AzTehsil.com


Xəbərlər / Saglam həyat
10 may 2022
1 645


Ac qarına şokolad, peçenye, meyvə yemək insanı öldürə bilər - Professor




“Bir dəfə çoxdan 1-2 il ərzində məndə mədə-bağırsaq pozulmaları baş vermişdi. Uzun müddət müalicəvi pəhriz saxladım.


Həmin vaxt fikir verdim ki, əgər əsas yeməklərin arasında ağzıma hətta adi bir konfet də qoysam, nəsə yesəm, dərhal mədə-bağırsaq pozulması kəskinləşirdi. Əgər mən o konfeti və ya dondurmanı əsas yeməkdən dərhal sonra yesəydim, heç bir ağırlaşma, pozulma olmurdu. Bu mənim diqqətimi çəkdi və ideya verdi”.


 Azərbaycanda tanınmış professor oftalmoloq, HAT medicina metodikasının banisi Rasim Hacıyev bir çox xəstəliklərin səbəbi və ondan xilas yollarını öz Möcüzə dietasında açıqlayıb.


Professorun araşdırmasını təqdim edirik:


“Əslində, gənc vaxtı yeməklər arasında çay, konfet, şokolad, meyvə və s yemək orqanizmə heç bir təsir etmir, amma illər keçir və bu vərdiş yığılıb təsirini göstərir. Müəyyən yaşda ürək xəstəliyi, diabet və s. yaradır.


Hər bir insan səhər yeməyindən sonra günortaya yaxın və ya günortadan sonra acdı-acımadı nəsə atışdıranda ondan sonra özünü narahat hiss etdiyini görə bilər. Bəzi adamların şirniyyat, meyvə və şokoladdan sonra başı ağrıyır, sanki halsızlaşır, ağırlıq hiss edir.


Buna diqqət yetirin. Daha sonra bu qidaları əsas yeməkdən sonra yeyin. Həmin simptomları hiss etməyəcəksiz.


Bu təsirin səbəbi, mexanizmi nədir?


İzahı sadədir.


Mədə-bağırsaqların selikli qişasının hüceyrələri ayrılıqda müstəqil orqanizmdir, özünün qida, sensor sistemi var. Hüceyrənin daxilində çox kiçik mikrofibrillər var, onların köməyi ilə o bir yerdən digər yerə hərəkət edir.


İnsan təkamülünün başlanğıcında birtipli hüceyrələr özlüyündə birləşməyə başladılar ki, xarici amillərə qarşı daha dözümlü olsunlar. Bunlar təbii ki, mikroblardır. Mikrob adını onlara elm verib.


Bu sistemlə baxsaq, mədə-bağırsaqların selikli qişasında da çox sayda hüceyrələr var, eləcə də mikroblar.


Mikrobların sayı daha çoxdur və onlara da qida lazımdır. Qida isə birdir, insan nə yeyirsə, həm mikroblar, həm hüceyrələrə çatmalıdır.


Bəs insan yeməklər arasında kiçik bir qida atışdıranda nə baş verir?


İnsan ac olanda onun mədə-bağırsağındakı hüceyrələr, mikroblar da ac olur. Əgər bu mikrob və hüceyrə ordusuna bir parça ət atsaz, onlar canavar və itlər kimi bir-birini bu qida üstündə didəcək. Hər kəs daha çox pay almağa çalışacaq.


Bəs insan ac olanda bir qırıq şokolad, konfet, bir meyvə yeyəndə nə olur? Qida bəzi qrupa çatır, bəzisinə yox. Ya hüceyrələr ac qalır, ya mikroblar. Bir qırıq şokolad üstündə konflikt yaranır.


Bakteriyalar mədənin-bağırsağın selikli qişasına hücum edib, onun strukturunu dəyişəcək.


Dəyişikliklər müxtəlif yerlərdə baş verə bilər. Cavanlarda baş ağrıyır.


Yaşlılarda mədəaltı vəz, ürək, beyin zədələnir. Bunlar dərhal baş vermir. Zamanla, damla-damla toplanır, illər keçəndən sonra özünü biruzə verir.


Bu təkcə insan orqanizmində yox, vəhşi təbiətdə də belədir. Aslanlar ovdan sonra doyana kimi yeyir, sonra istirahət edirlər. Onların yanından başqa heyvanlar keçir, onlar bilirlər ki, şirlər ovdan sonra tox olduğu üçün onlara dəyməyəcək. Ona görə rahat keçib gedirlər.


Klinik təcrübədə biz həmişə xəstədən soruşuruq. Nə yeyir, necə qidalanır.


Nümunələr:


1. Bizdə diabetik retinopatiya göz problemi olan diabet xəstəsi qadın müalicə olunurdu.


Lazerlə müalicədən sonra o şikayətlənirdi ki, şəkəri düşmür, dərman təsir etmir.


Biz ona məsləhət gördük ki, yeməklər arasında atışdırmanı yığışdırsın, duzlu və mayonezi yeməsin. 3 ay sonra qadın bizə bildirdi ki, bu məsləhətə əməl edib və qanda şəkəri normadadır. İnsulinə keçməyə ehtiyac qalmayıb.


Pasiyent 2. Klinikamızda görmə sinirinin atrofiyasından xəstə müalicə edilirdi. O yarım il əvvəl infarkt olmuşdu, 5 ay sonra isə insult. Nəticədə gözü tutulurdu. Sorğu apardıqda məlum oldu ki, o 1 il əvvələ kimi tam sağlam insan idi. O siqareti tərgidərkən onun əvəzinə xüsusi sovurma konfetlər istifadə edərdi. Ürəyi sıqaret istəyəndə, tez ağzına konfet atırmış.


Fikrimcə qısa müddətdə onu infarkt və insult edən məhz bu səbəb idi.


Pasiyent 3. Gənc qızın çoxdan idi daim başı ağrıyırdı. Nevroloq müalicəsi alırdı. Sorğu etdikdə aydın oldu ki, dərs və rejiminə görə ayaqüstü yüngül atışdırmalar yeyir və daimi qidalanmır. Daha çox şirniyyat yeyirdi. Məsləhət etdik ki, əsas qidalar arasında şirniyyat yeməsin. Bir neçə aya başağrıları itdi.


Özünüz eksperiment keçirin:


Boş mədəyə bir az şokolad yeyin. Həmin gün və ya sabahısı başınız ağrıyacaq. Yaşlılarda isə təzyiq qalxacaq.


Orqanizminizi dinləyin.


Tövsiyə dieta:


Atışdırmalıq nədir? Yemək zamanı yeyilməyən, ürəyiniz istəyəndə ağzınıza atdığınız çayla konfet, peçenye, mürəbbə, şokolad, alma, şirniyyat.


Çalışın bunları günün yalnız 3 vaxtında yeyin. Əsas yeməklər zamanı. Məsələn, günorta yeməyindən yarım saat sonra çayla şirniyyat və ya meyvə. Səhər və ya axşam yeməyindən bir az sonra sevimli şokoladınızı yeyə bilərsiz.


Qalan vaxtlarda bunları yanınızdan uzaq tutun. O zaman artıq problem və xəstəliklərdən qorunmuş olarsız”. medicina.az 




Загрузка...