Gədəbəydə müəllimə və həyat yoldaşının meyitləri tapıldı
Gədəbəydə evdən iki meyit tapılıb.
Aztehsil.com-mun məlumatına görə, hadisə rayonun Moruqlu kəndində baş verib.
Meyitləri tapılan şəxslər kənd sakinləri - 1959-cu il təvəllüdlü Oktay Əliyev və onun həyat yoldaşı 1962-ci il təvəllüdlü Məryəm Məmmədovadır.
Onların dəm qazından öldüyü bildirilir.
Qeyd edək ki, qadın kənd məktəbində müəllimə, kişi həmin təhsil müəssisəsində texniki işçi kimi çalışıblar.