AzTehsil.com


Xəbərlər
22 iyun 2023
534


Nazir: “Ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir”




“Həyata keçirilən işlərin nəticəsini bəlkə də 10 ildən sonra görə bilirik. Misal olaraq, 10 ildir ölkənin təhsil sistemində bir çox dəyişiklik və islahatlar aparılır”.


Bunu elm və təhsil naziri Emin Əmrullayev V iqtisadiyyat və idarəetmə sahəsində tədqiqatçıların beynəlxalq elmi konfransında çıxışında deyib.


Nazirin sözlərinə görə, bu gün ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir.


“Artıq nazirlik bu məsələ ilə bağlı nəzarət mexanizmi barədə düşünmür. Çünki əksər universitetlərə inanırıq. Əvvəl Təhsil Nazirliyi “klinik iş”lə məşğul idi. Tələbənin bir universitetdən digərlərinə köçürülməsi hazırda müəyyən qaydalar əsasında baş verir. Öncəki illərdə vəziyyət başqa idi. Təbii ki, ali təhsilin mahiyyəti və mənası yalnız şəffaflıq ola bilməz”, – E.Əmrullayev bildirib.


O qeyd edib ki, hökumət ali təhsil pilləsinin inkişafı ilə bağlı vacib işlər görüb və görür: “Ali təhsilin əlçatanlığı təmin edilib. Bakalavr və magistr pilləsi də daxil olmaqla hər il 60 min insan universitetə qəbul olur. Əvvəlki illərlə müqayisədə bu göstəricidə 3 dəfə artım deməkdir. Əlçatanlığa nail olmaq üçün dövlət sifarişli yerlərin sayı da hər il artırılır. Yəni, bu gün hər iki adamdan biri, bəlkə də çox insan dövlət hesabına təhsil alır. İnsanların ali təhsilə əlçatanlığı üçün tələbə krediti təsis edilib və bu gün 20 mindən artıq tələbə bundan yararlanıb. Bu say təbii ki, artacaq. İstəyimiz daha çox insanın təhsil almasının mümkün olmasıdır. Amma keyfiyyət qalmalıdır”.


Nazir söyləyib ki, akkreditasiya prosesin təkmilləşdirilməsi bu sahədə atılan vacib addımlardan biridir: “Artıq 5 ali təhsil müəssisəsi akkreditasiyadan keçib. UNEC-də bu siyahıdadır. Proqram akkreditasiyasından keçməyən ali təhsil müəssisələrinə qəbulun dayandırılmasının şahidi olacağıq.


Bir universitet qismən akkreditasiyadan keçib və ona 1 il vaxt verilib. Rəqabətlilik yaratmaq əsas hədəflərdəndir. Ali təhsil müəssisələrində müəllim hazırlığa vacib məsələdir. Hazırda universitetlərin inkişafa ehtiyacı olan hissəsi bu mövzu ilə bağlıdır”.




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında