Bu şəxslərə xurma yemək olmaz - Təhlükəsi
Yapon xurması adlanan, Azərbaycanda bol yetişən sarı xurma çox faydalı olsa da, bu mövsüm meyvəsi bir çox insanlara zərərlidir.
Bəzi böyrək xəstəlikləri zamanı xurma yemək olımaz. Xurma təbii sidikqovucu olduğu üçün bədəndə artıq mayeni qovur və bu da böyrəkləri yükləyə bilər.
Eləcə də qəbizlikdən əziyyət çəkənlər yeməməlidir. Xurmada olan tanin çoxluğu büzücü effekt verir və bağırsaqları daha da bərkidir.
Günə 3-4 ədəd xurma yedikdə isə mədədə bərk kütlələr - bezoarlar əmələ gələ bilər. Bezoarlar mədə-bağırsaq keçməməzliyinə səbəb olur və müalicə cərrahi yolu ilə aparılır.
Eləcə də bağırsaqlarında şiş olanlar ehtiyatlı olmalıdır.