Soyuğa davamsızlıq. SƏBƏBLƏR
Bəzi insanlar hətta isti otaqda olduqda daim üşüyür. Belə insanlardan tez-tez "soyuğa davamım yoxdur" kimi ifadəni eşitmək olur.
Səbəbsiz üşümə hər hansı xəstəliyin və ya pozulmanın simptomu ola bilər. Bu səbəbdən belə simptoma laqeyd yanaşmayın, səbəbini araşdırın.
Soyuğa davamsızlıq bu kimi xəstəliklərin və pozulmaların simptomu ola bilər:
1. Qanazlığı. Bu əsas səbəblərdən biridir.
2. Artıq çəki. Kök insanlar normal çəkisi olan insanlarla müqayisədə daha çox üşüyür. Orqanizmdə yığılmış piy damarların sıxılmasına səbəb olur ki, bu da qan dövranını pozur. Nəticədə insan tez-tez üşüyür.
3. Qalxanvari vəzi xəstəlikləri. Bu kiçik vəz orqanizmdə çox vacib funksiyaları icra edir. Bu funksiyalardan biri istiliyin mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa davamsızlığa səbəb olur.
4. Arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma. Bu vəziyyətdə insan qida ilə az kalori alır, bu kalorilər orqanizmi qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür.
5. Qan dövranı pozulmaları.
6. Hipotoniya (aşağı təzyiq).
7. Şəkərli diabet. Bu xəstəlik ürək-damar sistemini zədələdir ki, nəticədə qan orqanizmdə pis dövr edir, ətraflara çatmır. Nəticədə insan tez-tez üşüyür, xüsusilə ayaqlar soyuq olur, onlarda həssaslıq azalır.
8. Soyuğa qarşı allergiya. Bu nadir pozulma zamanı insanda soyuq havada dəri quruyur, qızarır, qaşınır, dodaqlar çatlayır. Belə insanlar soyuq havada hətta isti geyindikdə daim üşüyür.

Daimi yorğunluğun 5 TƏHLÜKƏLİ SƏBƏBİ

Diqqət! Huşsuzluq ciddi xəstəliyin simptomu ola bilər

Yaddaş pozulması. ƏSAS SƏBƏBLƏR

Qeyri-adi xəstəlik SÜRƏTLƏ YAYILIR: soyuq əşyaya belə reaksiya verir...

Yuxularınız xəstəliklərdən xəbər verə bilər

Əllərin üşüməsi bu xəstəliyin əlaməti ola bilər- DİQQƏT

İnsanları tez qocaldan 5 ƏSAS SƏBƏB

Gözlərin qaralması. Təhlükəli simptom

Dırnaq batması - SƏBƏBLƏR

İstidə duz əlavə olunmuş su için! Mütəxəssislərdən vacib tövsiyə

Yod çatışmazlığına qarşı ƏN YAXŞI VASİTƏ

Çox oturmaq nə üçün ziyandır?

Turşuların orqanizm üçün 5 ZİYANI

Səssizlik sinirləri və ürəyi müalicə edir

Yaşıl alçanın faydaları

Yaddaş pozğunluğu zamanı nə etməli?

D vitamini əskikliyindən yaranan 10 XƏSTƏLİK

Bu içki 5 XƏSTƏLİKDƏN qoruyur

Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən GİZLİ ƏLAMƏTLƏR

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

Payızda immunitetimizi gücləndirmək üçün hansı qidalardan istifadə etməliyik?

Çox çay içmək nə üçün ziyanlıdır?

ARAŞDIRMA ! Yalnız baxmaqla insan xarakterini müəyyən etmək olar

İştahasız uşağa necə yanaşmalı- MƏSLƏHƏT