AzTehsil.com


Xəbərlər
05 iyul 2023
821


Azərbaycanda bu kolleclərin diplomları etibarsız sayılacaq




“Dini təhsil bu gün əsas prioritet istiqamətlərimizdən biridir. Dini duruma olduğu kimi, dini təhsil sahəsinə də mümkün qədər nəzarətin təmin edilməsi, habelə xarici təsirlərin dini təhsillə bağlı proseslərdən kənar tutulması olduqca vacibdir”.


Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib. Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi region, bu regionun həssaslığı, kənar təsirlərin mövcudluğu, eyni zamanda ölkəmizdəki dini durum, tarixən formalaşmış tolerantlıq ənənələri və burada mövcud olmuş məzhəblərarası münasibətlər dini təhsil sahəsinə ölkəmizin hərtərəfli təhlükəsizliyi prizmasından baxılmasını zəruri edir:


“Dövlət-din münasibətlərinin daha effektiv şəkildə tənzimlənməsi, dövlətin din siyasətinin uğurla həyata keçirilməsi, xarici dövlətlərin dini duruma təsirinin qarşısının alınması, dindarlar arasında və cəmiyyətdə müasir dünyagörüşünün təlqin edilməsi, eləcə də dünyəvi dövlətin əsaslarının düzgün təbliğ olunması üçün ixtisaslı dini kadrların hazırlanması ən vacib məsələlərdən biridir. Hazırda dini təhsilin keyfiyyətcə yeni mərhələyə qaldırılması ölkəmizin həm daxilə, həm də xaricə yönəlik məqsədlərinin reallaşdırılması üçün prioritet milli hədəf kimi qiymətləndirilə bilər.


2018-ci ildə Prezident İlham Əliyevin sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradıldıqdan sonra dini təhsil sahəsində yeni mərhələyə qədəm qoyuldu. Ötən müddət ərzində İnstitut formalaşma dövrü keçib və bu fomralaşma dövründə artıq öz məzunlarını verib. Hətta məzunlarının bir qismi təyinat da alıb. Bütün bunlar onu göstərir ki, İlahiyyat İnstitutu etimadı və ona bəslənən ümidləri doğruldur və doğrultmaqda davam edir. İlahiyyat İnstitutunu digər universitet və institutlardan, digər ali təhsil müəssisələrindən fərqləndirən br meyar da onun kadr yetişdirməklə yanaşı, həm də cəmiyyətimizin maarifləndirilməsində iştirakıdır. Bu baxımdan hesab edirəm ki, İlahiyyat İnstitutunun qəzetinin, jurnalının olması, eyni zamanda internet televiziyasının olması çox önəmlidir. İnstitutda təhsil iki istiqamətdə islamşünaslıq və dinşünaslıq üzrə həyata keçirilir. Bakalavr pilləsində 289 (dinşünaslıq 137 və islamşünaslıq 152), magistraturada 11, doktoranturada 5 nəfər, dissertantura pilləsində 1 nəfər olmaqla 306 tələbə və peşə hazırlığı kursunda 50 tələbə təhsil alır. Həmçinin bakalavriat səviyyəsində 14 əcnəbi tələbə təhsil alır, onlardan 11-i Gürcüstandan, 3-ü Türkiyədəndir”.


Elnarə Kərimova bildirib ki, dini orta ixtisas təhsili müəssisələrinə, yəni mədrəsə, İslam kolleclərinə gəlincə, hazırda ölkədə 5 dini orta ixtisas təhsil müəssisəsi – Lənkəran İslam Kolleci, Şəki İslam Kolleci, Əliabad İslam Kolleci, Zaqatala İslam Kolleci və Şəbnəm (qızlar) İslam Kolleci fəaliyyət göstərir:


“Dini etiqad azadlığı haqqında” qanuna əsasən, dini təhsil müəssisələri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçməklə yanaşı, xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərməli və onlara qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmalıdır. Lakin Qafqaz Müsəlmanları İdarəsinin təsisçisi olduğu və Gənclərə Yardım Fondunun himayəsi altında fəaliyyət göstərən bu kolleclər lisenziya almadıqlarına görə oraya qəbul da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmir. Bu da cari ildən həmin kolleclərə qəbul olan şəxslərin diplomlarının etibarsız hesab ediləcəyi deməkdir. Bununla bağlı həmin kolleclər artıq rəsmi olaraq məlumatlandırılıblar”. (APA)




Загрузка...
Həmçinin oxuyun:
Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Əmək sahəsindəki hüquq münasibətlərinin anlayışı və sistemi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...” - MÜSAHİBƏ

İlahiyyat İnstitutunun yeni rektoru: “İfrat fikirlərin yayılmasının qarşısını almaq üçün...” - MÜSAHİBƏ

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

UNEC regionun iqtisadyönümlü universitetləri arasında 4-cü yerə yüksəlib

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Bizi məharətli idarəçilik, birlik və həmrəylik xilas edir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

“Tolerantlıq diyarı Azərbaycan”

“Tolerantlıq diyarı Azərbaycan”

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...