AzTehsil.com


Xəbərlər / Ekspert
24 iyun 2023
589


Plagiatdan danışmasaq yaxşıdır - İlham Əhmədov




   Elm və Təhsil naziri E.  Əmrullayev : "Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur".

   Məncə nazir ciddi  səhvə yol verir. Hiss olunur ki, ölkənin elmi mühitindən, alimlərin həyat şəraitindən, onların sosial vəziyyətindən xəbərsizdir, ya da olan- qalan elmi də bu yolla məhv etmək istəyir.  

   Plagiator plagiatora plagiator deməsə …. Bilin ki, ölkədə plagiatdan gen bol faydalanan elə təhsil nazirliyidir.   Nazir bilməlidir ki, son 30 ildə təhsil nazirliyinin  hazırladığı  bir  çox strategiyalar, qanunlar,  təlimatlar, əsasnamələr, kurikulumlar, fənn proqramları, standartlar, tədris planları, dərsliklər,  “innovasiyalar”  v.s. məhz plagiat olub.  Əksəriyyəti də rus dilindən keyfiyyətsiz  tərcümə. Nazir bunları niyə bilmir? Bilirsə və alimləri plagiatda günahlandırırsa,  onda “şüşə evdə oturub, başqalarının daş evinə niyə daş artır?” 

  Hətta  nazirliyə ekspertlərin təqdim eydiyi maraqlı təhsil layihələri də məmurlar ustalıqla, “özününküləşdirir”  və  dövriyyəyə buraxırlar. Şəxsən şahidi olmuşam.  

    Məncə nazir bunları bilmir. Çünki, təhsilin belə incəliklərini öyrənməyə gənc nazirin hələ vaxtı olmayıb. Başqa ölkələrin təhsil sahəsində illər ərzində hazırladığı və buna milyonlarla  dollar sərf etdiyi  elmi-metodik, tədris metodik materialları, təhsil fəaliyyətinin   hüquqi təminat məsələlərini, bizim təhsil sistemi 1 manat belə xərcləmədən necə “nail”  olub? Əlbəttə ki, plagiatla.  Çox vaxt heç bu sənədlərin mahiyyətini dərk etmədən,   yarı-yarımçıq  kopiyalayıb, tez tələsik tərcümə edib, dövriyyəyə buraxıblar.  Məsələn, 25 il əvvəl, RF-nın əyalət universiteti 1 ixtisas üzrə magistratura pilləsinə  keçid üçün, onun tədris metodik təminatını hazırlamaq üçün 1 tədris ilində 1,5 milyon dollar xərcləyib. Biz də o vaxtlar magistratura pillsinə keçid etdik. 100-dən artıq ixtisas üzrə. Bu iş  3-4 ay ərzində “həll edildi”. Təbii ki, tədris metodik təminata 1 manat belə  xərcləmədən. İstifadə edilən  bütün bu tədris metodik təminat təbii ki, tam plagiat idi.  

     Nazir bir müddət əvvəl plagiatlığı elmdə əxlaqsızlıq adlandırırdı. Bəs nazirliyin plagiator olmasına nə ad verək?  

     “Elmi fəaliyyəti qadağan etmək”.  Bu nəsə yeni ideyadır. Mən heç vaxt belə qadağa növü  haqqında eşitməmişəm.  Necə yəni elmi fəaliyyəti qadağan edək? Guya elmi fəaliyyət lisenziya ilə, sertifikasiya ilə  tənzimlənir. Kimin savadı, səviyyəsi və həvəsi varsa, elmlə məşğul olacaq, işini də heç burda da yox, xaricdə dərc etdirəcəkdir. Alınan nəticə hər şeyi həll edir. Buna nə qadağa ola bilər. 

  Ortalıqda Cabbar Məmmədov nümunəsi var. Bu adam  20 il əvvəl  gənc yaşlarında  ali təhsili olmadığı halda yazdığı məqalələr  və kitabları bu gün bir çox alimlər və xarici universitet məzunları  yaza bilməzlər.  ... 

