AzTehsil.com


Xəbərlər / Səhiyyə / Maraqlı
07 iyul 2020
5 803


Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - FOTO



Hər kəsi qorxudan “buzlu şüşə” nədir? - FOTO

 

"Pandemiya dövründə insanların sanki kabusuna çevrilmiş bir termin var - "buzlu şüşə” mənzərəsi. Bəzən bunu "buz kristalı”, "buz parçası” da adlandırırlar. Bu görüntü əvvəl adı və səslənməsi ilə insanlarda təlaş, narahatlıq yaradır”.

Bu fikirləri Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının radioloqu, ATU-nun Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova "buzlu şüşə”nin mahiyyətindən danışarkən deyib.

Həkimin sözlərinə görə, bəzən normal hallarda da "buzlu şüşə” mənzərəsi radioloji görüntülərdə izlənilə bilər: 

"Məsələn, müayinə zamanı xəstə dərindən nəfəs almazsa və ya müayinə nəfəsvermədə aparılarsa, ağciyərin havalılığının fizioloji ekspirator zəifləməsi səbəbindən bütün ağciyər sahələri homogen olmaqla "buzlu şüşə” görüntüsü verə bilər.

Hazırda "buzlu şüşə” görüntüsü koronavirus pnevmoniyasının əsas radiodiaqnostik əlaməti hesab edilir. Bu, o deməkdir ki, normalda şəffaf havalı görünən ağciyərdə belə hallarda yarımşəffaf zonalar izlənilir, ağciyər sanki dumanlı görünür.

Bu zaman bronx strukturlarının və pulmonar damarların saxlanması ilə ağciyərlərin eksudat və ya transudatla tutulması, interstisial qalınlaşmalar və ağciyər alveollarının hissəvi kollapsı ilə müşahidə olunan görüntü meydana çıxır.

"Buzlu şüşə” xəstəliyin 3-4-cü günlərindən inkişaf etməyə başlayır və xəstə sağaldıqdan hətta bir ay sonra belə qala bilir. Xəstəliyin yüngül və orta ağır dərəcəsini keçirmiş xəstələrdə 2-3 aydan sonra dəyişikliklər tamamilə itir”.

Radioloq qeyd edib ki, indi onlara ən çox verilən sual "buzlu şüşə” görüntüsünün indiyədək mövcud olub-olmaması ilə bağlıdır.

"Bu, yalnız COVID-19 xəstələri üçün səciyyəvi deyil, digər xəstəliklərdə də görülə bilər. Lakin bu görüntü pandemiya dövründə uyğun kliniki-laborator əlamətlərlə izlənilərsə, onda diaqnoz COVID xəstəliyi kimi dəyərləndirilir.

"Buzlu şüşə” görüntüsü döş qəfəsinin rentgenoqrafiya və KT müayinələrində aşkar edilir. Lakin bu məsələdə rentgenoqrafiya müayinəsinin həssaslığı aşağıdır. Ona görə də yoluxmanın ilk 1-4-cü günlərində rentgenoqram 25 faiz hallarda tam normal ola bilər. Bu, pnevmoniyanın olmaması demək deyil. "Buzlu şüşə”nin KT müayinəsində görülməsi daha spesifikdir”, - deyə həkim bildirib. oxu.az 

 

 





Загрузка...
Həmçinin oxuyun:
Koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir- Baş infeksionist

Koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir- Baş infeksionist

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

Belə yanaşma abituriyentlərin stress altına girməsinə səbəb olur..Abituriyentlərə qəbul imtahanı ilə məsləhətlər

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

ATU-nun rektoru:“ Virusun varlığını inkar edənlər daha təhlükəlidir”

Yayda üstünlük verdiyimiz qidaların zərəri

Yayda üstünlük verdiyimiz qidaların zərəri

Narkotik Təsiriylə Yaradılmış 10 Məşhur Əsər

Narkotik Təsiriylə Yaradılmış 10 Məşhur Əsər

Kəkələmə tam müalicə olunurmu?

Kəkələmə tam müalicə olunurmu?

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

DİQQƏT !:SU ÇİÇƏYİ XƏSTƏLİYİ GENİŞ YAYILIB - AĞIR FƏSADLAR

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Azərbaycanda 6 yaşlı uşaq koronavirusa yoluxdu - Baş həkim danışdı

Ürəyin xəstə olduğunu göstərən - 6 əlamət

Ürəyin xəstə olduğunu göstərən - 6 əlamət

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Tbilisidə azərbaycanlı məktəbli faciəvi şəkildə öldü

Tbilisidə azərbaycanlı məktəbli faciəvi şəkildə öldü

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Qrip sürətlə yayıla bilən bir xəstəlikdir.

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var...”

2018-ci ildə böyük ekranlı metal “iPhone” buraxılacaq

2018-ci ildə böyük ekranlı metal “iPhone” buraxılacaq

ATU-nun Tədris Terapevtik Klinikasında “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasında “Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı”na həsr olunmuş tədbir keçirilib

Bakıda məktbədə baş verən hadisə əslində....

Bakıda məktbədə baş verən hadisə əslində....

Tibb Universitetinin kafedralarına yeni müdirlər seçilib - SİYAHI

Tibb Universitetinin kafedralarına yeni müdirlər seçilib - SİYAHI

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?