AzTehsil.com


Xəbərlər
24 noyabr 2017
3 581


Bir ömrün sağlamlığı üçün 11 SADƏ QAYDA



İnsan öz sağlamlığı ilə məşğul olmadan, heç nə etmədən özünə sağlam bir ömür diləyirsə, yəqin ki, bu yalnız həyata keçməyəcək bir arzuya çevriləcək. Sağlam olmaq üçün heç olmasa, ən azı şərq loğmanlarının çox sadə olan sağlamlıq qaydalarına riayət etmək vacibdir.

 

Aztəhsil.com sağlamlıqla bağlı növbəti yazıda 11 bənddən ibarət olan sağlam ömrü təmin edəcək qaydaları təqdim edir.

 

1. İnsan üzünü tez-tez masaj etməlidir. Olduqca asan bir məsələdir. Bunu televizora baxarkən, maşında gedərkən, kitab oxuyarkən, səhərlər yataqda "yer dəmi” alarkən, bir sözlə, günün çox vaxtlarında etmək mümkündür.

 

2. Tez-tez saçları daramaq lazımdır. Bunun üçün də xüsusi bir vaxt tələb olunmur. Darağı cibdə və ya çantada saxlamaqla gün ərzində bir neçə dəfə bir-iki dəqiqə bu işə vaxt ayırmaq olar.

 

3. Gözlər daima hərəkət etməlidirlər. Yəni insan uzun müddət gözlərini bir nöqtəyə zilləməməlidir. Hətta kompüter qarşısında olanda da arada fasilə verib gözlərin gimnastikasına vaxt ayırmaq lazımdır.

 

4. Ağız bağlı olmalıdır. Danışıq və qida qəbulu zamanı istisna olmaqla. Bu o deməkdir ki, ağzını ayrıq qoyan insanın ağız boşluğuna ona lazım olmayan mikroblar düşə bilər.

 

5. Ağız boşluğunda həmişə tüpürcək olmalıdır. Yəni, tez-tez tüpürmək olmaz. Bu həm mədəniyyətsizlikdir, həm də ağız boşluğunun quraqlığına səbəb olur.

 

6. Nəfəs yüngül olmalıdır. İnsan çalışmalıdır ki, oturanda, yaxud uzananda elə vəziyyətdə olsun ki, nəfəsalma çətinləşməsin. Digər bir tərəfdən nəfəsin yüngül olması üçün mənzilin və ya iş otağının havası tez-tez təmizlənməlidir.

 

7. Ürək sakit olmalıdır. Bunun üçün insan panikalardan, dedi-qodulardan, paxıllıq hissindən, qəzəbdən uzaq olmalıdır. Və ən əsası baş verən hadisələrə soyuqqanlı yanaşmalıdır.

 

8. Şüur həmişə mövcud olmalıdır. İnsan öz həyat tərzinə, yaşamına, əməllərinə şüurla yanaşmalıdır.

 

9. Qamət həmişə düz olmalıdır. İnsan maraq dairəsindəki əşyalarla məşğul olanda bu cansız əşyalara sevgisini, hərisliyini, marağını belini əyməklə əks etdirməməlidir. Müasir dövrdə bu sevimli əşyaların siyahısında birinci yerdə kompüter və smartfonlar durur.

 

10. Söhbət yığcam olmalıdır. İnsan uzun-uzadı danışanda həm qarşısındakı insanı, həm də özünü yorur ki, bu da qıcıqlanmaya səbəb olaraq sinir sisteminə mənfi təsir göstərir.

 

11. Dəri həmişə nəm olmalıdır. Dərinin quru olmağı tez qocalmaya, dəri hüceyrələrinin tez məhv olmasına səbəb olur. Bunun görə də insan dərisinin nəmliyini təmin etmək üçün təbii vasitələrdən istifadə etməlidir.

 

İlham Cəmiloğlu




Загрузка...
Həmçinin oxuyun:
İnsan ömrünü necə uzatmaq olar? - Çox sadə...

İnsan ömrünü necə uzatmaq olar? - Çox sadə...

Yapon makiyajı ilə 10 yaş cavanlaşın – VİDEO

Yapon makiyajı ilə 10 yaş cavanlaşın – VİDEO

"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ

"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

Peşə seçənlərə psixoloq məsləhəti - Hansı yaşdan peşə meyllərini müəyyən etmək olar?

İnsan ömrünü uzatmağın yolu tapıldı- Qapalı məkanda...

İnsan ömrünü uzatmağın yolu tapıldı- Qapalı məkanda...

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Nar qabıqlarını atmayın – MÜALİCƏVİ ÇAY

Nar qabıqlarını atmayın – MÜALİCƏVİ ÇAY

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Qaranlıqda komputer və smartfondan istifadə etməyin – GÖZLƏRİNİZİ QORUYUN

Qaranlıqda komputer və smartfondan istifadə etməyin – GÖZLƏRİNİZİ QORUYUN

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

“Sosial şəbəkələrdə “ağ atlı oğlan” axtarırlar”

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı  geyimləri necə  olmalıdır ?

Müəllimlər oxuyun !!! Qadın müəllimlərin iş vaxtı geyimləri necə olmalıdır ?

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

BİLİRSİNİZMİ ? Kitab oxumaq üzü gözəlləşdirir.

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər