AzTehsil.com


Xəbərlər / Saglam həyat
02 aprel 2022
1 348


Bu şəxslər oruc tuta bilməz - Adil Qeybulladan orucluq tövsiyələri




“Şəkərli diabet xəstələri, yüksək təzyiq, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz”.


Bu sözləri professor, tibb elmləri namizədi, tibb üzrə ekspert Adil Qeybulla Bakupost.az -a açıqlamasında deyib.


Həkim Ramazan ayı ilə bağlı vacib tövsiyələr verib:


“Orucluq insanın öz nəfsinə nəzarət prosesidir. Bu prosesdə söhbət təkcə qidalanma rejimindən yox, öz nəfsinə, instinktlərinə nəzarətdən gedir.


İnsan orucluq vaxtı pəhriz rejiminə keçir və bir müddət əvvəlki qida rejimindən imtina edir. İmsak və iftar vaxtlarında qida tədricən qəbul edilməlidir. İlk olaraq maye ilə başlanmalıdır.


Adətən, yarım stəkan isti su və xurma istifadə olunur. Gün ərzində ac qalmış mədəyə ilıq şəkildə az-az qida qəbul etmək lazımdır.


Mədəni qıcıqlandırmayan, duz və istiotsuz qidaları qəbul etmək gərəkdir. Orucluq dövründə qida qəbulunun intensivliyini aşağı salmaq yaxşı olar. Orqanizmdə yaranan ekstremal vəziyyət, depolaşmış piylərin mobilizasiyasına imkan verir.


Bu da orqanizmin sağlamlıq göstəricilərinə kömək edir.


İftar vaxtında qəbul olunan qidalardan bəzi insanlar sui-istifadə edirlər. Bu da həm ümumi sağlamlığa, həm mədə-bağırsaq sisteminə neqativ təsir göstərir. Oruc ibadəti zamanı riskli qruplardan biri də şəkərli diabeti olan insanlardır.


Şəkərli diabet xəstələri, müxtəlif metabolik sindromu olan insanlar oruc tuta bilməz.


Əgər oruc tutmaq şəxsin səhhətinə ziyan vermirsə və sağlamlıq baxımından ciddi bir problem yoxdursa, o zaman oruc tuta bilər. Oruc tutmaq siqareti, alkoqolizmi buraxmaq, bu kimi zərərli vərdişlərdən uzaqlaşmaq üçün də bir fürsət ola bilər.


Pəhriz rejiminə əməl etməmək, sahuru unutmaq, iftarı gecikdirmək, yaxud iftarda artıq qida qəbul etmək, az su içmək, qan şəkərini təqib etməmək, dərman qəbulunu öz bildiyi kimi tənzimləmək və s. Ramazan ayı boyunca ən çox buraxılan xətalardandır”.




Загрузка...
Həmçinin oxuyun:
Oruc tutmaq barədə 7 yanlışlıq

Oruc tutmaq barədə 7 yanlışlıq

Oruc tutmaq koronavirusa yoluxma ehtimalını artırır? - VİDEO

Oruc tutmaq koronavirusa yoluxma ehtimalını artırır? - VİDEO

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ

1 stəkan ilıq su və yarım qaşıq sarıkök – İNANILMAZ NƏTİCƏ

Adil Qeybulladan Bill Qeytsin qorxulu xəbərdarlığına reaksiya

Adil Qeybulladan Bill Qeytsin qorxulu xəbərdarlığına reaksiya

İsti yay günlərinin qida menyusu - nə yeyək?

İsti yay günlərinin qida menyusu - nə yeyək?

Yayda necə qidalanmalıyıq və gündə neçə litr su içməliyik? – VİDEO

Yayda necə qidalanmalıyıq və gündə neçə litr su içməliyik? – VİDEO

Qış fəslinin QİDA RASİONU

Qış fəslinin QİDA RASİONU

Koronavirus gəncləşib, gəncləri öldürür– Adil Qeybulla

Koronavirus gəncləşib, gəncləri öldürür– Adil Qeybulla

“Bu, qida mənşəli yox, toksik zəhərlənmədir” - Agentlik sədri

“Bu, qida mənşəli yox, toksik zəhərlənmədir” - Agentlik sədri

Həkim: Açıq havada sadəcə məsafə gözləmək lazımdır, maskaya ehtiyac yoxdur

Həkim: Açıq havada sadəcə məsafə gözləmək lazımdır, maskaya ehtiyac yoxdur

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin

Koronavirusdan qorunmaq üçün alış-verişdən sonra bunları edin

Soyuğa davamsızlıq. SƏBƏBLƏR

Soyuğa davamsızlıq. SƏBƏBLƏR

Səhər yeməyindən imtina edənlər mütləq oxusun!

Səhər yeməyindən imtina edənlər mütləq oxusun!

Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər

Azərbaycanda bu sahələrdə qapanmalar ola bilər

Azərbaycanda KARANTİN sərtləşdirilə bilər - VACİB AÇIQLAMA

Azərbaycanda KARANTİN sərtləşdirilə bilər - VACİB AÇIQLAMA

Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

Ən faydalı səhər yeməyi

Ən faydalı səhər yeməyi

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

Evdə müalicə olunan COVID xəstələri nələrə diqqət etməlidirlər? Həkimdən vacib TÖVSİYƏLƏR

MƏKTƏBLİLƏRİN QİDALANMASI NECƏ OLMALIDIR?

MƏKTƏBLİLƏRİN QİDALANMASI NECƏ OLMALIDIR?

İnsanın ən birinci qidası sudur – Məşhur professor

İnsanın ən birinci qidası sudur – Məşhur professor

Bakıda faciəvi şəkildə ölən şagirdin direktoru – “Ehtimal var ki, qida nəfəs borusuna gedib”

Bakıda faciəvi şəkildə ölən şagirdin direktoru – “Ehtimal var ki, qida nəfəs borusuna gedib”

Adil Qeybulla: Yalnız bir yol var, vəssalam!

Adil Qeybulla: Yalnız bir yol var, vəssalam!

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Professor Adil Qeybulla Azərbaycanda koronavirusun tamamən yoxa çıxacağı dəqiq vaxtı açıqladı

Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır- Adil Qeybulla

Pandemiyanın bitməsi proqnozu gerçəyə yaxındır- Adil Qeybulla