Belə də təhsil islahatı olar?
ATM-nin PH Şəxs olmasının onun kollektivinə xeyri oldumu?
Elə ATM var ki, onun elmi dərəcəli müəllimə verdiyi maaş orta məktəbin elmi dərəcəsi olmayan müəlliminin aldığı maaşdan xeyli azdır (nazir məruzəsində dedi ki, 1500-2000 manat maaş alan məktəb müəllimləri var).
ATM PHŞ olanda bəzi ümidlər vardı, amma bunun tam əksi oldu.
Bu da ATM-nin PH Şəxs olmasının kollektivə verdiyi xeyir.
Bunun səbəbi yəqin ki, ATM-nin ETN-nin yaratdığı "Təhsil fondu" na pul köçürməyə vadar edilməsidir. Görünür köçürülən bu vəsait ATM-lərini əmək haqqı fondunu azaltmaq hesabına edilir.
Belə xeyirsiz fondu açmaqdan, ATM-ni yarı-yarımçıq, cüzi büdcə ilə PHŞ etməkdənsə, ATM-nin 5 il əvvəlki statusunu saxlamaq kollektivə daha xeyirli olardı.
ETN hələ bu yanaşma ilə keyfiyyətli tədris və elmi fəaliyyət, xaricdə məqalə çapı, qlobal reytinqlərdə yüksək pillə, plagiatdan uzaq durmağı da tələb edir. Bəlkə bir dənə də fond yaradıb, maaşları bir az da azaldıb, ATM-dən Nobel mükafatı almağı da tələb edəsiniz.
Belə də təhsil islahatı olar?
Dosent İlham Əhmədov