AzTehsil.com


Xəbərlər / Saglam həyat
18 dekabr 2020
1 750


Pişikotunun (valeryan) bilmədyiniz çoxsaylı faydaları



Pişikotunun (valeryan) bilmədyiniz çoxsaylı faydaları

 

Bu bitki ən tanınmış müalicəvi bitkilərdən biridir. Pişikotu həm xalq təbabətində, həm də ənənəvi tibbdə çox geniş istifadə olnur.

Dünya farmasevtik sənayenin istehsal etdiyi əksər təbii sakitləşdirici vasitələrinin tərkibinə pişikotu daxil edilir.

Pişikotu müalicəvi vasitə kimi lap qədim zamanlardan istifadə olunur. Bu otun adı latın dilindən "sağlam olmaq" kimi tərcümə olunur ("valere" - sağlam olmaq). Qədim Yunanıstan həkimləri valeryanın köklərini sakitləşdirici, ağrısızlaşdıran maddə kimi istifadə edirdilər, bu otun köməyi ilə baş ağrıları, nevrozları, hətta epilepsiyanı müalicə edirdilər.

Pişikotu əsasən güclü sakitləşdirici vasitə tanınır və kimi istifadə olunur. Pişikotu dəmləməsi, ekstraktı baş ağrıları, miqren, əsəbilik, nevroz, isteriya, yuxusuzluq zamanı yaxşı təsir edir.

Pişikotu klimaks zamanı da qadınlara yaxşı kömək edir.

Körpələr üçün pişikotu dəmləməsi əlavə olunmuş vannalar çox xeyirlidir - yaxşı sakitləşdirir, tez yuxuya getməyə kömək edir.

Pişikotu həm də ürək-damar sistemi xəstəliklərində və pozulmalarında da yaxşı kömək edir. Taxikardiya, hipertoniya, ürəkdə ağrılar zamanı pişikotu geniş istifadə olunur. Bitki qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir.

Pişikotu tək sinir və ürək-damar sisteminə deyil, mədə-bağırsaq sisteminə də müalicəvi təsir edir. Güclü spazmolitik xüsusiyyətlərinə malik olan pişikotu qida borusu, bağırsaq, mədə spazmları zamanı çox yaxşı effekt verir, köpdən azad edir, qəbizlik zamanı xeyirlidir, mədə şirəsinin ifrazını artırır, iştahanı yaxşılaşdırır.

Pişikotu qara ciyər və öd kisəsinin fəaliyyətinə müsbət təsir edir, orqanizmi qurdlardan təmizləyir.

Bundan əlavə pişikotu bronxial astma, neyrodermit, ağ ciyər iltihabı zamanı da istifadə olunur.

Hamiləlik zamanı qadınlar tez-tez gərgin, əsəbi olur, stresə və depressiyaya düşür. Bu zaman pişikotu dəmləməsi çox yaxşı kömək edə bilər.

Pişikotu dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı pişikotu kökü 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla müxtəlif pozulmalar zamanı qəbul edilir.

Pişikotu ekstraktı (həblər şəklində) də çox təsirli müalicəvi vasitədir. Həblər gün ərzində 3 dəfə 1-2 həb olmaqla qəbul edilir.

Nəzərinizə çatdıraq ki, bütün digər müalicəvi bitkilərdə olduğu kimi, müalicəvi effektinin olması üçün pişikotu uzun müddət ərzində (3 həftə - 1 ay) qəbul olunmalıdır. Lakin daha uzun müddət ərzində bu otu qəbul etmək olmaz. Əks halda ürək fəlaiyyətində müxtəlif pozulmalar, baş ağrıları, ürəkbulanması və s. mümkündür.

Bəzi hallarda pişikotu allegiyaya səbəb ola bilər.



Загрузка...