AzTehsil.com


Xəbərlər / İKT
31 oktyabr 2017
2 980


Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ



Smartfonlardan hansı xəstəliklərə yoluxa bilərsiniz? - REPORTAJ

"Sosial şəbəkəsiz həyat superdir. İndi işlərim, uşaqlarım, ailəmlə məşğul ola bilirəm. Kitab oxumağa daha çox vaxt ayırıram. Özünə hörmət qoyan hər bir adam oranı tezliklə tərk etməlidir".

 

Aztəhsil.com apa-ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl tanınmış jurnalist Zamin Hacının bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

 

Kimlərsə jurnalistin bu çağırışını haqlı, kimlərsə haqsız hesab edib. Amma danılmaz faktıdır ki, bu gün texnologiyadan asılılıq həyatımıza sirayət edib.

 

Gün ərzində işdə, evdə, hətta istirahət mərkəzlərində belə mobil telefondan ayrıla bilməyən insanlarla qarşılaşırıq. Olduğu məkanın kefini çıxarmağın, dostlarla səmimi ünsiyyətin yerini sosial şəbəkələr alır. Nəticədə bu, ünsiyyət probleminə gətirib çıxarır.

 

Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, dünyanın heç bir ölkəsində smartfon asılılığı bizdə olduğu qədər deyil. Yəni xaricdə insanlar daha çox verbal ünsiyyətə üstünlük verir:


"Mən dünyanın bir çox ölkələrində oluram və görürəm ki, gənclərin smartfona marağı necədir. Ən son olduğum Yunanıstanda insanlar demək olar ki, real ünsiyyətə üstünlük verirlər, xüsusən də gənclər. Onları kafedə, restoranda bütün günü əllərində smartfon görməzsən. Adamlar ünsiyyəti dəyərli bilirlər.

 

Çünki ünsiyyət insanı depressiyadan çıxarır. Ünsiyyət insanın təklik hissini aradan qaldırır. Bizim insanlar isə əksinə, bir az depressiyaya düşən kimi istəyirlər ki, smartfona üstünlük versinlər. Oyun oynayım, internetdə post yerləşdirim. Bununla yalançı şəkildə özlərinə bir növ güvən yaratmalı olurlar, halbuki bu çox təhlükəlidir". 

 

Sosioloq hesab edir ki, biz texnologiyanı özümüzdən asılı etməliyik, yeniliklər isə bizim  inkişafımıza xidmət etməlidir:

 

"Əgər inkişafımıza xidmət etmirsə, o zaman əksidir. Smartfona günün produktiv saatlarında yox, yorğun saatlarında yer ayırmalıyıq. Vəziyyət o yerə çatıb ki, bəzən heç bildiriş gəlməyəndə belə əlimiz telefona gedir, görək nəsə gəldimi. Heç nə gəlməyib, ekranın işığı da yanmır, amma əlimiz telefondadır.

 

Artıq smartfon asılılığı olan insanlarıq. Ətraf aləmlə əlaqən kəsilir, inkişafdan geri qalırsan. İkinci problem nədir? Adamlar telefon əllərində yolu keçirlər. Bu təhlükədir. Ətrafa demək olar ki, diqqət, qayğı göstərmirsən, bütün qohumlar və dostlar arası münasibətlər səngiyir. Bunların hər biri insanı inkişafdan salan məqamlardır. Bu asılılıqla şəxsi həyatımızda, karyeramızda uğur qazana bilmərik".

 

Cavid İmamoğlu həddindən artıq selfi edən insanların natamamlıq kompleksindən əziyyət çəkdiklərini düşünür:

 

"İnsan tam olanda, natamamlıq olmayanda rahat olur özü üçün yaşayır, sosiallıqdan zövq almağa çalışır. Məsələn, əyləncə yerinə uşağını aparıb, yaxud özü gedibsə, o prosesin özündən zövq alır, nəinki onu başqasına göstərməkdən. Başqası üçün yaşamır, özü üçün yaşayır. Bu özçəkim ona görə psixoloji xəstəliklər sırasına daxildir ki, bu, insanın natamamlığının bariz nümunəsidir. Bəzi insanlar ki, bundan çox asılıdırlar, onlarda bir natamamlıq hissi var. Onlar sanki başqalarının fikirlərindən, düşüncələrindən, "like"larından asılı vəziyyətdədir. İnsan özünü formalaşdırmalı, tamlaşmalıdır".

