AzTehsil.com


Xəbərlər / Səhiyyə
25 mart 2018
5 957


Ürəyin xəstə olduğunu göstərən - 6 əlamət



Ürəyin xəstə olduğunu göstərən - 6 əlamət

 

Ürəyimiz döş qəfəsimizin içərisində gecə-gündüz aramsız olaraq və sahibinə heç bir xəbərdarlıq etmədən işləyir. Çox təəssüf ki, ürəyin ilk xəbərdarlığı əksər hallarda birinci infarktla verilir. Halbuki Qərbdə hər dörd nəfərdən biri ürək-damar sisteminin xəstəliklərindən həyatını itirir.
 
Amma ürəyin heç də yaxşı işləmədiyini hələ infarktlardan əvvəl də göstərən bir sıra əlamətlət var.
 
Bu əlamətlərə xüsusi diqqət yetirilməlidir.
 
1. Qulağın aşağı hissəsinin qırışması
 
Qulağın sırğa hissəsində yaranan diaqonal qırış bəzən "Frank işarəsi” adlanır. Bu qırışın yaranmasına ilk dəfə diqqəti ABŞ doktoru Sanders Frank cəlb edib. Sonrakı araşdırmalar göstərib ki, qulaq seyvanının aşağısında, sallaq hissədə yaranmış böyük diaqonal qırışla qan damarlarının kirəcləşməsi arasında birbaşa əlaqə mövcuddur.
 
Qulaq seyvanındakı qırışla daxildəki arteriyalar arasındakı əlaqəni 40-dan artıq tədqiqat göstərib, lakin bunun niyə belə olduğu tam bəlli deyil.
 
2. Dərinin altındakı piy düymələri
 
Elmdə "xanthomas" kimi tanınan bu sarımtıl piy düyünləri adətən dirsəklərdə və diz ətraflarında olur. Lakin onlara göz qapaqlarında və yanbızlarda da rast gəlinir. Bu balaca şişlər özlüyündə təhlükəli deyil, lakin onlar daha böyük problemdən siqnal verə bilər.
 
Xanthomaslara, adətən, "ailə hiperxolesterolemiyası” deyilən irsi xəstəliyi olan insanlarda rast gəlinir. Bu xəstəliyi olan insanlarda bir qayda olaraq lipoprotein xolesterolunun, "pis xolesterolun" miqdarı yüksək olur. Təəssüf ki, bu piy düyünlərinə ürəyi qidalandıran arteriyalarda da rast gəlinir.
 
3. Çomağabənzər barmaqlar
 
Barmaq uclarınızın çomağabənzər olması ürəyinizin problemli olmasından xəbər verə bilər. Belə barmaqlar, adətən, ağrılara səbəb olmur.
 
Lakin belə barmaqlar ondan xəbər verir ki, ətraflardakı qan damarlarına kifayət qədər qan çatmır.
 
Bu, əslində, ürəyin xəstəliyini göstərən qədim tibbi əlamətlərdəndir. Bunlara bəzən elə bu səbəbdən "Hippokrat barmaqları” deyirlər.
 
4. Göz bəbəklərinin ətrafındakı həlqələr
 
Piy düyünləri gözlərdə də ola bilir və adətən, bəbəyin ətrafına toplanır. Həlqələr inkişaf etməyə aşağıdan və yuxarıdan başlayır və nəticədə tam həlqə şəklini alır. Bu hal gözün görməsinə təsir etmir.
 
40 yaşdan yuxarı insanların 45 faizində bu həlqələri görmək mümkündür. 60 yaşdan sonra isə onları insanların 70 faizində müşahidə edirlər.
 
5. Damaq çürüməsi və dişlərin düşməsi
 
Ağız boşluğunun vəziyyəti ümumi sağlamlığı göstərən faktordur. Bakteriyalarla dolu ağızlarda həm yaxşı, həm də pis bakteriyalar olur. Pis bakteriyalar qan-damar sisteminə keçərək iltihab proseslərinə və qan-damar xəstəliklərinə səbəb ola bilər. Təcrübələr göstərir ki, parodantoz, adətən, ürək xəstəliyinin xəbərçisidir.
 
6. Mavi dodaqlar
 
Sağlamlığın yerində olmamasını göstərən daha bir zahiri əlamət dodaqların göylüyüdür. Dodaqların göylüyü adətən ürəyin xəstəliyindən xəbər verir. Dodaqlar, əlbəttə, şaxtadan da göyərə bilər. Lakin bu müvəqqəti haldır və isti otaqda ötüb keçməlidir.
 
BBC



Загрузка...
Həmçinin oxuyun:
Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Təbaşir uşaqlarda dəri xəstəliklərinə səbəb ola bilərmi?

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Azərbaycanda bu xəstəliklər niyə artıb? - ARAŞDIRMA

Sağlamlığınızın yerində olmadığını göstərən 6 İŞARƏ

Sağlamlığınızın yerində olmadığını göstərən 6 İŞARƏ

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Eşitmə qüsurunu neçə yaşa qədər aradan qaldırmaq mümkündür?

Şokoladdan gələn sağlamlıq - DİQQƏT ETSƏNİZ...

Şokoladdan gələn sağlamlıq - DİQQƏT ETSƏNİZ...

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Əl titrəməsi hansı xəstəliklərin xəbərçisidir? – Araşdırma

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Gündə üç-dörd fincan qəhvə içməyin faydaları

Gündə üç-dörd fincan qəhvə içməyin faydaları

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Azərbaycanda bu xəstəlik geniş yayılıb- DİQQƏT

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Çox pendir yemək xərçəngə səbəb olur - DİQQƏT

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

İsti çay içənlər üçün ŞAD XƏBƏR - Göz təzyiqi riskiniz...

İsti çay içənlər üçün ŞAD XƏBƏR - Göz təzyiqi riskiniz...

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN

Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Smartfonlar uşaqlarda nitq gecikmələrinə səbəb olur

Hansı böyrü üstə yatmaq daha faydalıdır? - MƏSLƏHƏT

Hansı böyrü üstə yatmaq daha faydalıdır? - MƏSLƏHƏT

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir? -VALİDEYNLƏR, DİQQƏTLİ OLUN!

Uşağın yalan danışması nəyə işarədir?

Uşağın yalan danışması nəyə işarədir?

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Sağlam yaşamağın yolları - Bunları etsəz...

Sağlam yaşamağın yolları - Bunları etsəz...

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı