AzTehsil.com


Xəbərlər / Ekspert
02 may 2023
3 043


Ali məktəbi bitirmiş birinin işə imtahanla qəbul olunması universitetin müəllim heyətinə qarşı edilmiş hörmətsizlikdir?-AÇIQLAMA




Azərbaycanda uzun müddətdir ki, bir sıra dövlət qurumlarına, orta məktəblərə işə qəbul imtahan vasitəsilə aparılır. Yəni ali məktəbdə onlarla imtahandan keçib sonda diplom alan məzunlar işə qəbul olmaq üçün yenidən imtahana çəkilir. Maraqlıdır ki, ali məktəbin bakalavriat və magistratura pilləsini fərqlənmə (qırmızı) diplomu ilə bitirən şəxslərə işə qəbul zamanı heç bir güzəşt tətbiq olunmur. Onlar da adi qaydada imtahanlardan keçməli olurlar. Bu isə həm həmin şəxslər tərəfindən, həm də təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır.


Bəs, gələcəkdə fərqlənmə diplomu olan şəxslərə işə qəbul zamanı güzəştlər oluna bilərmi?


Mövzu barədə Redaktor.az-a danışan təhsil eksperti Nadir İsrafilovun fikirncə, universiteti qırmızı diplomla bitirənlər üçün işə qəbul prosesində güzəşt olunmalıdır.


"Onlar imtahandan azad da oluna bilərlər" - deyən ekspert hesab edir ki, universiteti əziyyət çəkib fərqlənmə ilə bitirənlərə işə qəbuldan əlavə də güzəştlər olmalıdır:



"Çünki bu güzəşt tətbiq olunarsa, ali məktəbdə təhsil alan digər tələblər üçün situmul yaradar. Daha məsuliyyətli şəkildə təhsillərini davam etdirərlər. Ali məktəbi qırmızı diplomla bitirən biri işə qəbul imtahanında yanlışlıqla nə isə səhv edə bilər. Bu da həmin şəxsin 4 illik ali təhsil həyatını heçə endirməyə gətirib çıxarır. Qırmızı diplomla ali məktəbi bitirmiş birinin işə imtahanla qəbul olunması həmin universitetin professoruna, müəllim heyətinə qarşı edilmiş hörmətsizlikdir. Bu hörmətsizliyin olmaması üçün fərqlənmə diplomu alanı imtahan etməkdənsə, ona təhsil verən universitetdə monitorinq aparılmalıdır. Həmişə orta məktəbin üzərinə düşürük ki, təhsil zəifdi, amma heç vaxt ali məktəblərin təhsil səviyyəsini müzakirə etmirik".


Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli isə düşünür ki, fərqlənmə diplomuna görə güzəşt olmamlıdır:


"Biz dəfələrlə bu problemi vurğulamışıq. Bu məsələdə bir çox qarışıq nüanslar var. Öncə onu deyim ki, bir-biri ilə əlaqəli fəaliyyət göstərməli olan sahələr və müəssisələr bir-birindən xəbərsiz, bəzən də bir-birinə zidd fəaliyyət göstərir. Bunun müxtəlif səbəbləri var. İlk növbədə, verilən təhsilə və diploma şübhə ilə yanaşmaq. Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyi birlikdə və mütəşəkkil fəaliyyət göstərməyincə, bu tipli problemlərdən xilas olmayacağıq. Bu iki dövlət müəssisəsi sanki bir-birini haqsız çıxarmaq uğrunda savaşdadır, əziyyətini isə cəmiyyət, təhsil çəkir. Məsələ odur ki, DİM ETN-nin təsdiqlədiyi diplomlara güvənmir, ona görə də yenidən imtahan təşkil edir".


V.Ağabəyli dedi ki, bir tələbə ixtisasa yiyələnmək üçün real şəkildə təhsilə cəlb olunub, diplomunu ala bilirsə, diplom artıq onun həmin ixtisasa yiyələndiyini təsdiqləyir:


"Onu yenidən imtahan etmək absurddur. Lakin gəlin məsələyə digər tərəfdən də baxaq. Əldə olunan diplomlar və yazılan qiymətlər tam realdırmı? Doğrudan da, diplomu alan tələbə keyfiyyətli təhsil yolu keçibmi? Bu kimi suallar və şübhələrdən çıxış edərək DİM işə qəbul imtahanı təşkil edir. Mən birlikdə fəaliyyət deyəndə nəyi nəzərdə tuturam. Əgər hər iki dövlət müəssisəsinin məqsədi, həqiqətən də təhsilin keyfiyyətidirsə, onda bu qurumlar bu prosesi səmərəli təşkil etməlidir. DİM və ETN-nin fəaliyyəti birlikdə olmalıdır. Bakalavr təhsilini alan tələbə Yekun Buraxılış Dövlət İmtahanı verirsə, həmin tələbəyə verilən ixtisasın təsdiqlənməsi üçün DİM də bu prosesi izləyə bilər ki, daha sonra tələbəyə verilən diploma şübhə ilə yanaşıb yenidən imtahan etməyə gərək qalmasın. Çünki bu cəmiyyətdə xaos yaratmaqla yanaşı, həm də çoxlu sayda vəsait, vaxt və gərgin iş tələb edən bir prosesdir". 



Dosent onu da qeyd etdi ki, beynəlxalq təhsil sistemində fərqlənmə diplomu kimi bir anlayış yoxdur.


"Diplomunu əldə edən şəxsin təhsil nəticələrini əks etdirən transkriptinə əsasən GPA (ümumi orta qiymət) əksər hallarda vacib göstərici hesab edilir. Bizim cəmiyyətdə isə fərqlənmə diplomunun da real və ya qeyri-real olduğuna dair bir çox fikir ayrılıqları mövcuddur. Yetəri qədər fərqlənmə diplomu əldə edən, lakin ixtisasından xəbəri olmayan nümunələr mövcuddur. Bu baxımdan da, fərqlənmə diplomu imtahana təsir edən bir faktor kimi rol oynaya bilməz", - deyə V.Ağabəyli bildirdi.




Загрузка...
Həmçinin oxuyun:
İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə  təsir  edir

İctimai mühitə təhsillə baglı mütəxəssis fikirləri necə təsir edir

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Ali məktəblərə qəbul üçün müsabiqə şərtləri açıqlanıb

Bu gün  təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Bu gün təhsil eksperti Nadir İsrafilovun ad günüdür

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Məktəb sənədlərinin aparılması və saxlanması haqqında TƏLİMAT

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

Sədr müavini :Xüsusi nişanlarla təltif olunan məzunlara mütləq güzəştlər edilməlidir

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə arayışın verilməsi QAYDALARI

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?