AzTehsil.com


Xəbərlər / Ekspert
12 yanvar 2023
6 295


Sıxlıq! – Ekspertlər nazirə qarşı




Siniflərdə şagird sıxlığı bir neçə ildir ki, narahatlıq doğuran əsas məsələlərdən biridir. Qanunvericiliyə edilən son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Sinifdə şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilməlidir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil olunmalıdır.


Siniflər üzrə şagird sıxlığı normalarının qəbul olunmasına baxmayaraq, təəssüf ki, bu sıxlığı aradan qaldırmaq mümkünsüz görünür. Paytaxtın əksər məktəblərində şagird sıxlığı problemi hələ də var və bundan sonra da olacağı istisna deyil.


Mütəxəssislərin fikrincə, şagird sıxlığı təhsilin, tədrisin keyfiyyətinə birbaşa təsir edən əsas amillərdən biridir. Çünki 45 dəqiqəlik dərs müddətində müəllimin sinifdə olan 40-45 şagirdə normal dərs keçməsi, mövzunu ətraflı şəkildə izah etməsi, uşaqlardan dərs soruşması, qiymətləndirmə aparması mümkünsüzdür. Müəllimin dərs prosesi zamanı bu qədər uşağa nəzarət etmək və sinifdə normal təlim-tədris mühiti yaratması da real deyil. Bütün bu amillər də təhsialanların keyfiyyətli təhsil almasına, bilikli, savadlı vətəndaş kimi yetişməsinə maneə törədir.


Siniflərdəki şagird sıxlığı valideynləri də çox narahat edir. Mövzu ilə bağlı münasibət öyrəndiyimiz valideynlərin çoxu sinifdə şagirdlərin çoxluğun səbəbindən övladlarının yaxşı təhsil ala bilmədiklərini bildirdilər.


Şagird sıxlığından şikayət edən valideyn Samirə Osmanova Bakupost.az –a deyib ki, 25-30 nəfər üçün nəzərdə tutulan sinif otağında 40,45 bəzən 49 şagird təhsil alır: “Oğlumun sinfində 43 uşaq oxuyur. Uşaq deyir ki, bəzən sinifdəki səs-küydən müəllimin dediyini eşitmək olmur. Müəllim bir neçə uşaqdan dərsi soruşur, ev tapşırıqların yoxlayır və vaxt bitir, zəng vurulur. Yeni mövzu keçməyə, başa düşməyən şagirdlərə dərindən başa salmağa vaxtı çatmır. Ya da əksinə, mövzunu izah edir, ev tapşırığı verir, şagirdlərdən öyrəndiklərini soruşmağa, ev tapşırıqlarını yoxlamağa imkan olmur. Müəllimi də qınaya bilmirsən. 45 dəqiqə ərzində o yazıq müəllim yeni mövzu keçsin, dərsi soruşsun, ev tapşırığı yoxlasın, uşaqların hər birinə fərdi yanaşıb suallarına cavab versin, alınmır axı. Bütün bunları dərs müddətində etmək qeyri-mümkündür. Bu səbəbdən də şagirdlər dərsi yaxşı mənimsəyə bilmirlər. Mövzunu yaxşı başa düşmədikləri üçün ev tapşırıqlarını da yerinə yetirməkdə çətinlik çəkirlər. Valideyn də uşağının yaxşı təhsil alması üçün məcbur qalıb onu qoyur əlavə hazırlığa”.

Digər valideyn Fatimə Namazova isə bildirib ki, övladının sinfində 40 uşaq təhsil alır. Uşağın çox olması səbəbindən müəllim sinfi iki hissəyə bölüb. Bir gün bir hissədən, o biri gün isə digər hissədən dərsi soruşur. Ev tapşırıqlarını da bu qaydada yoxlayır. Digər dərs vaxtında isə yarımçıq qaldığı mövzunu davam etdirmək məcburiyyətində qalır. Vaxt azlığı səbəbindən müəllim mövzuları çox qısa izah edir, dərinliyə varmır, sualları da cavablandırmağa imkanı olmur: “Uşaq ev tapşırıqlarını hazırlayan zaman məndən soruşur bəzi şeyləri. Deyir, uşaq çoxdur, hamı sual verir, müəllimin də vaxtı çatmır ki, yaxşı izah etsin mövzunu. Bacardığım qədər uşağa köməklik etməyə çalışıram. Ancaq mən müəllimə deyiləm, mövzunun tam izahını onun kimi verə bilmərəm axı. Belə olan halda da uşaq proqramı yaxşı mənimsəyə bilmir və geri qalır, zəifləyir”.

Valideyn deyir ki, övladı daim sinifdəki sıxlıqdan şikayət edir: “Uşağın dediyinə görə, bəzən sinifdə elə səs-küy olur ki, ağız deyəni qulaq eşitmir. Uşaqların səsindən müəllimin nə dediyini eşitmək mümkün olmur. Uşaq çoxluğundan sinif otağında havasızlıq yaranır. Bu da uşaqlara baş ağrısı, yorğunluq, halsızlıq verir. Elə olur ki, uşaq bezir və günlərlə dərsə getmək istəmir. Övladlarımız bu cür problem ucbatından normal təhsil ala bilmirlər. Nə vaxta qədər bu problem davam edəcək və uşaqlarımız əziyyət çəkəcək? Nazirlik siniflərdəki sıxlıq problemini aradan qaldırmaq üçün lazımı addımlar atmalıdır”.


Elm və Təhsil Naziri Emin Əmrullayev hesab edir ki, şagird sıxlığı ilə təhsil keyfiyyəti arasında elə də böyük əlaqə yoxdur: “Sinifdə 15 uşaq olanda uşaq yaxşı oxuyacaq, 25 uşaq olanda pis oxuyacaq” deyə bir şey yoxdur. Sinqapurda sinifdə təhsilin keyfiyyətini müəyyən edən əsas faktor müəllimdir. Təbii ki, 70 nəfərdən danışmıram, 15 və 25 nəfər arasındakı fərqdən danışıram. Sinqapur təhsil sisteminə baxsaq, onlarda şagird sıxlığı bizdən daha çoxdur. 15 faiz sinfimizdə 40-dan çox uşaq var, bunlar da daha yaxşı nəticə göstərən məktəblərdir. Məsələn, Daşkəsəndə hər sinifdə 5-10 uşaq var, amma bu, onların yaxşı nəticə göstərdiyini deməyə əsas vermir. Şagird sıxlığı daha çox Bakı məktəblərində, daha çox rus bölməsində olur. Amma biz desək ki, sinif sıxlığını şərti olaraq 25-dən 20-yə salaq, bu zaman bizim təhsilimiz düzələcək, bu, olmayacaq. Bizim fokusumuz müəllimə olmalıdır”.

Müəllim Həmidə Abbasovanın dediyinə görə, şagird sayı çox olan sinifdə də tədrisi yüksək səviyyədə aparmaq mümkündür. Burada müəllim peşəkarlığından çox şey asılıdır. Bilikli, bacarıqlı, peşəkar müəllim 45 dəqiqədə yeni mövzu keçə, izahını verə, başa düşülməyən məqamları izah edə, şagirdlərdən dərs soruşa, ev tapşırığını yoxlaya bilər. Ancaq hər uşağa lazımi qədər vaxtı ayırmaq bir qədər çətin olur: “Hər uşaq eyni deyil. Şagird var ki, mövzunun izahını bircə dəfə verirsən dərhal başa düşür. Ancaq şagird də var qavraması zəifdir, fərdi yanaşma lazımdır. Belə uşaqlara da dərs prosesi zamanı çox vaxt ayırmağa imkan olmur. Onların hər birinə 10 dəqiqə vaxt ayıranda dərs, digər uşaqlar qalır”.

Müəllim deyir ki, sinifdə şagird sayı az olanda müəllim bütün uşaqlara lazımi qədər vaxt ayıra bilir. Onlara mövzunu daha geniş şəkildə izah edir, qavraması zəif olanlara daha çox vaxt ayırır.

Mütəxəssislərin fikrincə, məktəblərində dərslər elə təşkil edilməlidir ki, biliyin şagirdə ötürülməsi maksimum həddə çatsın. Təəssüf ki, sıxlıq səbəbindən bu, mümkün olmur.



Təhsil eksperti Nadir İsrafilov deyir ki, əgər, sıxlığın təhsilin keyfiyyətinə təsiri yoxdursa, onda nəyə görə əsasən də özəl lisey və gimnaziyalarda təhsilin keyfiyyəti daha yüksəkdir. Çünki, onlarda siniflər dövlət məktəblərindən fərqli olaraq 30-40 şagirddən deyil, ən çoxu 12-15 şagirddən komplektləşdirilir. Yaxud, nə üçün valideynlərin böyük əksəriyyəti maddi vəziyyətindən asılı olmayaraq, boğazından kəsib, övladlarını repetitor yanına, müxtəlif hazırlıq kurslarına göndərirlər? Çünki, repetitorlar və kurslarda hazırlıq keçənlər uşaqlarla böyük qrup halında deyil, fərdi qaydada məşğul olurlar. Sıxlıq bütün ölkə üçün xarakterik olmasa da, Bakı və digər böyük şəhərlərin məktəbləri üçün hələ ki, problem olaraq qalır: “Şagird sıxlığı əsasən şəhərin mərkəzində yerləşən və kütləvi məskunlaşma baş verən ərazilərdə özünü daha çox büruzə verir ki, bu da valideynlərin say çoxluğu səbəbindən uşaqlarından mütəmadi dərs soruşulmadığı, müəllimlərin isə buna vaxt qalmadığı kimi şikayətləri ilə müşayiət olunur. İstəsək də, istəməsək də razılaşmalıyıq ki, sıxlıq şəraitində sadəcə proqram materialının yerinə yetirilməsindən söhbət gedə bilər, keyfiyyətli bilik aşılamaqdan bir o qədər də yox. Çünki, 45 dəqiqə ərzində müəllimin sinifdə olan 30, 45 bəzən də daha çox uşağa vaxt ayıra bilməsi praktiki cəhətdən o qədər də real görünmür”.

Ekspertin dediyinə görə, əsas odur ki, hazırda bəzi məktəblərdə şagird sıxlığı problemi mövcudluğunu nazirlik rəsmiləri də etiraf ediblər, bir sıra məktəblərdə sıxlıq müşahidə olunmasını daxili miqrasiya nəticəsində bəzi yaşayış məntəqələrində çoxlu sayda vətəndaşın yaşaması ilə izah ediblər. Məsələnin həlli istiqamətində müvafiq addımlar atılacağı barədə vədlər veriblər. Əgər bəzi məktəblərdə siniflərin müəllimlə birlikdə digər qonşuluqdakı az komlektli məktəblərə köçürülməsi məsələsi qoyularsa, bu da valideynlərin narazılığına səbəb olacaq. Bəzi məktəblərinsə ərazisində əlavə korpuslar tikmək üçün imkan yoxdur. Siniflərin bölünməsi ilə problem həll edilə bilər, bu zaman isə sinif otaqlarının çatışmazlığı yaranır. Baxmayaraq ki, son illər xeyli sayda yeni məktəblər tikilib, əlavə tədris korpusları istifadəyə verilib hələ ki, problem tam çözülməyərək qalmaqdadır. Bu məsələnin tənzimlənməsi üçün yeganə çıxış yollarından biri də sıxlıq olan məktəblərdə iki növbəli tədrisin təşkilidir.



Təhsil eksperti Elşən Qafarov bildirib ki, bir sinifdə 20 şagird təhsil almalı olduğu halda 30-dan artıq məktəbli olur. 15 nəfərdən çox şagirdlə pedaqoji fəaliyyətlə məşğul olmaq və bütün şagirdlərə vaxt çatdırmaq absurd fikirdir. Mümkün olmayan məsələdir: “Şagird sıxlığı olan siniflərdə hər kəsin dərsdə fəal iştirak etməsi qeyri-mümkündür. Fikrimcə, siniflər maksimum 20 şagirddən ibarət olmalıdır. Qaldı ki, 30-40 şagirddən təşkil olunan siniflərdə təhsilin keyfiyyətindən söhbət belə gedə bilməz. O sinifdə sadəcə olaraq proqram yerinə yetirilir. Ölkədə məktəb qıtlığı var, xüsusən də Bakı şəhərində məlum problem yaşanır. Şagird sıxlığı da tədrisin keyfiyyətinə mənfi təsir göstərir. Müvafiq proqram üzrə keyfiyyətli təhsil ala bilməyən şagirdlərin valideynləri repetitorlara müraciət edir. Təkcə Bakı şəhərində azı 300 məktəbə ehtiyac var. Abşeron, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə yeni məktəblər inşa olunmalıdır. Ümumiyyətlə, ikinövbəli məktəb sistemində tədris və təlimin keyfiyyətli qurulmasından söhbət gedə bilməz”.



Təhsil eksperti Elçin Əfəndi deyir ki, sinifdə şagird sayının 25-dən yuxarı olması doğru deyil: “Siniflərdəki maksimal şagird sayı 20-25 olmalıdır. Bir sinifdə 45-50 nəfər şagirdin təhsil alması doğru deyil. Çünki 45 dəqiqəlik zaman kəsiyi, bir müəllimin 45-50 nəfər təhsil alana mövzuları çatdırmasına və ev tapşırıqlarını yoxlamasına kifayət etmir. Şagirddən öyrəndiyini də soruşmağa vaxt çatmır. Nəticə etibarı ilə də bu təhsilin keyfiyyətindən söz açmaq, özünü aldatmaq olar. Təhsilin məqsədi şagirdlərə müəyyən biliklər, vərdişlər öyrətməkdir. Sinifdə şagird sayı çox olduqda bu vərdişlər ötürülmür, sıxlıq nəticəsində səs-küyün səviyyəsi qalxır. Sinifdə 10-15 nəfər uşaq olanda da uşaqları yaxşı öyrətmək olur”.

Ekspertin dediyinə görə, Abşeron rayonunun tabeliyindəki təhsil ocaqlarında oxumalı olan uşaqlar, mərkəzə axın edirlər. Bunun səbəbi isə Hökməli, Müşfiq, Binə və.s kimi qəsəbələrdə məktəblərin sayının az olmasıdır. Bu da şagirdlərin mərkəzdəki axınına səbəb olur. Bununla da təhsil alanlar həm uzaq məsafə qət etməli olurlar, həm də sıxlıq yaranır: “Bu gün 3-4 minlik şagird tutumu olan məktəblərdə 6-7 min təhsil alan var. Bu məktəblərin əlavə korpuslara ehtiyacı var. Əlavə korpuslar tikilməsə belə, fərqli məkanlarda yeni məktəblər tikilməlidir. Yeni təhsil ocaqlarının inşası ilə həm sıxlığın qarşısı alınacaq, həm də məktəblərin idarəetməsindəki çətinlik aradan qalxacaq. Digər tərəfdən məktəblərin sayının artırılması yeni iş yerlərinin açılması da deməkdir. Bu gün 4440 dan çox məktəbdə, 1 milyon 600 min şagird təhsil alır. Nəzərə alsaq ki, əhali sayı durmadan artır, bu sıxlığın yaxın 5-10 il ərzində daha da çoxalacağı istinasızdır. Ona görə də adekvat tədbirlər görülməlidir”.

Məktəblərdə şagird sıxlığı ilə bağlı problemin aradan qaldırılması üçün yeganə çıxış yolu yeni məktəb və korpusların inşasıdır. Sıxlıq olan məktəblər əlavə tədris korpusları ilə təmin olunmalıdır.

Elm və Təhsil Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, ötən il 23 yeni məktəb və 30 modul tipli məktəb istifadəyə verilib. Məktəb tikintisi prosesinin bu il də davam etdirilməsi nəzərdə tutulub. Sıxlıq müşahidə olunan məktəblərdə də əlavə tədris korpuslarının tikintisi planlaşdırılır.




Загрузка...
Həmçinin oxuyun:
İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Məktəb direktorları üçün müsahibə sualları

Məktəb direktorları üçün müsahibə sualları

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Metodbirləşmələr

Metodbirləşmələr

Müasir müəllim necə olmalıdır ?

Müasir müəllim necə olmalıdır ?

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Məktəb direktoru necə olmalıdır? - Ramiz Məmmədzadə

Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı

Valideyinlərin narazı olduğu məsələlrdən biri - Şagird sıxlığı

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq

Yeni dərs ilində siniflərdə sıxlıq problemi olmayacaq