AzTehsil.com


Xəbərlər
27 noyabr 2022
613


Türk həkimlər limonun zərərini açıqladı




Türkiyəli həkimlər tez-tez və çox limon yeməyin, limonlu çay içməyin əks təsirlərini açıqlayıb.


Çiy limonu yemək və şirəsini içmək diş emalını aparır, çürüdür, kariyesi artırır və ağız boşluğunun selikli qişasının zədələnməsinə səbəb olur.


Limon turşusu mədə girəcəyindəki əzələni, klapanı zəiflədir, nəticədə mədə turşuluğu geri qayıdır, reflüks yaranır.

İnsanın həzm sistemi çox miqdarda limon turşusunu həll etməyə qadir deyil. Ona görə limon turşusu qarında spazm, mədədə yanğı, xora, böyrəklərdə daş, sidikdə pozulma və bağırsaqlarda problem yarada bilir.


Çox limon yemək dəmirin də sovrulmasını gücləndirir, bu zaman hemoromatoz əmələ gəlir, dəmir uyğun olmayan orqanlarda yığlıb qalır.


Gündəlik limon norması 2 dilimdən artıq olmamalıdır.




Загрузка...