AzTehsil.com


Xəbərlər / Saglam həyat
27 fevral 2021
2 838


Gündə nə qədər limon yemək lazımdır? - Kimlərə olmaz



 Həkimlər az da olsa sutkada limon yeməyi tövsiyə edir. Bu sitrus meyvəsində xolesterin yoxdur, çoxlu kaliy, B, C, A vitaminləri var.


Çox miqdarda pektinə görə limon həzm sisteminə da yaxşı təsir edir.


Gündə bir dəfə limon yeyəriksə, orqanizmdə nələr baş verəcəyini təqdim edir.


Limonun 4 əsas təsiri:


- Sutkalıq C vitamini ehtiyacının 50%-ni ödəyir


- Toksinləri çıxarır


- Bakterisid və iltihab əleyhinə təsir edir


- Qanı duruldur


Diyetoloqlar bildirir ki, limon iştahı artırır, mədə-bağırsaq, damar spazmlarını aradan qaldırır, beynin işini normallaşdırır.


Əhvalı yaxşılaşdırır, dəri problemlərini həll edir, yorğunluğu aradan qaldırır.


Limonu hər gün yemək lazımdır. Lakin normanı aşmaq olmaz.


Limonun sutkalıq yol verilən miqdarı 2-3 dilimdir.


Ondan çox qəbul etmək, baş gicəllənmə, baş ağrısı, mədə turşuluğu və C vitaminin çoxluğu sindromu ilə qarşılaşa bilərsiz.


Limonu alma kimi bütöv halda yemək olmaz. Doza həddini aşdıqda, 3 həftə ərzində onun qəbulunu dayandırıb, bol su içmək lazımdır.


Kimlərə olmaz:


- 3 yaşa kimi uşaqlara


- Qastrit və mədə xorası olanlara


- Mədəaltı vəzi xəstəliyində


medicina.az




Загрузка...