   TN -ni ETN-nə çevirməkdə məqsəd bu idimi?  Elm  universitetlərdə  cəmləşir. Universitetlərdə isə  hələ də nə elmi iş aparılır, nə də real nəticələr var?  Niyə? Çünki, 30 ildir  təhsil nazirliyi ATM-nə  elm  məqsədi ilə büdcədən  pul ayırmır. ATM  Pablik hüquqi şəxs olduqdan sonra vəziyyət daha da pisləşib. PHŞ yaratmaqda məqsəd nə idi?  ATM-nə elmin inkişafı üçü ETN pul ayırmaq əvəzinə, yaratdığı yeni fonda ATM-dən pul tələb edirlər. 

     Pulsuz nə elm olar. Pulsuz ancaq plagiat ola bilər.  Niyə nazirliyə plagiatlıq etmək olar,  alimə yox?  Yoxsa, nazir düşünür ki, xarici universitetlərdə alimlərin 5-10 min avro maaş və milyonlarla qrant alaraq aldıqları elmi nəticələri bizim alimlər 500 manat maaşla  alacaqlar?  Nazirliyin belə sadəlöhv olmasını düşünmürəm. Axı onlar  dövlətin ayırdığı  cüzi qrant pullarını elə ustalıqla öz yaxın ətrafına yönəldir ki, burda sadəlöhvlükdən söhbət ola bilməz.  

   Siz az maaşla, heç bir  sosial güzəşti və minimal həyat  şəraiti  olmayan alimlərə 100 dəfə "sağ olun"  deyin ki, bu peşəni atıb, daha pullu peşələrin dalınca qaçmayıblar (məsələn, menecer olmayıblar, onsuz da indi heç kimdən ixtisas və  bilik tələb edilmir). Siz  isə alimlərin həvəsini  məhv edir, onları əxlaqsız adlandırırsiniz.  

   Nazir strateji məsələlər qaldırmalıdır. Nazir təzə təyin ediləndə, tez-tez deyirdi ki, mənə problemlərdən danışın, məişət mövzusunda söhbətlər etməyin. Təhsilimizdə həqiqətən yüzlərlə köklü problemlər var. Mətbuatda da xeyliproblemlər qaldırılıb.  Onlardan niyə danışmırsınız? Yoxsa, Sizə hələ də məlum deyil bu problemlər?  Müəllimləri gözdən salan,  "şaftalı belə gəldi, ailəvi şam yeməyi belə getdi, sinifdə şagirdlərin sayının keyfiyyətə təsiri yoxdur, dərslik məlumat kitabı kimi olmalıdır v.s."  kimi elmi əsası olmayan  fikirlərlə  təhsildə çaşqınlıq yaradıb, elmə zidd  müddəlarla bizləri heyrətləndirib,  sonda da alimlərə  hücuma keçmək istəyirsiniz?  

    ETN  qadağalarla işləməli deyil.  ETN  yeni imkanlar yaratmalıdır, problemlərin kökünü görməlidir, üstünə getməlidir, innovativ həll yolları   təklif etməlidir. 

     Onsuz da ölkədə alim azdır.  Bunlara   da müxtəlif bəhanələrlə  “qırmızı kart”  göstərib deyəsən  meydandan çıxartmaq istəyirsiniz?  Meydanda kim  qalacaq? Yoxsa, daha elm lazım deyil bu ölkəyə? 

    Ölkədə elm və təhsil bərbad haldadır, amma bunun günahı elm və təhsil adamlarında deyil. Günah bu sahələrin səriştəsiz idarəedilməsində, maliyyələşmənin ehtiyacdan dəfələrlə az olmasındadır. 

   Nəhayət. Elmi oğurluq təbii ki,  pis haldır, amma  daha pis  hal 0 bu sahəyə ayrılan pulların təyinatdan yayınmaq, elm və təhsili ustalıqla çökdürməkdir.

 




Загрузка...
Həmçinin oxuyun:
Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

Rusdilli təhsilə maraq niyə artıb? - Ana dilindən imtinanın səbəbləri... - RƏYLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

Məktəblərin rus bölmələrinə maraq niyə artır?

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Akademik Çingiz Qacarın “plagiat” fəlsəfəsi - Nadir İSRAFİLOV

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - FOTO

Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - FOTO

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı