Mehriban Vəliyeva: “Artıq vahid məktəbli formasının seçimi aparılıb”
“Vahid məktəbli formasının seçimi üçün bütün ümumi təhsil müəssisələrinin pedaqoji şuralarının iclası keçirilib və təlimata uyğun məktəbli forması seçimləri aparılıb”.
“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu seçimlərlə yeni tədris ilindən, sentyabr ayından yeni formaya keçid prosesi başlayacaq:
“Biz də təhsil müəssisələrində yeni məktəbli formasına keçidi istəyirik. Valideynlərin bununla bağlı problemlər yaşamamasına çalışacağıq”.