AzTehsil.com


Psixoloq
01 iyun 2016
8 641


Hüseyn Xəlilov - İnsanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri -VİDEO



İnsanın psixikasında onun həyatı üçün vacib olan, fəaliyyət növünə yönəldən və ona lazım olmayan informasiyanı kənarlaşdıran qadağalar sistemi işləyir. Ona görə də hər bir insanı, təkrarolunmazlığına və unikallığına baxmayaraq, bu və ya digər növə aid etmək olar. İnsana xas olan dörd əsas psixoloji funksiyaya (düşüncə, emosiya, hisslər və intuisiya) əsaslanaraq isveçrəli psixoloq Karl Yunq vaxtilə xarakterlər tipologiyasını təklif etmişdi. Bu funksiyalardan biri üstünlük təşkil edir. Məhz onun əsasında da insanları müxtəlif növlərə aid edirlər. Hüseyn Xəlilov - İnsanda müxtəlif temperament tiplərinin xüsusiyyətləri -VİDEO
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Hələ Aristotel qeyd edirdi ki, insanları davranış xüsusiyyətlərinə görə dörd qrupa ayırmaq olar:
1. Sanqviniklər (yunanca: "sanguis” – qan)
2. Fleqmatiklər (yunanca: "phlegma” – bəlğəm)
3. Xoleriklər (yunanca: "chole” – öd)
4. Melanxoliklər (yunanca: "melas chole” – qara öd)
Bununla da günümüzə qədər gəlib çıxan 4 temperament növü haqqında təsəvvürlər yarandı. Temperament haqqında daha dərin elmi araşdırmaları akademik İ.P.Pavlov aparıb. O, müəyyən edib ki, bu və ya digər növ temperament, yəni ali sinir sistemi növü sinir proseslərinin fəallaşma və tormozlanma qüvvəsindən asılıdır.
Sanqviniklər:
Bu növ temperamentə malik olan insanlar çox güclü, tarazlanmış və sürətli sinir prosesi ilə xarakterizə olunur. Onlar çox əməksevər və işgüzardırlar. Məqsədlərinə doğru inamla hərəkət etməyi bacarırlar. Bir fəaliyyət növündən o birinə asanlıqla keçə bilirlər və hər bir şəraitdə çox səmərəli işləyirlər. Sanqviniklər adətən şücaətli, məğrur və qorxmaz olurlar. Ən gözlənilməz vəziyyətdə belə "panika”ya düşmür, özlərini ələ ala bilirlər. Digər temperamentli insanlara nisbətən onlar müasir həyati sürətlərə daha asanlıqla uyğunlaşırlar.
Fleqmatiklər:
Bu temperament növü güclü, tarazlanmış, lakin qeyri-çevik sinir proseslərilə xarakterizə olunur. Bu adamlar adət etdikləri işlərdə çox aktiv olurlar. Fleqmatiklər gecə-gündüz istirahət etmədən işləməyə hazırdırlar. Lakin işə başlamazdan öncə onları bir müddət "silkələmək” lazımdır. Belələri öz iş yerlərini dəyişməyi xoşlamırlar, bir işi yarımçıq qoyub başqasına qaçmırlar, ünsiyyət yaratmaqda, yeni dostlar tapmaqda çətinlik çəkirlər.
Xoleriklər:
Bu növ temperament güclü, lakin tarazlanmamış sinir prosesləri ilə izah olunur. Xoleriklər üçün ən dözülməz olan gözləmə vəziyyətidir. Onlar avtobus dayanacağında gözləyə bilmirlər. Hərəkətsizlik onların təbiətinə ziddir. Öz hərəkətləri isə çevikdir. Hər şeyi öncədən bilməyə can atırlar. Ümumiyyətlə, tələskənlik və çeviklik onların başlıca xüsusiyyətlərindəndir. Mübahisə etdiyi adamı dinləyə bilmirlər. Tez-tez sözünü kəsir, özlərindən çıxırlar. Bütün bunlara baxmayaraq, ünsiyyət qurmağı bacarırlar. Əgər nəqliyyatda kimsə sizə müraciət edib, cavab gözləmədən yanınızda əyləşirsə, o, xolerikdir.
Melanxoliklər:
Bu sonuncu temperament növü çox zəif sinir prosesləri ilə xarakterizə olunur. Melanxoliklər hətta ən sadə, ən asan işlərin belə, öhdəsindən çətinliklə gəlirlər. Onlar təşəbbüskar olmurlar və tez yorulurlar. Təzə işlərə başlamırlar. Çətinliklərdən qorxurlar. Hər hansı yeni bir iş onların çiynində ağır yük olur. Melanxoliklər seçimdə və qərar qəbul etməkdə çətinlik çəkirlər. Şəraitin az da olsa, dəyişməsi onları həyəcanlandırır. Belələri həmişə nədənsə narazıdırlar və talelərindən şikayət etməyə həvəslidirlər.
"Qoroskop”



Загрузка...
Həmçinin oxuyun:
Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Psixoloq rəyi...Nə üçün biz bu və ya digər peşəni seçirik?

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

Ailə tərbiyəsinin pedaqoji prinsipləri

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Müəllim  mühüm  peşə  keyfiyyətləri - Müəllimin  başlıca  silahı sözdür.

Müəllim mühüm peşə keyfiyyətləri - Müəllimin başlıca silahı sözdür.

Estetik tərbiyə

Estetik tərbiyə

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri....

Dərsin məqsədi  şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

Dərsin məqsədi şagirddə koqnitiv bacarıq formalşdırmaqdır- VİDEO

İdarəetmə əməliyyatının  üç növü

İdarəetmə əməliyyatının üç növü

Təlim  motivləri

Təlim motivləri

MÜƏLLİMLƏR OXUYUN !  Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

MÜƏLLİMLƏR OXUYUN ! Müəllimin peşə funksiyaları və qabiliyyətləri...

Müəllimin ünsiyyət vasitələri....

Müəllimin ünsiyyət vasitələri....

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir?    Daşqın Həmidzadə

Liderlik və ya idarəedicilik, hansı daha vacibdir? Daşqın Həmidzadə

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

Şəxsiyyətin formalaşmasında müəllim - şagird münasibətlərində 49 QAYDA

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmənin mahiyyəti və idarəetmə münasibətləri

İdarəetmə funksiyaları

İdarəetmə funksiyaları

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir