AzTehsil.com


H/N sənədlər
10 iyun 2016
55 597


Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi




 Pedaqoji Şuranın hazırlanması ,keçirilməsi və sənədləşdirilməsi qaydaları

Pedoqoji Şura ümumi təhsil müəssisəsinin ali idarəetmə orqanıdır. Müəssisənin səlahiyyətinə dair bütün vacib məsələlər məhz pedoqoji şurada müzakirə edilir və kolegial qərar qəbul olunur.

I. Ümumi müddəalar 

• 1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)" sənədinin 3.6-cı bəndinə əsasən hazırlanmışdır. 

• 1.2. Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunur, öz fəaliyyətində bu Əsasnaməni rəhbər tutur. 

• 1.3. Ümumi təhsil müəssisəsində Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır. 

• 1.4. Pedaqoji Şura ən azı 3 nəfərdən ibarət pedaqoji kollektivi olan ümumi təhsil müəssisəsində təşkil olunur. 

II. Pedaqoji Şuranın tərkibi və fəaliyyətinin təşkili 

• 2.1. Pedaqoji Şuranın tərkibinə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti pedaqoji işçilər, müəssisənin həkimi və ictimai əsaslarla fəaliyyət göstərən VMA-nın (valideyn komitəsinin) sədri daxil edilirlər. 

• 2.2. Müəssisənin direktoru Pedaqoji Şuranın sədri olur. Şuranın katibi hərdərsili üçünilk şuraiclasındaonun üzvləri arasındanseçilir. 

• 2.3. Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir. 

• 2.4. Müzakirə olunan məsələlərlə bağlı zərurət yarandığı hallarda Pedaqoji Şura iclaslarında müəssisə rəhbərinin dəvəti ilə bilavasitə müəssisədə yaradılmış ictimai əsaslarla fəaliyyət göstərən digər özünüidarə orqanlarının (məktəb şurası, qəyyumlar və himayəçilər şuraları, uşaq parlamenti), habelə valideynlərin nümayəndələri məşvərətçi səs hüququnda iştirak edə bilərlər. 

II. Pedaqoji Şuranın tərkibi və fəaliyyətinin təşkili 

• 2.5. Dərs ili ərzində müəssisədə keçirilən Pedaqoji Şura iclaslarının sayına məhdudiyyət qoyulmur. Şura iclaslarının keçirilməsi zərurəti müzakirəyə çıxarılan aktual məsələlərdən, pedaqoji kollektivin üzvlərinin, habelə özünüidarə orqanlarının təkliflərindən, qaldırılan məsələlərdən asılı olaraq müəssisənin direktoru tərəfindən müəyyən edilir. 

• 2.6. Üzvlərinin üçdə ikisi iştirak etdikdə Pedaqoji Şura səlahiyyətli hesab olunur. Şura qərarları adi səs çoxluğu ilə qəbul edilir. 

• 2.7. Pedaqoji Şura qərarlarının icrasına nəzarət bilavasitə müəssisənin direktoru tərəfindən həyata keçirilir. 

• 2.8. Pedaqoji Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir. 

III. Pedaqoji Şuranın vəzifələri 

• 3.1. Pedaqoji Şuranın vəzifələrinə daxildir: 

• 3.1.1. Ümumi təhsillə bağlı Azərbaycan dövləti və hökumətinin qərar və sərəncamlarının, Təhsil 

Nazirliyinin kollegiya qərarlarının, əmr, sərəncam və təlimatlarının, habelə digər aidiyyəti normativhüquqi sənədlərin məzmunu və mahiyyəti ilə kollektiv üzvlərini tanış etmək, müəssisənin fəaliyyətinin dövlət siyasətinin tələbləri əsasında  qurulması üçün səmərəli iş sistemi yaradılmasına hərtərəfli köməklik göstərmək. 

III. Pedaqoji Şuranın vəzifələri 

• 3.1.2. Aşağıdakı məsələlər ətrafında müzakirələr keçirib müvafiq qərarlar qəbul etmək: 

• 3.1.2.1. Müəssisənin illik və perspektiv Fəaliyyət planlarının təsdiqi. 

• 3.1.2.2. İllik və yarımillik hesabatların dinlənilməsi*. 

• 3.1.2.3. Fənlərin tədrisi vəziyyətinin öyrənilməsinə dair monitorinqlərin nəticələri. 

• 3.1.2.4. Pedaqoji innovasiyaların, qabaqcıl pedaqoji təcrübə nümunələrinin tətbiqi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması və müəssisənin idarəolunmasının təkmilləşdirilməsi. 

• 3.1.2.5. İstedadlı şagirdlərlə işin təşkili istiqamətləri. 

• 3.1.2.6. Dərs bölgüsünün təsdiqi, dərsdənkənar məşğələlərin təşkili, dərnək, klub, studiya, "Kiçik akademiya" və digər bu kimi şagird birliklərinin fəaliyyəti.

III. Pedaqoji Şuranın vəzifələri 

• 3.1.2.7. Şagird kontingentinin sabit saxlanması, icbari təhsilin yerinə yetirilməsi vəziyyəti. 

• 3.1.2.8. Metodik şuranın və onun nəzdindəki fənn komissiyalarının fəaliyyəti. 

• 3.1.2.9. Müəssisənin iş rejiminin təkmilləşdirilməsi. 

• 3.1.2.10. Şagirdlərin sinifdən-sinfə keçirilməsi, imtahanlara buraxılması, təkrar sinifdə, habelə payız imtahanlarına saxlanması, yay tədris tapşırığı alması. 

• 3.1.2.11. Buraxılış imtahanlarının nəticələri, məzunlara təhsil sənədlərinin verilməsi və s. 

• 3.1.3. Pedaqoji Şura iclaslarında bunlarla yanaşı, zəruri hesab edilən digər məsələlər də müzakirə oluna bilər. 

IV. Pedaqoji Şuranın hüquqları 

• 4.1. Pedaqoji Şura aşağıdakı məsələləri müzakirə edib müvafiq qərar qəbul etmək hüququna malikdir: 

• 4.1.1. Yerli şəraitə uyğun olaraq, müəssisənin iş rejimini müəyyənləşdirmək. 

• 4.1.2. Tapşırılmış iş sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən işçiləri, habelə təlimdə uğurlu nəticələr qazanmış şagirdləri təltifə təqdim etmək, rəğbətləndirmək və mükafatlandırmaq. 

• 4.1.3. Müəssisədaxili intizam qaydalarına və əmək funksiyalarına əməl etməyən işçilər barəsində mövcud qanunvericiliyə uyğun tədbirlər görmək. 

IV. Pedaqoji Şuranın hüquqları 

• 4.1.4. İbtidai təhsil səviyyəsində mövcud tədris proqramlarını mənimsəməyən şagirdləri psixoloji-tibbipedaqoji müayinəyə göndərmək. 

• 4.1.5. Zəruri hallarda müəssisənin tipini dəyişdirmək, müəssisədə istedadlı şagirdlər üçün təmayüllü siniflər yaratmaq üçün vəsatət qaldırmaq. 

• 4.1.6. Ciddi tərbiyə şəraitinə ehtiyacı olan oğlan şagirdlərin müvafiq təhsil müəssisəsinə göndərilməsi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq. 

• 4.1.7. Qanunvericiliklə müəyyən olunmuş digər qərarlar qəbul etmək və s. 

V. Pedaqoji Şuranın kargüzarlığı 

• 5.1. Pedaqoji Şuranın hər bir iclası müəyyən edilmiş kitabda protokollaşdırılır. Müzakirə edilən məsələlərlə bağlı hazırlanan məruzə və hesabatlar ayrıca saxlanılır. 

• 5.2. Pedaqoji Şuranın protokolları kitabı rəsmi məktəb sənədi kimi nömrələnir, qaytanlanır və tabe olduğu yuxarı orqanın rəhbəri və ya aidiyyəti qurum (səlahiyyətli şəxs) tərəfindən təsdiq olunur. 

• 5.3. Pedaqoji Şuranın protokolları kitabı müəssisədə daimi saxlanılır. 

 -Pedoqoji Şuranın ilk iclasında iş planı təsdiq olunmalıdır. Bunun üçün müəssisənin rəhbəri işçilər məzuniyyətə getməzdən  əvvəl öz təkliflərini hazırlamalı , müdriyyətə təqdim etməli , fəaliyyət planı tərtib olunub hazır vəziyyətə salınmalıdır. 

 -Müzakirə olunacaq məsələlər elə seçilməlidir ki , məktəb həyatının bütün vacib sahələrini əhatə etsin. Bu baxımdan planlaşdırmanın düzgün seçimi müəssisənin gələcək uğurlarının əsasını təşkil edir. 

 -Pedoqoji şuranın iş planı hazırlanarkən şəhər Təhsil şöbəsinin iş planı , müəllimlərin sentyabr konfransının qərar və tövsiyələri şəhər məktəblərinin qabaqcıl iş təcrübəsi nəzərə alınmalıdır. 

 -Təhsil müəssisəsinin illik və prespektiv iş planının təsdiq olunması 

 -Direktor müavinləri arasında vəzifə bölgüsünün təsdiqi 

 -Yeni dərs ilinə hazırlığın vəziyyəti. 

-Dərs bölgüsünün təsdiqi , dərsdənkənar  məşğələlərin, dərnəklərin , klubların və digər şagird birliklərinin təşkili. 

-Siniflərin komplektləşdirilməsinin təsdiqi. 

-Direktorun və müavinlərin , metodbirləşmə sədrlərinin , psixoloqun , uşaq birliyi rəhbərinin , VMA sədrinin və s. hesabatları. 

-Ayrı-ayrı fənlərin tədrisi vəziyyətinin öyrənilməsi məqsədi ilə monitorinqlərin keçirilməsi və nəticələrin müzakirəsi. 

-İcbari təhsilin həyata keçirilməsi , şagird kontigentinin sabit saxlanılması istiqamətində müntəzam iş aparılması. 

-Pedoqoji innovasiyaların , qabaqcıl  pedoqoji təcrübənin öyrənilməsi  və yayılması. 

-Müəssisənin iş rejiminin tənzimlənməsi. 

-Dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr. 

-Ali məktəblərə qəbulun nəticələri. 

-Fənn olimpiadalarının  nəticələri 

-Yeni fənn kurikulumlarının tətbiq olunan sinifərdə monitorinqlərin keçirilməsi və nəticələrin müzakirəsi 

-IX-XI siniflərdə buraxılış imtahanlarının nəticələri və şagirdlərə şəhadətnamə və attestatların verilməsi və s. məsələlər. 

-Pedoqoji şuranın hər bir iclasının müzakirəsinə mümkün qədər az sayda , 1 və ya 2 mühüm məsələ çıxarmaq lazımdır. 

-Müzakirəyə çıxarılacaq məsələni hazırlamaq üçün direktorun əmri ilə işçi qrupu yaradılmalı , bu qrup məsələni hərtərəfli  araşdırmalı , nəticəsi barədə geniş məruzə və qərar layihəsi hazırlanmalıdır. 

-Rəğbətləndirilən və ya intizam tənbehi verilən şəxslər əvvəlcədən qərar layihəsi ilə tanış olmalı və imza atmalıdırlar. Əgər intizam tənbehi verilən şəxs qərar layihəsinə imza atmaqdan imtina edərsə müdiriyyət tərəfindən azı üç nəfərin şahidliyi ilə imza atmaqdan imtina barədə akt tərtib olunmalıdır. 

-İclasının işinin səmərəliliyi hazırlanan mərizənin səviyyəsindən , onun məsələni nə dərəcədə əhatə etməsindən , faktlardan , gətirilən  sübut və dəlillərdən , onların obyektivliyindən , qərəzsizliyindən və ədalətli olmasından asılıdır. Əgər çıxışlar da bu prinsiplər əsasında  qurularsa onda müzakirənin təsir dərəcəsi daha yüksək olar. 

-Təhlil və müşahidələr göstərir ki , əksər halda bütün şura  iclaslarında  məruzəçilər  də , çıxış edənlər də eyni adamlar olur , bütün şura üzvlərinin fəallığı təmin edilmir. Bu isə şura iclasının maraqsız keçməsinə səbəb olur , əksər üzvlər passiv dinləyici , seyrçi kimi çıxış edirlər. 

-Belə halların qarşısını almaq üçün daha çox sayda müəllimə əlavə tapşırıqlar vermək , onları müzakirəyə çıxarılan məsələlərin hazırlanmasına cəlb etmək , kiçik hesabatlarını dinləmək və digər yollarla fəallaşdırmaq lazımdır. 

-Pedoqoji  şuranın  iclaslarını şuranın sədri-müəssisənin rəhbəri idarə edir , hər dərs ilinin əvvəlində seçilmiş şuranın katibi  tərəfindən protokollaşdırılır. Protokol kitabı səhifələnir , müəssisənin rəhbəri tərəfindən möhürlənir və imzalanır , ŞTŞ-nın müdiri tərəfindən təsdiq olunur. 

-Protokol kitabı tam dolmayınca onun dəyişdirilməsinə , ağ yerlər və boş vərəqlər saxlanılmasına icazə verilmir. Hər bir iclasın protokollarının sonunda şuranın sədri və katibi tərəfindən imzalanır və möhürlənir. 

  Bakı Şəhəri Fuad Fərhaoğlu adına 230 nömrəli tam orta məktəbin pedoqoji şura iclasının protokolu 

                 № 10                                                                    30.06.2016 

Sədr: _______________- məktəbin direktoru 

Katib:__________________________ 

İştirak edirdilər: 74 şura üzvündən 69 nəfər dəvət olunanlar 

                                                Gündəlik məsələlər: 

<!-- [if !supportLists] --> 1.       <!-- [endif] --> Bakı şəhər Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəb üzrə 2015/2016-cı dərs ilinin yekunları 

Məruzəçi: təlim-tərbiyə işləri üzrə direktor müavini_________________________ 

<!-- [if !supportLists] --> 2.       <!-- [endif] --> IX-XI siniflərdə buraxılış imtahanlarının nəticələri  və məzunlara ümumi orta təhsil haqqında şəhadətnamələrin , tam orta təhsil haqqında  attestların verilməsi barədə. 

Məruzəçi : ________________ məktəbin direktoru 

Reqlament: I məruzə üçün 25 dəqiqə , 

                  II məruzə üçün 15 dəqiqə , 

                  III məruzə üçün -5-8 dəqiqə. 

                                               I.Eşidildi: 

"Bakı şəhəri  Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəb üzrə 2015/2016- cı dərs ilinin yekunları barədə” məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini _________________ məruzəsi.

Məruzəçi qeyd etdi ki . məktəbimizin pedoqoj kollektivi dərs ilini uğurla başa vurub. I-IV siniflər üzrə ______ şagird , V-VIII siniflər üzrə______ şagird  , X siniflər üzrə________ şagird dərs ilinin müvəffəq qiymətlərlə başa vurmuşdur. Onların yuxarı siniflərə keçiriləsinin müzakirəsinə təqdim olunur. Məktəb üzrə müvəffəqiyyət faizi ___ keyfiyyət faizi isə____ təşkil edir. 

Əlaçı şagirdlərimizin sayı___ nəfərdir.___ şagirdimiz yay tapşırığı alıb ,___ nəfər isə payız imtahanına saxlanılıbdır. ( Məruzənin tam mətni protokola əlavə olunur) 

                                                                            Çıxarışlar: 

___________________________________________________________________( hər bir çıxışçı məsələyə konkret münasibət bildirməli və təklif irəli sürməlidir) 

 

 

______________________________________________________və s. 

Pedoqoji şuranın iclası ( məsələnin adını yaz) haqqında məruzəni və çıxarışlarda irəli sürülən təklifləri nəzərə alaraq 

                                                                 qərara alır: 

   ( Məsələnin adını yaz ) barədə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini___________________________ məruzəsi nəzərə alınsın. Və s. ( hər bir bənddə konkret münasibət bildirməli , müvafiq tapşırıqlar verilməlidir. Əgər intizam tənbehi verilərsə direktora onu əmrlə rəsmləşdirmək tapşırığı verlməlidir. 

                                                                                  II. Eşidildi: 

 IX-XI siniflərdə buraxılış imtahanlarının nəticələri və məzunlara ümumi orta təhsil haqqında şəhadətnamələrin , tam orta təhsil haqqında attestatların verilməsi barədə məktəbin direktoru _____________ məruzəsi 

(Davamı I məsələdə olduğu kimi) 

Sonda 

  İclasın sədri                                                    /imza/ 

  Katib                                                              /imza/ 

 




Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Sinif rəhbərləri oxuyun ! Sinif valideyin iclaslarının sənədləşdirilməsi

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb direktorunun informasiya mənbələri..

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Təhsil müəssələrində kargüzarlıq işinin aparılması qaydaları..

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini  necə qurmalı ?..

Məktəbdə sinif rəhbərlərinin reytinq cədvəlini necə qurmalı ?..

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

Məktəb rəhbərləri ! Sinif rəhbərinin reytinq cədvəlini necə hazırlamalı ?

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

"Ən yaxşı müəllim" müsabiqəsinin keçirilməsi qaydalar

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Metodbirləşmələr

Metodbirləşmələr