 

Psixoloq Gülər Məmmədovanın fikrincə, sosial şəbəkələrdə keçirilən vaxt şəxslərarası münasibətlərə çox mənfi təsir göstərir. İnsanların susqunluğu, bir-birinə yadlaşması bunun bariz nümunəsidir. Bu isə bir çox psixoloji fəsadlara gətirib çıxarır:

 

"İnsanlar bir-birinin dərdinə üzbəsurət, canlı şəkildə şərik ola bilmirlər. Bir-birinin problemlərini görə bilmirlər. Yalnız robotlaşmış şəkildə, yalnız müəyyən mimikaların sayəsində insanlar hiss və emosiyalarının təzahürünü telefonda görürlər, göstərə bilirlər. Amma canlı şəkildə insan insanın nə göz yaşına, nə də təbəssümünə şərik ola, dəstək ola bilir.

 

Hətta onun gülüşü belə canlı şəkildə deyil, sosial şəbəkələrdə hansısa bir mimikaların təzahürü ilə göstərir. Psixoloji cəhətdən insanın zamanı oğurlanır, insan inkişafdan geri qalır. İnsan daha səmərəli işlərlə məşğul olacağı halda, ailədə valideynlə övlad, ərlə arvad arasında konfliktlər formalaşır. İnsanlar psixoloji cəhətdən bir-birini tanımadan aralarında bağlantı yaranır. Bu bağlantılar sayəsində ailələrdə gərginlik boşanmalara qədər gəlib çıxır". 

 

Virtual ünsiyyət  bir vaxtlar dəbdə olan dekorativ güllər kimi sünidir. Belə ünsiyyət insana heç vaxt dost əlinin, dost baxışlarının, həmdəm təskinliyinin istiliyini verə bilməz. Odur ki, mütəxəssislərin də dediyi kimi, canlı ünsiyyətə daha çox üstünlük verək!.

 




Загрузка...
Həmçinin oxuyun:
ARAŞDIRMA ! Yalnız baxmaqla insan xarakterini müəyyən etmək olar

ARAŞDIRMA ! Yalnız baxmaqla insan xarakterini müəyyən etmək olar

Necə edək ki,insanlar bizi bəyənsin?!

Necə edək ki,insanlar bizi bəyənsin?!

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: “... şizofreniyanın başlanğıcıdır”

Ən fəal smartfon istifadəçiləri hansı ölkələrdə yaşayır?

Ən fəal smartfon istifadəçiləri hansı ölkələrdə yaşayır?

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

Yaddaş zəifliyi olanlara həkim məsləhəti- Bunlara diqqət

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

KİTAB oxumaq mədəniyyətdir ! Sizdə KİTAB OXUYUN !

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

ALTI PEDAQOJİ MƏSLƏHƏT- ƏDƏB

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

ŞÜUR NƏDİR?  - Şəhriyyə Qəzənfərqızı

ŞÜUR NƏDİR? - Şəhriyyə Qəzənfərqızı

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

“Bir çox insanlar üç şeydən – güvənmək, həqiqəti demək və özü olmaqdan qorxur.” F.M.Dostoyevski.

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

"Bolonya sisteminin bizdə sadəcə adı var, özü isə demək olar yox"-Nadir İsrafilov

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

Sizi pis müdir edən 8 QAYDA

Sizi pis müdir edən 8 QAYDA

Smartfonlar niyə sınır?- Məlum oldu ki...

Smartfonlar niyə sınır?- Məlum oldu ki...

Hüseyn Xəlilov - İnsanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri -VİDEO

Hüseyn Xəlilov - İnsanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri -VİDEO

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri