AzTehsil.com


Xəbərlər / Səhiyyə / Saglam həyat
03 iyul 2020
5 171


Koronavirusu evdə müalicə edənlər üçün SADƏ TÖVSİYƏLƏR



 

Koronavirusun yüngül simptomları olan xəstələr ev şəraitində müalicə olunur. Bu tək Azərbaycanda deyıl, bütün dünyada tətbiq olunur.

Bunun əsas məqsədi xəstəxanaların  çarpayı fonduna qənaət etməkdir ki, ağır koronavirus xəstələrinin yerləşməsi üçün problem yaranmasın. Bildiyiniz kimi, bir çox ölkələrdə epidemiya zamanı xəstəxanalarda yer qalmırdı və xəstələri hətta dəhlizlərdə yerləşdirirdilər.

Digər tərəfdən yüngül simptomlu xəstənin ev şəraitində müalicəsi onu koonavirusun daha ağır formaya keçməsindən də müəyyən dərəcədə qoruyur. Təəccüblənməyin - xəstəxanalarda ikincili infeksiyanın qoşulması riski yüksək olur. Bu danılmaz faktdır və xəstələrin sıxlığı ilə izah olunur.

Beləliklə, koronavirusu evdə necə müalicə edirlər?

1. Koronavirusun xüsusi müalicəsi yoxdur. Bu səbəbdən özünü müalicə ilə məşğul olmayın və həkimin təyini olmadan heç bir dərman, vitamin və s. qəbul etməyin. Parasetamol – istisnadır. Qızdırma 38,5 C qalxanada qəbul edə bilərsiniz. Lakin nəzərə almaq lazımdır ki, qızdırmanın yüksək rəqəmlərə qalxması xəstəliyin ağırlaşmasına işarə edə bilər. Bu haqda sizi müalicə edən həkimə məlumat verin.

2. Gün ərzində çox uzanmayın. Bu ağciyərin fəaliyyətini pisləşdirir. Uzanmaq istəyəndə qarın üstə uzanın. Belə vəziyətdə ağciyər daha yaxşı işləyir.

3. Buna əks-göstərişlər yoxdursa, mümkün qədər çox maye için. Bu bəlğəmi durulaşdırır, nəfəs yollarından xaric edir, durğunluğun qarşısını alır. Həmçinin maye orqanizmdən toksinləri yuyub aparır ki, bu da xəstənin vəziyyətini yüngülləşdirir. Susuzlaşmaya yol vermək olmaz. Sidiyin rəngi açıqdırsa sizdə susuzlaşma yoxdur, tünddürsə daha çox maye için.

Həkimlər mayenin "sistem” şəklində orqanizmə daxil olmasına əleyhinədirlər. İnsan ağzı vasitəsilə maye qəbul edə bilirsə, "sistem”ə heç bir ehtiyac yoxdur.

4. Ağır qidalardan imtina edin. Bu orqanizmi yükləyir, infeksiya ilə mübarizə etməyə mane olur. Sıyıqlar, süd məhsulları, toyuq bulyolu, meyvə-tərəvəz, müxtəlif göyərtilər ən yaxşı seçimdir.

5. Evi tez-tez havalandırın, balkona təmiz hava almağa çıxın. Nəzərə almaq lazımdır ki, evin havası isti və quru olmamalıdır. Bu nəfəs yollarından bəlğəmin çıxmasını çətinləşdirir, nəticədə ağciyərdə durğunluq yaranır ki, bu da ağciyərdə bakteriyaların çoxalması və ikincili infeksiyanın qoşulması üçün şərait yaradır.

Nəzərə almaq lazımdır ki, kondisioner havanı qurudur. Evdə nəmləndirici qurğudan istifadə edin, döşəmələri tez-tez silin.

6. Gecə yuxusu 7-8 saat olmalıdır. Normal gecə yuxusu sağalmanı tezləşdirir.

7. Vəziyətinizdə hər hansı dəyişiklik, ağırlaşma hiss etdikdə, vaxt itirmədən sizə nəzarət edən həkimə müraciət edin.   Saglamolun.az



Загрузка...
Həmçinin oxuyun:
Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

Evdə müalicə olunan koronaviruslu xəstələr üçün MÜHÜM XƏBƏR - Tövsiyələr açıqlandı

Koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir- Baş infeksionist

Koronavirus 80-85 faiz hallarda yüngül keçən xəstəlikdir- Baş infeksionist

İsti yay günlərinin qida menyusu - nə yeyək?

İsti yay günlərinin qida menyusu - nə yeyək?

Sağlamlıq üçün bunları edin- 20 MƏSLƏHƏT

Sağlamlıq üçün bunları edin- 20 MƏSLƏHƏT

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

Bu ucuz dərman koronavirus zamanı yaxşı kömək edir – Rusiyalı həkimlər

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Nə üçün indiki vəziyyətdə məktəbləri açmaq təhlükəlidir?

Dezinfeksiya üçün bu vasitələrdən istifadə etməyin – Koronavirusu öldürmür

Dezinfeksiya üçün bu vasitələrdən istifadə etməyin – Koronavirusu öldürmür

Allergiyadan necə qurtulmaq

Allergiyadan necə qurtulmaq

Quru meyvələrin faydası

Quru meyvələrin faydası

Koronavirusdan qorunmaq üçün bunları için: meyvə şirəsi, zəncəfilli çay...

Koronavirusdan qorunmaq üçün bunları için: meyvə şirəsi, zəncəfilli çay...

Məktəblilərin düzgün qidalanması haqqında

Məktəblilərin düzgün qidalanması haqqında

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Bir çay qaşığı bala limon sıxın və... - Soyuqdəyməni aparan TƏBİİ VASİTƏLƏR

Əl, ayaq və digər orqanlarda ŞİŞKİNLİYİN 8 TƏHLÜKƏLİ SƏBƏBİ - FOTO

Əl, ayaq və digər orqanlarda ŞİŞKİNLİYİN 8 TƏHLÜKƏLİ SƏBƏBİ - FOTO

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Özünüzü və uşaqlarınızı necə qorumalı.

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...

Bir ömrün sağlamlığı üçün 11 SADƏ QAYDA

Bir ömrün sağlamlığı üçün 11 SADƏ QAYDA

Uşaqların 90 faizi koronavirusa evdə yoluxur

Uşaqların 90 faizi koronavirusa evdə yoluxur

Koronavirus xəstələrini müalicə edən həkim: “Bir aydır övladımı görmürəm” - VİDEO

Koronavirus xəstələrini müalicə edən həkim: “Bir aydır övladımı görmürəm” - VİDEO

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Allergiya və koronavirus infeksiyası – bir medalın iki üzü

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

Beyini, ürəyi və böyrəyi zədələyən xəstəlik- yüksək qan təzyiqi haqqında nə bilirik?

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

"Bəzi revmatizm xəstəlikləri şikəstliklə nəticələnə bilər” - EHTİYATLI OLUN

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

Bütün xəstəliklərin dərmanı olan YUXU VƏ YUXUSUZLUQ

İtburnu çayı çox faydalı müalicəvi içkidir

İtburnu çayı çox faydalı müalicəvi içkidir