AzTehsil.com


Xəbərlər / Saglam həyat
20 noyabr 2017
3 737


"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ



"O çayların tərkibində narkotik effekti yaradan qatqılar var" - DİETOLOQDAN XƏBƏRDARLIQ

Hazırda dünyada yayılmış ən böyük problemlərdən biri artıq çəkidir. Hətta artıq çəkidən əziyyət çəkməyənlər belə, hər an bu problemlə qarşılaşma qorxusu ilə yaşayırlar. Bu gün bütün dünyada insanlar arıqlamaq üçün ən müxtəlif üsullardan istifadə edirlər.

 

Bəziləri idmana, pəhrizlərə üz tutur. Bəziləri arıqlamaq üçün təhlükəli olan hansısa plastik əməliyyatlara girir. Bir çox insanlar isə satışda olan arıqlama çaylarından, həblərindən istifadə edir.

 

Onlar bildirirlər ki, bu vasitələrdən istifadə etməklə daha asan arıqlayırlar və heç bir əziyyət çəkmirlər. Bəs görəsən adıçəkilən həmin vasitələrlə arıqlamaq sağlamlığa zərər verə bilərmi? 


Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı ailem.az-a açıqlama verən dietoloq Leyla Zülfüqarlı deyir ki, arıqlama çayları, kokteyllər və bu kimi içkilərin istifadəsi tamamilə səhvdir:

 

"Onların arıqlatması sadəcə iştah kəsmələri ilə bağlıdır. Həmin məhsulları təqdim edən şirkət nümayəndələri də vurğulayır ki, bu çayların yalnız bir xüsusiyyəti var, iştahı kəsmək. Bu isə orqanizmə çox ziyandır. Çünki insanın normal şəkildə iştahı olmalıdır, qidalanmalıdır. Xüsusilə də faydalı qidalar qəbul etməlidir ki, orqanizm də faydalı maddələr alsın. Bu vasitələrdən istifadə edəndə isə iştah kəsilir, insan yemir və yemədən arıqlayır. Bu isə çox ciddi problemdir. Çünki insan yeməsə, bədən lazımi maddələr almayacaq və ümumiyyətlə sağlamlığı, xəstəliklər qarşısında müqaviməti olmayacaq və sair. Həmin çayların içilməsindəki birinci böyük səhv budur".

 

L. Zülfüqarlı bildirir ki, bu çaylardan istifadə insanlarda asılılıq yaradır:

 

"Həmin çayların tərkibində narkotik effektlər yaradan bəzi qatqılar var ki, onlardan istifadə zamanı asılılıq yaradır. İnsanlar o cür çayların asılısına çevrilirlər. Həmin çaydan istifadə etmədikdə nəcis ifrazatı, bağırsağın boşalması kimi proseslər həyata keçə bilmir. Yəni bu proseslər çay içdikdə olur, içmədikdə yox. Bunlar isə bağırsaqların tənbəlləşməsi nəticəsində meydana çıxır. İnsan davamlı olaraq bu kimi vasitələrdən asılı qalır. İnsanların bu çaylardan mütəmadi istifadəsi yalnız həmin şirkətlər üçün ticari maraqlara fayda verir. Sağlamlıq baxımından isə heç bir xeyri yoxdur, əksinə, zərərlidir. Arıqlamaq üçün sağlam qidalanmaq önəmlidir. Qidalanma vacib maddələri orqanizmimizə qəbul etmək üçün əhəmiyyətlidir ki, heç bir dərmandan, bu kimi vasitələrdən asılı vəziyyətə düşməyək. Odur ki, yalnız sağlam qidalanaraq arıqlamaq lazımdır, bu cür yanlış üsullarla yox".




Загрузка...
Həmçinin oxuyun:
”Uşaqlara çörək yedirtməyin!” - VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

”Uşaqlara çörək yedirtməyin!” - VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?

Hansı qarağat daha faydalıdır: qırmızı yoxsa qara?

Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR

Dişlərinizin sağlam olmasını istəyirsinizsə, əməl edin – QAYDALAR

Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır

Bağırsaqları təmizləməyin ən sadə yolu: Həm də arıqladır

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

Bakıda heç kimdən çəkinmədən NARKOTİK SATAN APTEKLƏR - VİDEO

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

Boğaz ağrısına faydalı olan bitki çayları

Boğaz ağrısına faydalı olan bitki çayları

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

İnsan beyinini yaşlanma və passivlikdən qoruyan üsullar

İnsan beyinini yaşlanma və passivlikdən qoruyan üsullar

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün UNİKAL VASİTƏ

Yüksək qan təzyiqindən əziyyət çəkənlər üçün UNİKAL VASİTƏ

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

Gündə bir alma yeməyin faydası

Gündə bir alma yeməyin faydası

Uğurlu insanlar getdikləri istiqamətdə aydın təsəvvürə malikdirlər

Uğurlu insanlar getdikləri istiqamətdə aydın təsəvvürə malikdirlər

Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN

Boğaz ağrısı və öskürəyi kəsən, immuniteti gücləndirən çay – GÜNDƏ 2 FİNCAN İÇİN

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Partiya sədri naziri istefaya çağırdı- Özü-özünü cəzalandırmalıdır

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur

ARAŞDIRMA ! Yalnız baxmaqla insan xarakterini müəyyən etmək olar

ARAŞDIRMA ! Yalnız baxmaqla insan xarakterini müəyyən etmək olar

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