AzTehsil.com


Xəbərlər / Saglam həyat
17 avqust 2021
1 263


Yuxularınız xəstəliklərdən xəbər verə bilər



 

Tibb təsdiq edir ki, insanda olan xəstəlikləri və onun yuxuları arasında əlaqə var.

Məsələ burasındadır ki, yuxu zamanı bizim beynimiz dincəlmir, beyin digər iş rejiminə keçir - daxili orqan və sistemlərin işini vəziyyətini yoxlayır, araşdırır. Nəticədə yuxu zamanı biz müəyyən obrazlar və hadisələr görə bilirik ki, onlar bizə orqanizmdə olan pozulmalardan xəbər verir.

Xəstəliklərə işarə edən yuxular qorxulu, həyacanlı, rəngarəng, parlaq olur, insanın yadında qalır. İnsanlar belə yuxuları tez-tez görür, eyni yuxular təkrarlanır. Buna mütləq fikir vermək və öz orqanizmində baş verənlərə daha diqqətli olmaq lazımdır.  Ola bilsin ki, sizdə artıq hər hansı xəstəliyin simptomları var, lakin siz bunu anlamırsınız.

Uzun illər ərzində yuxuları öyrənən tanınmış rus pxixiatrı Vasili Kasatkin yuxularla bəzi xəstəliklərin əlaqələrini təyin edib. Belə ki,

- Ürək xəstəliklərinə işarə edən yuxular vahiməli olur, insan gecənin ortasında yuxudan soyuq tər içində oyanır. Ürək xəstəlikləri olan insanların yuxularında onların dalınca kim isə qaçır, onları izləyin, onlar dərin quyuya düşür və s. Əksər hallarda yuxularda belə insanlar ölüm qorxusunu hiss edir.

- Nəfəsalma sistemi xəstəlikləri olan insanların yuxuları bu kimi ola bilər: insanın döş qəfəsində nə isə ağır bir şey var ki, bu ona rahat nəfəs almağa mane olur. Belə xəstəlikləri olan insanlar yuxuda tez-tez batır, onları diri-diri basdırırlar, onlar nəfəsalma çətin və ya mümüknsüz olan yerlərə düşürlər (dar havasız otaq, havası olmayan yad planet və s.).

- Mədə-bağırsaq sistemi xəstəlikləri olan insanlar yuxuda müxtəlif dadlar hiss edir. Əsasən bu xoşagəlməz dadlar olur - acı dad, xarab olmuş məhsulların dadı. Yuxuda belə insanlar tez-tez iylənmiş ət, balıq, qeyri-adi zəhərli meyvə-tərəvəzlər və s. görür.

Qara ciyər xəstəlikləri olan insanlar tez-tez yuxuda görürlər ki, onlara kim isə xəsarət yetirib, bıçaqlayıb, qan axır.

- Hipertoniyadan əziyyət çəkən insanlar yuxularında tez-tez təbii fəlakətlər (zəlzələ, subasama, qasırğa), müharibələr, terror aktları görürlər. Onlar yuxularında güclü fışıltılı xoşagəlməz səslər eşidir.

- Nevroz və depressiyadan əziyyət çəkən insanlar yuxuda çıxış yolu olmayan vəziyyətlərə düşür - meşədə, yad şəhərdə azır, yol tapa bilmir. Belə insanlar yuxularda tez-tez otaqları çox olan evlər, çoxsaylı pilləkənlər görür. Qaranlıqda gəzmək, monstrlardan gizlənmək, özünün dəfn mərasimi kimi yuxular depressiyaya işarə edir.

Nevrozdan əziyyət çəkən insanların yuxularında onların üzünə qapılar bağlanır, onlar axırıcı qatara, avtobusa gecikir və s., tanış insanlar qəribə görünür, qeyri-adi geyimlərdə olur.



Загрузка...