uğrunda bilik mübarizəsi aparmaq istəyənlərin sayı əhəmiyyətli dərəcədə artacaq. Əslində bir neçə il bundan əvvəl Milli Məclisdə hazırlanan yeni "Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü maddəsində (Ümumi təhsilin təşkili) qeyd edilmişdi ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunlar imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunacaqlar. Amma bununla bağlı ictimai müzakirələrdən sonrasözügedən müddəa layihədən çıxarılmışdı. Onu da qeyd edək ki, Təhsil haqqında” Qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Eyni zamanda, Azərbaycanda yüksək texniki peşə təhsili almış şəxslərin ali təhsil müəssisələrinə imtahansız qəbul ola bilmək şansları var.
 
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib ki, xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir:
 

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

 

"Sovet dövründə nəinki qızıl, gümüş, hətta bürünc medal da var idi. Bu məsələyə inam o vaxt itdi ki, qızıl, gümüş medal alanlar qəbul imtahanlarında aşağı nəticə göstərdilər. O vaxtlar belə bir fikir irəli sürüldü ki, guya medalların verilməsində neqativ hallar müşahidə olunur. Guya həmin məzunlar arasında qəbul imtahanında 0-100 bal toplayanlar var idi və s. Mən bu fikirlə qətiyyən razı deyiləm ki, 3 saatlıq qəbul imtahanı şagirdin bilik və bacarığını ortaya qoyur. Nəyə görə biz hansısa müəllimi, artisti rəğbətləndiririk, motivasiya edirik, şagirdi isə stimullaşdırmırıq.  Düzdür demək olmaz ki, bu şagirdləri birbaşa ali məktəblərə qəbul etsinlər. Amma əgər şagird bir imtahandan yüksək nəticə göstərirsə, digər imtahanlardan onları azad etmək lazımdır. Biz orta məktəbin 11 illik fəaliyyətini inkar etməməliyik. Bir imtahanın nəticəsi ilə məzuna qiymət verməməliyik. Bu addım məktəbi nüfuzdan, hörmətdən salır. Əgər bir uşaq qızıl medal alıb 700 bal toplamayıbsa, bu o demək deyil ki, onun 11 illik fəaliyyəti heç nədən ibarətdir. Biz bu məsələdə imtahan stresini də yaddan çıxarmamalıyıq. Məktəblərə etibar etməliyik, artıq qızıl və gümüş nişanların saxta yolla əldə olunması imkanları yoxdur. Bu baxımdan ali məktəbə qəbul prosesində mütləq qızıl və gümüş nişan əldə etmiş məzunlara xüsusi güzəşt tətbiq etməliyik”.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov isə vurğulayıb ki, orta təhsilini qızıl medal ilə başa vuran məzunların imtahandan azad olunaraq, yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolu aça bilər:
 

 



"Burda şəffaflığın təmin olunması çətin olar. Çünki hazırda 4500 orta məktəbdə baş verən hadisələrə müvafiq təhsil idarə edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir. Amma hazırda ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinə bir neçə qanuni yolla qəbul olub tələbə adını qazanmaq olar. Belə ki, DİM-in keçirdiyi I-II-III-IV-V ixtisas qruplarından iştirak edib keçid balı toplamaqla, beynəlxalq imtahan – İELTS, SAT, GMAT nəticələri ilə, respublika fənn və beynəlxalq olimpiyadaların qalibi olmaqla, beynəlxalq turnirlərin, yarışların, müsabiqələrin, çempionatların qalibi olmaqla və s. Siyahıya baxanda qəbulun əlçatımlılığının şahidi oluruq. Yəni, bu gün ali məktəbə qəbul olmaq üçün kifayət qədər yol, üsul mövcuddur”.



Загрузка...
Həmçinin oxuyun:
Məzunlara medal verilməsi ləğv olunub.

Məzunlara medal verilməsi ləğv olunub.

Bakı məktəblərinin məzunları qızıl və gümüş nişanla təltif olunub

Bakı məktəblərinin məzunları qızıl və gümüş nişanla təltif olunub

112 nəfər qızıl, 67 nəfər isə gümüş medala layiq görülüb

112 nəfər qızıl, 67 nəfər isə gümüş medala layiq görülüb

Bakı məktəblərinin qızıl və gümüş nişanla təltif olunan şagirdlərinin sayı açıqlandı

Bakı məktəblərinin qızıl və gümüş nişanla təltif olunan şagirdlərinin sayı açıqlandı

Qızıl və gümüş medala layiq görülən şagirdlərin sayı açıqlanıb

Qızıl və gümüş medala layiq görülən şagirdlərin sayı açıqlanıb

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

125 nəfərə qızıl, 76 nəfərə gümüş nişan

125 nəfərə qızıl, 76 nəfərə gümüş nişan

Təhsil naziri məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb

Təhsil naziri məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb

Təhsil naziri əmr imzaladı

Təhsil naziri əmr imzaladı

Bu il Bakıda yeni attestat alan məzunların sayı açıqlanıb

Bu il Bakıda yeni attestat alan məzunların sayı açıqlanıb

Bu il qızıl və gümüş nişana layiq görülən şagirdlər açıqlandı

Bu il qızıl və gümüş nişana layiq görülən şagirdlər açıqlandı

Ekspert: "Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq" AÇIQLAMA

Ekspert: "Şagirdlərin medallarla təltif edilməsi onlar üçün stimul olacaq" AÇIQLAMA

SABİQ DEPUTATIN ƏLAÇI OĞLUNA NİYƏ QIZIL MEDAL VERİLMƏDİ? – AÇIQLAMA

SABİQ DEPUTATIN ƏLAÇI OĞLUNA NİYƏ QIZIL MEDAL VERİLMƏDİ? – AÇIQLAMA

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

IX sinfi başa vuranlara bu il şəhadətnamə deyil, attestat təqdim olunur

Etibar Əliyev: Həmyerlimiz Azər Kərimov Türkiyəyə 3 qızıl 2 gümüş medal qazandırıb

Etibar Əliyev: Həmyerlimiz Azər Kərimov Türkiyəyə 3 qızıl 2 gümüş medal qazandırıb

Təhsili qızıl medalla başa vuranlar ali məktəblərə qəbul imtahanından azad oluna bilər

Təhsili qızıl medalla başa vuranlar ali məktəblərə qəbul imtahanından azad oluna bilər

Qızıl medal alan məzunlarla bağlı güzəşt ləğv olundu - Qəbul imtahanı verəcəklər

Qızıl medal alan məzunlarla bağlı güzəşt ləğv olundu - Qəbul imtahanı verəcəklər

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 21-i qızıl, 15-i gümüş medala layiq görülüb

Akademik Zərifə Əliyeva adına Liseyin məzunlarından 21-i qızıl, 15-i gümüş medala layiq görülüb

Orta məktəbi qızıl medalla bitirənlər qəbul imtahanlarından azad olunacaq - YENİ QANUN

Orta məktəbi qızıl medalla bitirənlər qəbul imtahanlarından azad olunacaq - YENİ QANUN

“Biz bu mövzunu müzakirə etməmişik” – Deputatdan qızıl medal olayına reaksiya

“Biz bu mövzunu müzakirə etməmişik” – Deputatdan qızıl medal olayına reaksiya

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

IX sinif şagirdi Yeniyetmələrin 25-ci Balkan Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb

IX sinif şagirdi Yeniyetmələrin 25-ci Balkan Riyaziyyat Olimpiadasında qızıl medal qazanıb

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Bu il fənn olimpiadalarında 38 medal qazanılıb

Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı

Bakı məktəblisi erməni idmançılar üzərində qələbə qazandı